VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Hospis-stasionar
  • Hospis anlayışlarına dair əsas qaydalar
  • Hospisdə tibbi-sosial və psixoloji yardımın əsas məqsədi xəstə və onun ailəsidir. Xəstələr üçün yardım xüsusi hazırlanmış tibbi və xidmət personalı, habelə hospisdə hazırlıq təlimi keçmiş qohum və könüllülər tərəfindən həyata keçirilir.
  • Hospis "diaqnozun açıqlığı" prinsipi ilə işləməlidir. Xəstələrə öz diaqnozları barədə məlumat verilib-verilməməsi fərdi olaraq həll olunur və xəstə məlumat üçün açıq olduqda məlumat verilir.
  • Xəstəyə tibbi-sosial və psixoloji yardımın bütün həcminin məqsədi maksimum şüur və əqli imkanların qorunması ilə ağrı sindromunun və ölüm qorxusunun aradan qaldırılması və ya azaldılması olmalıdır.
  • Hospisin hər bir xəstəsi fiziki və psixoloji rahatlıq ilə təmin olunmalıdır. Fiziki rahatlıq stasionar şöbədə maksimum evə oxşar şəraitin yaradılması ilə əldə edilir. Psixoloji rahatlığın təmin edilməsi xəstənin vəziyyətini, mənəvi, dini və sosial ehtiyaclarını nəzərə alaraq hər bir xəstəyə fərdi yanaşma prinsipi əsasında həyata keçirilir. Hospislərin maliyyələşdirilməsi mənbəyi büdcə vəsaiti, xeyriyyə cəmiyyətlərinin vəsaitləri, vətəndaşların və təşkilatların könüllü ianələridir.
  • Hospis ərazisinin təşkili tələbləri
  • Hospis ərazisi abadlaşdırılmalı və yaşıllaşdırılmalıdır. Yaşıllıqlar və çəmənliklərin sahəsi hospisin ümumi sahəsinin 60%-dən az olmamalıdır.
  • Tövsiyə edilir ki, iç tərəfdən hasar boyunca, yaşıllıq xəttinin eni 5metrdən, hündürlüyü isə ən azı 2metrdən az olmamalıdır.
  • Abadlaşdırmanın quruluşunun yaradılmasında təbii və mənzərə effektini təmin etmək vacibdir.
  • Abadlaşdırmanın quruluşunda müxtəlif kiçik memarlıq formalarından istifadə etməklə xəstələrin istirahəti üçün rahat yer və gəzinti xətlərinin (zolaqları) dizaynı nəzərdə tutulmalıdır: söhbətgah, fəvvarələr, kiçik hovuzlar, işıqlar, skamyalar və s.
  • Hospis ərazilərinin abadlaşdırılması üçün açıq rəngli, təpə hissəsi qollu-budaqlı olan ağac növlərinin əkilməsi vacibdir: göyrüş ağacı, ağcaqayın, tozağacı və s.
  • Gəzinti xətləri yaradarkən əlil arabaları nəzərə alınmalıdır.

 

  • Hospis fəaliyyəti üçün əsas qaydalar
  • Hospis simptomatik (palliativ) müalicə, lazımi anestetik terapiya seçilməsi, tibbi-sosial xidmət, psixo-sosial reabilitasiya, eləcə də xəstəlik dövründə və xəstəni itirdikdən sonra qohumlarına psixoloji və sosial yardım göstərmək məqsədi ilə sağalmaz xəstələrə ixtisaslaşmış tibbi, sosial psixoloji, hüquqi və mənəvi dəstəyin təmin edilməsi üçün nəzərdə tutulan dövlət səhiyyə müəssisəsidir.
  • Hospis Azərbaycan Respublikasının tənzimləyici normativ aktlarına uyğun olaraq yaradılır.
  • Səlahiyyətli orqanların və hospis personalının fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
  • Hospis hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma və digər hesablara, üzərində titulu yazılmış dəyirmi möhürə, üzərində müəssisənin adı yazılmış möhürə, formalara malikdir.
  • Hospis nizamnaməyə uyğun olaraq və müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında fəaliyyət göstərir.
  • Hospisin tibbi təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün kliniki və təhsil bazasını əhatə edə bilər.
  • Hospis Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmədə, arbitrajda, aralıq məhkəmələrdə iddiaçı və cavabdeh ola bilər.

Dövlət, sosial, iqtisadi və vergi siyasətinin  həyata keçirilməsi məqsədi ilə hospis sənədlərin (inzibati, maliyyə və iqtisadi, kadr və s.) təhlükəsizliyi üçün məsuliyyət daşıyır; dövlətin saxlaması üçün sənədlərin təhvil verilməsini, ötürülməsini təmin edir.

