UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Kontakt linza istifadəçilərində rast gəlinən göz problemləri
  • Xəstə uzun müddət göz simptomlarından əziyyət çəkdikdə oftalmoloqun müayinəsinə ehtiyac duyulur.
  • Keratitə şübhə olduğu hallarda xəstə təcili olaraq oftalmoloqa göndərilməlidir.
  • Kontakt linzalar gözün qıcıqlanmasına səbəb ola biləcək hallarda taxılmamalıdır (məs., allergiyalı göz simptomları, adi soyuqdəymə, quru göz, nəmli və ya çox quru hava, natəmiz suda çimdikdə).
  • Kontakt linzanın katarakt  və ya buynuz qişanın refraktiv cərrahi əməliyyatlarından (məs, PRK və ya LASİK-lə) sonra istifadə edilməsi üçün oftalmoloqun rəyinə və mütəmadi nəzarətinə ehtiyac duyulur.
  • Keratokonus xəstəliyi zamanı xəstələrin bir çoxunda atopiya olduğundan kontakt linzadan istifadə etmək müəyyən çətinliklər yarada bilər.
  • Buynuz qişanın ciddi anormallığının korreksiyası məqsədiylə və ya travmadan sonra skleral kontakt linzadan istifadəyə dair qərarın verilməsi müvafiq təcrübəli mütəxəssisin təqibini təmin edən tibbi müəssisələrində həyata keçirilməlidir.
  • İstər birdəfəlik, istərsə də digər növ linzalardan istifadə etdikdə yerləşdirmə tezliyinə və dezinfeksiya tədbirlərinə dair təlimatlara diqqət yetirməklə gigiyena qaydalarına hər zaman əməl edilməlidir.
  • Kontakt linzalar buynuz qişanın kəsilməsi əməliyyatından sonra istifadə edilməməlidir (məs., LASİK-lə)."?>
  • Kontakt linzaların taxılması zamanı istifadə edilən göz damcıları qoruyucu (qatqı, konservantlar) maddələrə malik olmamalıdır.
  • Ümumi praktika həkimləri (ailə həkimləri, sahə terapevtləri) kontakt linza istifadəçilərinə qlükokortikoid tərkibli göz damcıları təyin etməməlidir.

Kontakt linzadan istifadənin prinsipləri

  • Qoruyucu maddədən azad natrium-kromoqlikat tərkibli damcılar və ya gözləri nəmləndirmək məqsədiylə istifadə olunan qarışıqlar və bəzən də antibakterial göz damcıları istisna olmaqla, kontakt linzalar gözdə olarkən göz damcılarından istifadə edilməməlidir.
  • Bir çox göz preparatları  və onların tərkibində olan qoruyucu maddələr (məs., benzalkonium xlorid) linzalar tərəfindən absorbsiya olunurlar və bu da öz növbəsində toksiki və ya allergik reaksiyalara səbəb ola bilir.
  • Çiçək tozuna allergiyası olan istifadəçilər göz simptomlarına malik olduqda kontakt linzadan istifadə etməməlidirlər.
  • Kontakt linzadan həmçinin gözün digər allergik təzahürləri zamanı da istifadə edilməməlidir.
  • Quru gözlər yüngül gedişli hallarda kontakt linzaların istifadəsi üçün nisbi əks göstəriş hesab olunur; ağır hallarda quru gözlər mütləq əks göstəriş hesab olunur.
  • Kontakt linzalar, xüsusilə quru və ya isti havalarda və yaxud da çox nəmli mühitdə istifadə olunmamalıdır. İntensiv kompyuter işi də həmçinin nisbi əks göstəriş hesab olunur.
  • Natəmiz suda üzdükdə və ya suya daldıqda (məs., hovuzda) kontakt linzalardan istifadə edilməməlidir (bir dəfəlik linzalardan istifadə edilirsə, onlar üzdükdən dərhal sonra çıxarılmalı və yenisiylə əvəz edilməlidir).
  • Öskürək və soyuqdəymə zamanı kontakt linzalardan istifadə edilməməlidir.
  • Bütün kontakt linza istifadəçiləri mütəmadi olaraq oftalmoloqun qəbulunda olmalıdırlar; cavan (<20 yaş) pasiyentlər və ya il ərzində bir və ya iki dəfə allergiya keçirən pasientlər, digər simptomlara malik atopik pasientlər, həmçinin keratokonuslu atopik pasientlər ildə bir dəfə və ya ehtiyac olduqda bir dəfədən daha çox oftalmoloqun qəbuluna olmalıdır.
  • Davamlı istifadə olunan kontakt linzaların istifadəsinə müntəzəm oftalmoloji nəzarət təmin edilməlidir.
  • Gündəlik istifadə olunan kontakt linzalar (dəyişmə intervalı 1-3 ay) həftə ərzində 5-6 gün taxılır. Kontakt linzaların davamlı istifadəsi zamanı onları gün ərzində yalnız məhdud zaman daxilində istifadə etdikdə təhlükəsiz sayılırlar  və  onlar bir ay intervalı ilə dəyişdirilməlidirlər. Əgər linzalar mütəmadi olaraq uzun müddət ərzində taxılarsa pasient oftalmoloqun nəzarəti altında olmalıdır.
  • Xüsusi hallar istisna olmaqla refraktiv cərrahi əməliyyatdan sonra kontakt linzalardan istifadə etmək məsləhət görülmür və bu hal, oftalmoloqun davamlı nəzarətini tələb edir.
  • Buynuz qişanın əsaslı anormallıqlarının, buynuz qişanın xoralarının və ya digər xəstəlik və yaxud travmaların müalicəsində xüsusi kontakt linzaların istifadəsi müvafiq təcrübəyə malik həkim və ya bu tip müalicə sahəsində xəstələrin müayinəsini və ixtisaslaşmış təqibini təmin edən tibbi müəssisələrində aparılmalıdır.
  • Müvafiq əl gigiyenasına və kontakt linzaların təmizlənməsinə əməl edilməlidir.

Kontakt linzanın əvəzlənməsi və məhlulu

  • Kontakt linzalar təlimatda göstərildiyi kimi əvəzlənməli və ya dəyişdirilməlidir. Konteynerlər ən azı 6 aydan bir dəyişdirilməlidir.
  • Oksigen-keçirən sərt kontakt linzalar 2 il intervalı ilə dəyişdirilməlidir.
  • Allergiyalı və ya digər səbəbdən həssas gözə sahib xəstələrin bir-günlük və ya qısa-müddətli (bir ay) linzalardan istifadə etmələri məqsədəuyğundur.
  • Keratokonuslu allergiyalı xəstələr (keratokonus əksər hallarda atopiya ilə yanaşı müşahidə olunur) oftalmoloqun nəzarəti altında oksigen keçirən sərt kontakt linzalardan istifadə edə bilər.
  • Hidrogen peroksid (H2O2) əsaslı həlledicilərdən dezinfeksiya məqsədilə istifadə edilir.
  • Hidrogen peroksidin həlledicidə yetərli qədər neytrallaşdırılmaması səbəbindən kontakt linza məhlulu toksiki reaksiyaya səbəb ola bilər.
  • Kontakt linza məhlulu, eləcə də zülal-absorbsiyaedici həblər allergik reaksiyalara səbəb ola bilərlər.
  • Kontakt linzalar hidrogen peroksidlə dezinfeksiya edildikdən sonra konteynerdə bir müddət saxlanılarsa, gözə yerləşdirilməmişdən öncə onları yaxşıca yaxalamaq lazımdır.

(Yerləşdirildi: noyabr 2023)