UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Xəstəxanalarda palliativ yardım şöbələri

Xəstəxanalarda palliativ yardım şöbələri ağır, sağlamlıq durumu dəstəkverici müalicə tələb edən bütün böyüklərə və uşaqlara, eləcə də, onların ailələrinə xəstəlik dövründə və xəstənin ölümündən sonra psixo-sosial dəstək, tibbi və sosial yardımın yaxşılaşdırılması məqsədilə yaradılır.

Palliativ yardım şöbələrinin kənd ərazilərində rayon xəstəxanalarının, çoxsahəli və ixtisaslaşmış şəhər xəstəxanalarının (psixatriya, vərəm, onkoloji və s.) bazasında yaradılması müvafiq hesab edilir. Rayon xəstəxanalarının bazasında qocalar evləri (xroniki xəstəlikləri olan adamlara və qocalara tibbi yardım göstərilən yer) və hospislərin təşkili zamanı tibbi ambulator şöbəni saxlamaq və rayon əhalisinə tibbi yardımın göstərilməsi üçün funksiyalar təyin etmək nəzərdə tutulur.   

Xəstəxanalarda palliativ yardım şöbəsinin potensialı ölkədəki mövcud şərait və ehtiyaclar baxımından ictimai səhiyyə orqanları tərəfindən müəyyən edilir.

Palliativ yardım şöbəsinin maliyyələşdirilməsi və maddi-texniki təminatı qaydası sözügedən ərazidə ictimai səhiyyəyə tətbiq edilən xidmət mexanizmi ilə müəyyən edilir. 

İctimai səhiyyə və sosial təminat üzrə büdcə orqanlarından əlavə, maliyyə mənbələri tibbi və tibbi-sosial xidmətlərin təminatından əldə edilən vəsaitlər, xeyriyyə fondlarının vəsaitləri, ictimai, xeyriyyə və dini təşkilatlardan  verilən könüllü ianələr ola bilər.

Palliativ yardım şöbələrində xəstələrlə məsləhətlər üçün psixoterapevtlər və nitq mütəxəssisləri müqavilə əsasında dəvət edilə bilər. Palliativ yardım şöbələrində xəstələrin müalicəsi prosesinə ictimai dini təşkilatların, xeyriyyə cəmiyyətlərinin və assosiasiyalarının üzvləri müəyyən olunmuş qaydada cəlb oluna bilər.

  • Palliativ yardım şöbəsinin vəzifələri aşağıdakılardır:
  • əlacsız xəstələr üçün tibbi və sosial xidmətlərin yeni şəkildə aparılmasının formalaşdırılması – xeyriyyə təbabəti;
  • xəstəliyin son mərhələsində olan stasionar xəstələr üçün ixtisaslaşmış palliativ yardımın əlçatanlığının artırılması və onlara evdə tibbi xidmətin yaxşılaşdırılması;
  • xəstəliyin son mərhələsində olan xəstələr üçün simptomatik müalicəsinin aparılması, xəstələrə psixoterapevtik dəstəyin istifadəsi ilə kompetent yardımın, qohumlarına psixoloji dəstəyin, ağır xəstəyə qulluq bacarıqlarının inkişafı üzrə qohumlarına təlimin təşkili;
  • xəstəliyin son mərhələsində olan onkoloji xəstələrə palliativ yardımın, tibbi-sosial reabilitasiyanın, psixoloji dəstəyin və qohumlarına psixoloji dəstəyin təminatı;
  • ağrı sindromunu və digər ağırlaşdırıcı simptomları azaltmaq;
  • İV klinik qrupa aid olan sağalmaz onkoloji xəstələrə qulluq bacarıqları üzrə xəstənin qohumlarına təlim;
  • Evlərdə və stasionar şöbələrdə xəstələrə pulsuz yardım göstərən könüllü köməkçilərin (könüllülərin) formalaşdırılması;
  • Dövlətin, kommersiya, ictimai və dini təşkilatların son mərhələdə olan onkoloji xəstələrin problemlərinə cəlb edilməsi;
  • Ölüm mərhələsində olan xəstələrin fiziki və psixoloji əzab-əziyyətinə insani münasibətin inkişafı üçün cəmiyyətin maarifləndirilməsi

 

  • Əsas vəzifələrə uyğun olaraq palliativ yardım şöbəsi aşağıdakıları həyata keçirir:
  • xəstəliyin profilinə və vəziyyətin ciddiliyinə, ağırlığına uyğun olaraq xəstələrin və qocaların qəbulu, yerləşdirilməsi;
  • Xəstələr üçün ixtisaslaşmış tibbi yardım;
  • Xəstələr üçün sosial xidmətlər;
  • Tibbi təyinatların (reseptlər) və prosedurların vaxtında həyata keçirilməsi;
  • İş terapiyası elementləri ilə xəstələrin tibbi reabilitasiyası;
  • Xəstələrin sağlamlıq durumu üzərində dinamik müşahidə;
  • Xəstələrin səhiyyə müəssisəsi tərəfindən müəyyən edildiyi kimi vaxtında buraxılması;
  • Qocalar evlərinə qoca və tənha vətəndaşların yerləşdirilməsi.