  • Hospis aşağıdakıları təmin edir:
  • simptoma nəzarət üçün təcili tibbi yardım;
  • ixtisaslaşmış tibbi yardım;
  • yardım və simptomatik terapiyanın seçilməsi və aparılması;
  • xəstələrə ixtisaslaşmış tibbi-sosial dəstək, xəstə və yaxınları üçün psixoterapevtik yardım göstərilməsi;
  • pəhriz daxil olmaqla, tibbi tövsiyələrə və xəstənin arzusuna uyğun qidalanma;
  • müalicəsi mümkün olmayan xəstələr üçün dəstəkverici palliativ yardımın təşkili və aparılması;
  • zəruri məsləhət dəstəyinin təşkili; palliativ müalicə və xəstələrə yardım praktikasında yeni metodların öyrənilməsi və həyata keçirilməsi;
  • müəyyən edilmiş qaydada statistika və mühasibat uçotunu aparmaq və hospis fəaliyyəti üzrə hesabat təqdim etmək.

 

  • Hospisin Vəzifələri
  • Müalicəsi mümkün olmayan xəstələrin problemlərinə cəmiyyətin və dövlətin mərhəmətli və humanist münasibəti əsasında tibbi-sosial təminatın yeni formasının formalaşdırılması;
  • son mərhələdə olan xəstələr üçün stasionar tibbi yardımın ələçatımlığının artırılması və evdə tibbi yardımın yaxşılaşdırılması;
  • xəstələrə və qohumlarına sosial-psixoloji yardımın göstərilməsi, ağır xəstələrə qulluq üzrə bacarıqlarını inkişaf etdirmək üçün qohumlara təlim verilməsi;
  • zəruri anestetik terapiyanın seçilməsi və həyata keçirilməsi;
  • zəruri məsləhət dəstəyinin təşkili

 

  • Hospisin həcmi və strukturu

Stasionar hospisin həcmi stasionar çarpayıların sayı ilə müəyyən edilir və səhiyyə orqanı tərəfindən tanınır.

Hospisin funksional strukturu ilə bağlı ədəbiyyatın öyrənilməsi və təhlili, məqsədlərinin, rəsmi sənədlərdə müəyyən edilmiş vəzifələr və funksiyaların təhlili ilə birlikdə aşağıdakı hospis strukturunu təklif etməyə imkan verir:

І Xəstələrə baş çəkənlər, müsafirlər və personal üçün vestibül

ІІ. stasionar şöbə

ІІІ. İnzibati-kommunal, məişət və əlavə xidmətlər  (ümumi, tibbi və qeyri-tibbi xəstəxana personalı, mühasibat, inzibati-kommunal şöbə, camaşırxana, sterilizasiya otağı, əczaçılıq, dezinfeksiya kamerası).

Hospisin yuxarıda təqdim olunan strukturunun yalnız tövsiyə olduğunu xatırlamaq vacibdir. Bu strukturun, məsələn, stasionar gündüz şöbəsi yoxdur, çünki çox ağır xəstələrin, əsasən metastazlı xəstələrin xəstəxanaya yerləşdirilməsi fikri bütün cəhətlərdən münasib deyil. Gündüz xəstəxanaya yerləşdirilməyə ehtiyacı olan, vəziyyəti bir qədər yüngül olan xəstələr üçün gecə-gündüz nəzərdə tutulmuş çarpayını müvəqqəti olaraq gündüz çarpayısı kimi istifadə etməklə kifayətlənə bilərlər.

Hospisin personalı

Hal-hazırda, Azərbaycanda hospislərin yaradılması və fəaliyyəti üçün qanunvericilik bazası inkişaf etməkdədir. Ona görə də, tam ştat cədvəli hələ müəyyən edilməyib. Aydındır ki, hospislər üçün ştat cədvəli yerli imkanlar və şəraitdən, hospisin strukturu və digər səbəblərdən asılı olacaq.

Aşağıdakı cədvəl, ÜST-nin kadr tövsiyələrinə əsasən, palliativ yardım xidmətləri üçün personalın təqribi sayını və ştat cədvəlini təqdim edir. Qeyd etmək vacibdir ki, personalın siyahısı milli səhiyyə sisteminin inkişafının xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycana uyğunlaşdırıla bilər.  

Palliativ Stasionar Yardım:  

  • Hər 10 stasionar xəstəyə 1,5 həkim
  • Hər 10 stasionar xəstəyə 15,5 tibb bacısı
  • Hər 10 stasionar xəstəyə 4 digər klinika personalı

Bu formula əsasən, 30 çarpayılıq bölməyə aşağıdakı sayda personal tələb oluna bilər:

  • 4,5 həkim
  • 46,5 tibb bacısı
  • 12 digər personal + təxminən 16 inzibati personal

Cəmi:   79 klinika personalı

Stasionar şöbədə işin təşkili

Stasionar şöbə hospisin struktur altbölməsidir, müəyyən edilmiş qaydada təsdiq edilmiş müvafiq otaqları və texniki vasitələri, o cümlədən, personalı var. Hospisin stasionar  şöbəsinin həcmi və ştat cədvəli tələbat və kadr normaları üçün hesablanmış rəqəmlər nəzərə alınmaqla təsdiq edilir. Stasionar şöbənin orta hesabla tutumu 30 çarpayıdır. Bu halda, səyyar komanda böyük olmayan yerlərdə, kiçik binalarda qrup halında, müstəqil hüquqi şəxs kimi, (idarəetmə, mühasibat, tibbi və texniki personal) yerləşdirilə bilər.

