UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Palliativ yardımın təşkilati formaları

Dünyada müxtəlif palliativ yardım modelləri mövcuddur. Bu modellər xəstəxanalarda, qocalar evində, xəstənin evində, eləcə də ixtisaslaşmış müəssisələrdə – hospislərdə tətbiq oluna bilər. Hospis öz növbəsində ömrünün illərindən daha çox günləri və aylarının qalması ehtimal edilən, ağır xəstəliyin son mərhələsində olan xəstələrə palliativ yardım göstərilməsi üçün struktur bazadır. Hospis – tarixən çoxdan fəaliyyətdə olan və daha dar bir anlayışdır. Hospisin xəstələri xəstəliyin yalnız son mərhələsində olan adamlardır. Palliativ yardım daha geniş anlayışdır. Ancaq, palliativ yardımın təminatı və hospis himayəsinin ünvanı eyni ola bilər.

Əvvəlcə hospislər xəstəliyin son mərhələsində olan adamlara kömək etmək üçün xəstəxana müəssisələri kimi yaradılmışdı. Zaman keçdikcə hospislər dəyişikliklərə məruz qaldı: hospislərin səyyar, evdə yardım və başqa növləri meydana çıxdı. Bununla da, hospis yardımı ixtisaslaşmış müəssisələrdən (xəstəxanalardan) xəstənin evinə doğru yönəldi. 

Dünya təcrübəsində ən çox işlənən hospis növləri və palliativ yardım variantları aşağıda göstərilir:

  1. Palliativ yardıma ehtiyacı olan və ağır vəziyyətdə olduğu üçün xəstəxanadan çıxarıla bilməyən, evdə yardımın mümkün olmadığı xəstələr üçün xəstəxanalarda palliativ şöbələr. Bu şöbələrin adətən 15-20 çarpayısı olur. Xəstəxanada qalma müddəti adətən bir aydan çox olmur. Bu şöbələr qocalar evində də təşkil oluna bilər.
  2. Evlərdə palliativ xidmətlər (evdə hospis) poliklinikalar, rayon xəstəxanaları və s. vasitəsilə təşkil oluna bilər. Onlar bu xidmətlərin yerinə yetirilməsini öz işçilərinə həvalə edən sosial müdafiə üzrə dövlət orqanları ilə birgə əlaqələndirilən çoxsahəli işçi komandalarında birləşirlər. Könüllüləri- tibbi və pedaqoji kollec və institutların tələbələrini, Qızıl Aypara Cəmiyyəti kimi təşkilatlardan olan tibb bacılarını cəlb etmək tövsiyə olunur tibb bacılarını cəlb etmək tövsiyə olunur.
  3. Hospis-stasionar (30 çarpayıdan çox olmayaraq) – son, terminal mərhələdə (çox zaman onkoloji xəstəlikləri) olan xəstələr üçün müvəqqəti xəstəxana xidməti göstərən müəssisələrdir. Xəstəxanada qalma müddəti bir aydan çox olmur. Orta qalma müddəti adətən bir həftə olur. Xəstəxanaya götürülmə səbəbi kəskin simptom idarəetməsidi
  4. Palliativ yardım məsləhət komandaları - xəstəxanaların onkoloji şöbələrində və ya onkoloji mərkəzlərdə yaradılır. Bunlar həkimlər və tibb bacılarından ibarət səyyar komandalardır ki, ağır simptomlu onkoloji xəstələrə baş çəkirlər. Bunlar xəstəxanada müalicə edilən və ya qeydə alınan xəstələrdir.

Bütün növ palliativ yardım xidmətləri bir-biri ilə qarşılıqlı əlaqədə olmalı və evdə palliativ yardımın göstərilməsi üzərində diqqəti cəmləməlidir. Evdə keyfiyyətli yardımın təminatı üçün orta tibb işçisi yardımı və qulluğu xidmətlərinin inkişafı vacibdir, çünki, bütün ailə üzvləri işlədiyi halda evlərdə yetkinlik yaşında olan adamlara yardımı nə həkimlər, nə də tibb bacıları təmin edə bilər.