UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Pediatriyada palliativ yardımın məqsədləri

"Palliativ yardım" termini həyati təhlükə vəziyyətlərinin inkişafı şəraitində yaşamağın optimal yolu ilə səciyyələndirilir. Xəstə uşağın valideynləri ilə danışarkən, izah etmək lazımdır ki, ömrün uzadılmasına yönəldilmiş tibbi müdaxilə eyni zamanda uşağın həyat keyfiyyətini maksimum yaxşılaşdırmalıdır. Bütün tədbirlər bir-birini tamamlamalı və qarşılıqlı müstəsna olmamalıdır. Bu bütövlükdə uşağa və ailəyə fayda gətirəcək.

Şəkil 1-də təqdim olunmuş ənənəvi palliativ yardım modeli, anadangəlmə, həyati təhlükəli xəstəlik və sindromu olan uşaqlara uyğun deyil. Həmçinin, bu model, gözlənilməz səbəblərə görə ölüm hallarında, məsələn, xəsarət halı üçün uyğun gəlmir.

Şəkil 2 pediatriyada palliativ yardım modelini nümayiş etdirir. Nümunə kimi, bu şəkil QİÇS-li südəmər uşaq, digər uşaqlar və yeniyetmələr üçün palliativ yardımı təqdim edir. Bununla belə, bu model pediatriyada baş verən digər xəstəliklər üçün də istifadə edilə bilər.

Palliativ yardımın çox mühüm komponentləri xəstə ilə olduğu kimi, onun ailəsi ilə də kompetent ünsiyyət, eləcə də psixoloji dəstəkdir. Palliativ yardımın tibbi aspekti - adekvat ağrı yüngülləşdirməsi və lazım gələrsə, digər simptomatik terapiyadır. Psixoloji yardım ailəyə həmçinin uşağın ölümündən sonra dərd-acıçəkmə dövründə göstərilməlidir.

Palliativ yardım çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər uşağın və ailəsinin əzab-əziyyətini azaltmalıdır. Ömrün uzadılmasına yönəlmiş tədbir sağlamlıq durumunu kəskin şəkildə pisləşdirərsə, aparılmış terapiyanın həcminə, əhatəsinə yenidən baxılmalı və diqqət palliativ yardım üzərində cəmlənməlidir.

Palliativ yardımın eyni mütəxəssislər komandası tərəfindən göstərilməsi optimaldır (münasibdir).

Sağalmaya yönəlmiş müalicə

Müalicə, əsasən fiziki, emosional və mənəvi ehtiyacları dəstəkləyir

Dərd-acıçəkmə

Diaqnoz

Palliativ yardıma keçid

Ölüm

       

 

Pediatriyada palliativ yardımın yaxşılaşdırılması

 Uşaqlar üçün palliativ yardımın əsaslı dərəcədə yaxşılaşması ömrün uzadılması və palliativ yardım tədbirlərinin eyni zamanda həyata keçirilməli olduğunu başa düşməyə imkan verəcək. Həkimlərin və ailə üzvlərinin bunu anlaması vacibdir. Təəssüf ki, müvafiq təhsil mərkəzləri hələ kifayət qədər yayılmamışdır. Ölüm ərəfəsində olmaq, ölüm və ağır itki, bununla bağlı dərd məsələləri cəmiyyət üçün çox çətindir. Buna görə də, palliativ yardım göstərən bütün mütəxəssislərə xəstə ilə onun yaşından asılı olmadan, habelə xəstənin ailə üzvləri ilə, kompetent ünsiyyət qura bilməsi üçün əlavə təlim verilməlidir. Sindrom terapiyası üzrə tibbi metodlar ilə yanaşı qeyri-tibbi metodlar (məsələn, qeyri-dərmanla yüngülləşdirmə metodları) da mövcuddur. Əlavə təlim həkimlərə tibbi və qeyri-tibbi terapiya metodlarını optimal şəkildə birləşdirməyə imkan verəcək. Palliativ yardım göstərən təcrübəli həkimlər uşağın həyat keyfiyyətini xeyli yaxşılaşdıra bilər. Sonradan, bu ailə üzvləri üçün yas prosesini və onların itkiyə uyğunlaşmasını daha asan edə bilər.

Professional məmnunluq məsələləri

Uşaq ölümü - həmişə faciədir. Bu situasiyada müəyyən professional rahatlığa yalnız aşağıdakılar vasitəsilə çatmaq olar: palliativ yardım sayəsində uşağın maksimum mümkün həyat şəraiti ilə təmin olunmasını bilmək; uşağın ölümünün sakit, rahat olmasını və nəticədə, ailə üçün yas-dərdçəkmə prosesinin asan olmasını bilmək. Bu faktın qəbul edilməsi uşaq və onun ailə üzvləri üçün təklif edilən terapiya seçiminə müsbət təsir edə bilər. Bu problem barədə bir fikirdir. Digər tərəfdən, pis uzlaşdırılmış, əlaqələndirilmiş yardım bir qədər qeyri-müəyyənliyə, narahatlığa və nəticədə, ölümcül xəstələri müalicə etmək həvəsinin olmamasına gətirib çıxarır.

Çoxsahəli komanda

  • Uşaqlara palliativ yardım göstərən mütəxəssislər komandası hər bir uşağın və ailəsinin fərdiliyini etiraf etməli və onların dəyərləri, arzu və inanclarını paylaşmalıdırlar.
  • Uşaq və ailəsinin fiziki, psixoloji, emosional, mənəvi və sosial ehtiyaclarının müvafiq şəkildə ödənilməsini təmin etmək üçün palliativ yardım komandası kifayət səviyyədə ixtisaslaşmış olmalıdır.
  • Palliativ yardım üzrə minimum xidmətlər: həkim, tibb bacısı, sosial işçi, uşaq terapevti və ya psixoloqu və dini nümayəndə (ruhani) tərəfindən təmin olunmalıdır.
  • Ehtiyac olduqda, uşağın ətrafındakı professional resurslarından istifadə olunmalıdır.
  • Yalnız tibbi deyil, həm də ekspert məsləhət dəstəyi uşağa və ailəsinə günün 24 saatı, ildə 365 gün ələçatımlı olmalıdır.
  • Çoxsahəli komandanın müalicə planını, eləcə də strateji planlaşdırmanı hazırlaması və tətbiq etməsi ilə evdə, xəstəxanada və ya hospisdə palliativ yardım göstərilməsinin davamlılığını təmin etməsi vacibdir.
  • Palliativ yardımın birbaşa nümayəndələri psixoloji dəstək və kömək ilə təmin edilməlidir.