UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Gözlərə qulluq

Həyatın erkən mərhələrində uşaqlarda bir çox mühüm göz xəstəlikləri yarana bilər. Yalnız dəqiq müayinə və düzgün müalicənin aparılması nəticəsində uğurlu nəticə əldə etmək olar.

0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onların aşağıda qeyd edilmiş tezlikdə mütəmadi olaraq müayindən keçməsi vacibdir:

  • 1 yaşında məktəbə getməzdən əvvəl
  • Məktəbdə oxuyan zaman

Lakin aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsa, dərhal göz xəstəlikləri sahəsində ixtisaslaşmış həkimə (pediatrik oftolmoloqa) müraciət etmək lazımdır.

  • Gözlərdə qızartı və ya gözlərin sulanması
  • Gözlərin titrəməsi
  • Çəpgözlük və ya gözün qapanması
  • Adətən, qara olan göz bəbəyinin ağ ləkələri və ya bulanıq rəngi
  • Daim əşyalara yaxından baxmaq
  • Başı bir tərəfə əyib seyr etmək
  • Tez-tez gözləri ovuşdurmaq
  • Göz xəstəliklərinə irsi meyillilik.
  • Uşaqlarda rast gəlinən göz xəstəlikləri

Uşaqlarda ən çox yayılan göz xəstəlikləri göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopiya, astiqmatizmdir.

Tez-tez dəyişən hava şəraiti nəticəsində immun sisteminin zəifləməsi ilə gözlərdə də xəstəliklərin yaranma riski artır. Soyuq və quru hava gözlərdə qaşıntıya, sulanmaya, qızartıya səbəb olaraq konyunktivit xəstəliyi yarada bilər.

İş yerləri, məktəb, kinoteatr, alış-veriş mərkəzləri, ictimai nəqliyyat kimi qapalı və insanların çox olduğu yerlərdə göz infeksiyası riski yüksəlir. Odur ki, asqırdıqda və öskürdükdə mütləq dəsmaldan istifadə etməli, əllər tez-tez yuyulmalı, otaqlar müntəzəm olaraq havalandırmalı, kondisionerlərin filtrləri vaxtlı-vaxtında dəyişdirilməlidir.

Gözləri necə qorumaq olar?

  • Küləkli havada ehtiyatlı olun

Bu zaman gözləri qorumaq üçün geniş çərçivəli gözlüklərdən istifadə etmək tövsiyə olunur.

  • Bol miqdarda su için

Vücudumuzun 60%-ni təşkil edən su göz sağlamlığı üçün də çox əhəmiyyətlidir. Kifayət qədər su qəbul etmədikdə gözyaşı ifrazı azalır.

Günəş gözlüyü istifadə edin

Küləyə, soyuğa və günəş şüalarına qarşı qış vaxtı da günəş gözlüyü taxmaq tövsiyə olunur.

Ekran qarşısında işləyərkən gözlərinizi mütləq dincəldin

Kompüter qarşısında olduqda gözlərimizi normada qırpdığımızdan daha az qırpırıq. Bu da göz səthindən buxarlanmanı artırır.

Kondisionerin təsiri və quru hava gözlərin quruması problemini daha da artırır. Ekran başında işləyərkən gözləri bir saatda 3 dəfə 20 saniyə ərzindən ekrandan uzaqlaşdırın və uzaqda olan bir nöqtəyə ən azı 20 saniyə baxın.

Mütaliə edərkən bu qaydalara riayət olunmalıdır:

Oturduğun yerə kənardan lampa işığı düşməlidir

Kitap gözlərdən 35-40 sm məsafədə olmalıdır

Mütaliə edərkən otağın işığı orta səviyyədə olmalıdır, çox parlaq işıq, eyni zamanda yarıqaranlıq göz üçün zərərlidir

İşığın səmtini gözə yox, kitaba tərəf yönəldin

Uzanmış halda kitab oxumağı unudun

Kitab oxuyan zaman mütləq şaquli vəziyyət  alaraq dik oturun

Ehtiyac olmazsa, kitabı gözünüzə çox yaxınlaşdırmayın

Əgər uzun zaman mütaliə ilə məşğul olcaqsınızsa, gözlərinizin qayğısına qalın və hər saatdan sonra mütləq fasilə edin və istirahətə vaxt ayırın

Gözlərə qulluq