UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Evdə Palliativ Yardım

Evdə xəstələrə yardım göstərilməsinin öz xüsusi prosedurları var və bu gün evdə yardıma tələbat böyükdür. Birincisi, bütün xəstələr ömürlərinin son günlərini stasionar hospisdə keçirmək istəmir və evdə isə məlum olduğu kimi, hətta divarlar da kömək edir. İkincisi, bu yardım xəstənin adət etdiyi şərait və sosial mühitə heç bir dəyişiklik edilmədən göstərildikdə yardımın ən ixtisaslaşmış növlərindən biridir. Bundan əlavə, evdə yardım böyük kapital qoyuluşları tələb etməyən və sosial xidmətlərin tibbi xidmətlər ilə ardıcıl şəkildə göstərildiyi, iqtisadi cəhətdən etibarlı fəaliyyət sahəsidir.

Digər aspekti xoşagəlməz situasiyalı ailələrin sosial profilaktikasıdır. Bəzən biz xəstələri və zəif qocaları taleyin ümidinə buraxan məsuliyyətsiz böyük "uşaqlara" və biganə insanlara qarşı inzibati təsir tədbirlərindən də istifadə etməli oluruq.

Evdə palliativ yardım xidməti kənar dəstəyə və yardıma ehtiyacı olan, həyat fəaliyyətini məhdudlaşdıran xəstəliyi olan ağır xəstələrə xidmətlərin evlərində göstərilməsi üçün yaradılmışdır.

Sağalmaz xəstələrin evdə palliativ yardım xidmətlərinin himayəsi altına alınması üzrə müəyyən və kifayət qədər sadə prosedur vardır ki, bir çox ölkələrdə qəbul edilmişdir. Bu məqsədlə, xəstənin qanuni nümayəndələri və ya yaxınları müraciət yazmalı, xəstələrin 1-ci qrup əlil olmasını və himayə altına qəbul üçün müvafiq xəstəlikləri və göstəriciləri olmasını göstərmək şərti ilə, rayon poliklinikasında göstəriciliəri hazırlamalıdırlar.  Bundan sonra, xəstənin yaşayış yerində olan palliativ komanda aşağıdakı tərkibdə ona baş çəkir: həkim, tibb bacısı və psixo-sosial iş üzrə mütəxəssis. Həkim və tibb bacısı xəstənin tibbi manipulyasiya və müalicəyə ehtiyacını qiymətləndirir, mütəxəssisin funksiyası isə xəstənin sosial-psixoloji vəziyyətinin və ətraf mühitinin ekspertizası və qiymətləndirilməsi, habelə qohumlarla məsləhət və daha rahat sosial, psixoloji və mənəvi şəraitin yaradılmasında dəstək kimi psixo-sosial iş aparmaqdır. Xəstənin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə elə bu şəraitdən asılıdır.

Evdə palliativ yardımın əsas vəzifələri - ev şəraitində yardım imkanı və həyat keyfiyyətinin təmin edilməsi məqsədi ilə ağır, ümidsiz xəstələrə evdə tibbi-sosial yardımın göstərilməsidir. Xəstələrə evdə yardım göstərilməsi bu gün ən prioritet məsələlərdən biridir və eyni zamanda palliativ yardımın  iqtisadi cəhətdən etibarlı, münasib inkişaf sahələrindən biridir.

Evdə Palliativ Yardım 24 Saat ərzində təcili olaraq ələçatımlı olmalıdır. Nəzərə alınası məsələlər kömək üçün gündəlik neçə saatın tələb olunması və baxıcıya hansı vəzifələrdə yardımın tələb olunmasıdır.

Tövsiyələrə əsasən, Evdə Palliativ Yardımın personalı üçün meyarlar aşağıdakıları əhatə  etməlidir:

  • hər 100 000 əhaliyə 3 həkim
  • hər 100 000 əhaliyə 12 tibb bacısı
  • hər 100 000 əhaliyə 6 digər kliniki heyət

 

  • Evdə palliativ yardım nəzarətinə alınmaq üçün göstəricilər:
  • dövriyyə orqanlarının xroniki xəstəlikləri ilə 1-ci qrup əlilliyi olan xəstələr,
  • xroniki beyin damar xəstəlikləri ilə 1-ci qrup əlilliyi olan xəstələr,
  • İİV /QİÇS-ə yoluxmuş, xəstəliyin V mərhələsində olan xəstələr,
  • IV kliniki qrupa aid onkoloji xəstələr

 

  • Bütün yardım alan xəstələr 3qrupa bölünür:
  • Qrup A - uzunmüddətli və inkişafda olan əsas xroniki sağalmaz xəstəliyi (aktiv)olan xəstələr;
  • Qrup B - əsas sağalmaz xroniki xəstəliyin (aktiv-passiv) törətdiyi uzunmüddətli daimi ağır vəziyyətdə olan xəstələr;
  • Qrup C - cari daimi tibbi müşahidə (passiv) tələb etməyən sağalmaz xroniki xəstəliyi olan xəstələr.