Eyni zamanda hospisin strukturuna sosial və tibbi məsələlər üzrə Təşkilati və Metodiki Şöbə (TMŞ) tərəfindən əlavələr edilə bilər, əslində bu hospisdə sosial işin əlaqələndiricisidir, eyni zamanda regionun bütün hospisləri üçün təlim və metodiki mərkəz funksiyasını həyata keçirir. TMŞ regionun bir hospisində təşkil edilir; buna görə də onu yuxarıda təqdim olunmuş vahid birləşdirilmiş hospisin strukturuna daxil etmək münasib deyil.

  • Stasionar şöbədə əsas vəzifələr ilə birgə aşağıdakı funksiyalar əhatə edilir:
  • Xəstəliklərinin son, terminal mərhələsində olan xəstələrə tibbi (simptomatik) yardımın göstərilməsi;
  • Palliativ və simptomatik yardım metodlarının həyata keçirilməsi;
  • Əlaqəli xəstəliklərin simptomatik müalicəsi;
  • Psixoloji və fiziki rahatlıq təmin etməklə xəstələrə və onların ailə üzvlərinə sosial və psixoloji yardımın göstərilməsi;
  • Xəstələrə və onların ailə üzvlərinə sosial yardımın təminatı sosial işçilərlə, sosial və tibbi məsələlər üzrə TMŞ ilə birgə həyata keçirilir;
  • Xəstənin sağlamlıq durumu, xəstə və ailəsinin mənəvi, dini və sosial ehtiyacları nəzərə alınmaqla, hər bir xəstəyə və onun ailə üzvlərinə fərdi yanaşma prinsipi  əsasında psixoloji rahatlığın təmin edilməsi;
  • Sosial və mənəvi potensialı saxlamaq və dəstək verməklə xəstənin şəxsiyyətinə və ailəsinə vahid yanaşmanın həyata keçirilməsi;
  • Maksimum evə yaxın şəraitin yaradılması ilə fiziki rahatlığın təmin edilməsi;
  • Gündüz xəstəxanada yerləşdirmə, səyyar komanda, TMŞ, psixoloq, hüquqşünas və sosial işçilər daxil olmaqla, stasionar şöbənin digər hospis bölmələri ilə qarşılıqlı və ardıcıl işi.

Təşkilati-metodiki şöbənin işinin təşkili

  • Şöbənin əsas vəzifələri:
  • Hospisin sosial işçilərinin fəaliyyətinin əlaqələndirilməsi;
  • Xəstələrə və ailələrinə sosial və tibbi yardımın yaxşılaşdırılması;
  • hospisin digər bölmələri və tibbi-profilaktika müəssisələri ilə qarşılıqlı və ardıcıl işi;

 

  • Əsas vəzifələrə uyğun olaraq şöbə aşağıdakıları həyata keçirir:
  • hospis personalının təlimatlanması, eləcə də, əsas mənəvi-etik norma və prinsiplərin hazırlanması, bu barədə təlim verilməsi və hospis personalı tərəfindən əməl edilməsinə nəzarət; xəstələrə və ailələrinə sosial, tibbi və psixoloji (tibbi psixoloq ilə birlikdə) dəstək məsələləri ilə bağlı hospisin sosial və tibb işçiləri, könüllüləri və xəstənin qohumları ilə dərslərin planlaşdırılması və keçilməsi (qrup və fərdi);
  • sosial işçilərin, habelə hospisin tibbi və texniki personalının iş tapşırıqlarının (iş təsviri) hazırlanması, təsdiqi, icrası və nəzarəti;
  • sosial işçilərə öz səlahiyyətlərinə aid bütün məsələlər üzrə, eləcə də, tibbi və texniki personala xəstələrə və onların ailələrinə sosial və tibbi yardım məsələləri üzrə praktiki yardımın göstərilməsi;
  • Hospis praktikasında xəstələrə və ailələrinə sosial və tibbi yardımın yeni metodlarının təqdim edilməsi;
  • Hospisdə statistik qeydiyyatın təşkili və dəstəyi, illik hesabat hazırlanması, tibbi statistik məlumatlar əsasında analitik məlumatlar və digər materialların hazırlanması; xəstələrə və onların ailələrinə sosial və tibbi yardımın yaxşılaşdırılması üzrə fəaliyyətlərin inkişafı, planlaşdırılması və həyata keçirilməsi;
  • xəstələrə və ailələrinə keyfiyyətli sosial və tibbi yardım göstərilməsi məsələləri üzrə vətəndaşların, müəssisə və təşkilatların nümayəndələrinin təklifləri, məktubları, müraciətləri ilə işləmək; xəstələrə və ailələrinə sosial və tibbi yardım göstərilməsi məsələləri üzrə digər hospis bölmələri və tibbi-profilaktika müəssisələri ilə əlaqələndirilmiş və ardıcıl fəaliyyətlərin inkişafı və həyata keçirilməsi