 

  • Palliativ yardım şöbəsi aşağıdakıları təmin edir:
  • ilkin təcili yardım və təcili xidmət;
  • ağırlaşmış xroniki xəstəlikləri olan və ya sağlamlıq durumu pisləşmiş xəstələrin müvafiq müalicə-profilaktika müəssisələrinə vaxtında yerləşdirilməsi;
  • sağlamlıq durumundan asılı olaraq xəstəxana xəstələrinin müntəzəm tibbi yoxlamaları;
  • tibbi tövsiyələr barədə xroniki xəstələrə məsləhət dəstəyi;
  • psixoloji dəstək və adekvat simptomatik terapiyası;
  • pəhriz də daxil olmaqla, tibbi tövsiyələrə uyğun qidalanma.

 

  • Xəstələrə stasionar şöbələrdə palliativ yardım göstərilməsi üçün müvafiqlik göstəriciləri:
  • tibbi: kliniki aydın ağrı sindromu; simptomların artması, xəstənin evdə müalicəsi mümkün olmayan ağırlaşmış vəziyyəti (astsit- hidroperitonea, yüksək qızdırma və s.);
  • sosial-məişət: evdə müvafiq yardım və müalicənin təmin edilməsi üçün şəraitin olmaması; evdə ağır onkoloji xəstənin olması və s. ilə bağlı psixoloji narahatlıq vəziyyəti.

 

  • Ümumi xəstəxananın palliativ yardım şöbələrində tibbi yardım almağa müvafiq olmayan göstəricilər:
  • kəskin yoluxucu xəstəlik;
  • ruhi xəstəlik

 

  • Aşağıdakı fəaliyyət prinsipləri palliativ yardım şöbəsi tərəfindən qəbul edilir və ciddi şəkildə həyata keçirilir:
  • pulsuz palliativ yardımın göstərilməsi;
  • xəstəxanada və evdə ümumi və müxtəlif cəhətlərdən ələçatımlıq;
  • xəstələrin və qohumlarının iztirablarına insani münasibət göstərilməsi;
  • ölümün sürətləndirilməməsi, ancaq xəstənin təbii ölümünə də müdaxilə edilməməsi;
  • xəstə və qohumlarına qeyri-real vədlər verilməməsi;
  • xəstənin fiziki, psixoloji, mənəvi və dini ehtiyaclarının tam ödənilməsi (mümkün qədər);
  • stasionar xəstələr üçün maksimum evə oxşar şəraitin yaradılması;
  • komanda daxilində işləmək: şöbə müdiri, həkim, psixoloq, tibb bacısı, kiçik tibb bacısı, sosial işçi, könüllü, xəstə və onun ailəsi və dostları.

Palliativ yardım şöbəsinin bir qayda olaraq, 30-dan çox olmayan stasionar xəstə çarpayısı və səyyar komandası vardır. Palliativ yardım şöbəsi tək adamlıq otaqların (daha çətin, ağır xəstələr üçün) və işıq siqnalizasiyası ilə təchiz edilmiş 4 çarpayılıq bölmələrin kombinasiyasından, ailə üzvlərinin xəstənin otağından kənarda istirahət edə/qala bilməsi üçün  ailə otağı, sarğı otağı, müalicə kabineti, izolyatoru, şöbə müdirinin kabineti, həkimlər üçün vestibül, baş və kiçik tibb bacısı, təsərrüfat bacısı kabineti, yeməkxana, tibbi personal üçün istirahət otağı, hamam və sanitar otağı, duş, ayaqyolu və evlərə başçəkmələr həyata keçirən heyət üçün ofisdən ibarətdir. Xəstənin ölümünə yaxın zamanda ailənin xəstənin otağında yatması üçün istifadə edilə bilən kreslolar-stullar və ya ensiz çarpayılar ilə xəstə otaqlarının təchiz edilməsi nəzərdə tutulur. Kliniki-diaqnostik prosesin optimallaşdırılması üçün palliativ yardım şöbəsi xəstəxananın əsas kliniki, diaqnostik və maddi-texniki imkanlarından istifadə edə bilər.

  • Beynəlxalq təcrübəni nəzərə alaraq, 25 ÇARPAYILIQ palliativ yardım şöbəsinin təxmini personalı (ştat cədvəli) aşağıda təqdim olunur.
  1. Şöbə müdiri - 1,0.
  2. Baş tibb bacısı - 1,0.
  3. Şöbə və müalicə otağının tibb bacısı - 6,0.
  4. Tibb bacısı-massajist - 1,0.
  5. Müalicəvi gimnastika üzrə təlimatçı - 1,0.
  6. Psixoloq
  7. Kiçik tibb bacıları (yuyunduranlar) – 10
  8. Təsərrüfat bacısı – 1.