 

  • Evdə palliativ yardımın həkimi mütəxəssislə birgə:
  • xəstənin vəziyyətinin ağırlığını qiymətləndirir;
  • palliativ yardımın planı və taktikasını və xəstənin fərdi yardım planını hazırlayır;
  • xroniki ağrı sindromunun yüngülləşdirilməsi üçün metodları seçir və lazım gələrsə, həyata keçirir;
  • ağır və ümidsiz xəstələrin həyat keyfiyyətinin təmin edilməsi ilə bağlı qərarların qəbul edilməsində yardım məqsədi ilə ambulator-poliklinika və stasionar tibb müəssisələri, ictimai təşkilatlar ilə əməkdaşlıq yaradır;
  • ehtiyacı olan insanlara dəstəyin təmin edilməsində daha çox əhalini cəlb etməklə, mərhəmət, humanizm, qarşılıqlı yardım kimi prinsiplərin gücləndirilməsinə yönəldilmiş təşkilati və sanitar-maarifləndirmə işi aparır.

 

  • Palliativ yardımın təminatında sosial iş üzrə mütəxəssis həkimlə birgə:
  • ailədə və xəstənin mühitində sosial vəziyyəti qiymətləndirir;
  • sosial xidmət və ambulator-poliklinika müəssisələri ilə ünsiyyət yaradılmasında qohumlara yardım göstərir;
  • sosial münaqişələrin həllində və sosial himayənin təşkilində kömək edir; xəstə və ailəsi üçün məsləhət və emosional dəstəyi təmin edir;
  • xəstəyə yardımın təşkili ilə bağlı ailə və qohumları ilə profilaktiki və təşkilati iş aparır;

 

  • Evdə palliativ yardımın tibb bacısı:
  • Həkimlərin, rayon həkimi, komanda həkiminin göstərişlərini yerinə yetirir, xəstənin şəxsi gigiyenasına əməl edilməsində yardım və dəstəyi həyata keçirir; daimi olaraq xəstənin vəziyyətini qiymətləndirir və çoxsahəli komandanın digər üzvləri ilə yardım planına və sənədləşməyə əməl edir. Sarğıların və yaraların idarə olunması, dərmanların idarəedilməsi, xəstə və ailəin maarifləndirilməsi, təlimi və lazım olan digər ixtisaslaşmış xidmətlər daxil olmaqla ixtisaslaşmış yardım xidmətlərini həyata keçirir.
  • Məişət xidmətinin digər növlərini təmin edir - humanitar təşkilat tərəfindən alınmış məhsulların, dərman preparatlarının çatdırılması;
  • Ehtiyacı olan insanlara dəstəyin təmin edilməsində daha çox əhalini cəlb etməklə, mərhəmət, humanizm, qarşılıqlı yardım kimi prinsiplərin gücləndirilməsinə yönəldilmiş təşkilati və sanitar-maarifləndirmə işi aparır;

Əsas xəstəliyin gedişindən, eləcə də xəstənin vəziyyətinin ağırlığından asılı olaraq, müvəqqəti və ya müntəzəm tibbi-sosial, psixoloji və mənəvi dəstək verir

 

Evdə Palliativ Yardım göstərən tibb bacılarının iş yükü : Hər bir tibb bacısının orta iş yükü 10 xəstə hesab edilir. Vəziyyətin ağırlaşmasından asılı olaraq hər gün 2-4 başçəkmə həyata keçirilir, bir başçəkməyə sərf edilən vaxt 1-3 saat təşkil edir.

  • Fizioterapevt aşağıdakılarda kömək edə bilər:
  • Həssas yerlərə təzyiqin azaldılması daxil olmaqla müəyyən vəziyyətdə qoymaq, yerləşdirmək
  • TENS (transcutaneous electrical nerve stimulation- dəri vasitəsilə elektrik sinir stimulyasiyası), istilik və soyuq masaj kimi vasitələr daxil olmaqla ağrının yüngülləşdirilməsi
  • Mobillik (hərəkətlilik), o cümlədən yataqda, ayaq üstə və ya kreslo ilə
  • Sinə fizioterapiyası
  • Çalışmalar
  • Bir kəsin incə şəkildə necə hərəkət etdirilib çarpayıda və ya kresloda yerləşdirilməsi barədə ailənin və personalın öyrədilməsi

 

  • Evdə palliativ yardım göstərən personalın işinin zərərverici amilləri
  • Analiz üçün toxumalardan (ifraz, qaşıma, yaxma) nümunə üzrə işlər daxil olmaqla, infeksiya amili;
  • Mikrocərrahi manipulyasiya və prosedurların (nekrozun kəsilməsi, yara-xora və fistulaların yarılması, sağalmamış yaralar və xoraların müalicəsi, zondların, kateterlərin və damçıtökən çipetlərin qoyuluşu) aparılması;
  • yataq yaraları və septik yaralarla iş;
  • QİÇS/ İİV xəstələri ilə iş;
  • Kəskin ağrı sindromundan əziyyət çəkən onkoloji xəstələr ilə iş;
  • Ciddi lokomotor (hərəki) pozğunluqları olan xəstələrlə iş;
  • Koqnitiv (idraki) ağırlaşmaları olan xəstələrlə iş;
  • Ailə və ətraf mühitdə əlverişsiz psixo-sosial və emosional şəraitdə sosial risk;
  • Professional yanma (tükənmə) sindromu