UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Süd vəzisi xərçənginin inkişafının risk amilləri (ÜST):
- Yaş həddi – xəstələnmə halları 50 və daha yuxarı yaşda olan qadınlarda rast gəlinir;
- Ailə üzvlərində və yaxın qohumlarda xərçəng halları - ailə üzvləri və yaxın qan qohumları arasında süd vəzisinin xərçəngi olan qadınlarda süd vəzisinin xərçənginin yaranma riski daha yüksəkdir. Ana, bacı yaxud qızında süd vəzi xərçənginin olması təqribən bu riski iki dəfə artırır. Lakin bilmək lazımdır ki, süd vəzi xərçəngi ilə xəstələnmiş qadınların 70-80%-nin nəslində bu xəstəlik əvvəllər qeydə alınmamışdır.
- Əvvəllər süd vəzi xərçəngi diaqnozu qoyulmuş qadınlarda yeni şişin yaranması riski. Bir süd vəzisində xərçəng olan qadının ikinci süd vəzisində də yeni şişin, yaxud da elə həmin süd vəzisinin digər tərəfində şişin əmələ gəlmə ehtimalı yüksəkdir.
- Menstrual dövrün xüsusiyyətləri: aybaşının 12 yaşadək başlanması; 55 yaşdan sonra menopauzanın başlaması süd vəzi xərçənginin inkişafı riskini artırır.
- Anamnezdə hamiləliklərin olmaması, yaxud ilk uşağın 30 yaşdan sonra doğulması süd vəzi xərçənginin inkişafı riskini artırır. Menopauzadan sonra piylənmə və artıq çəki də xərçəngin inkişafı riskini artırır.
- Hormonal terapiya. Menopauza dövründə əvəzedici hormonal terapiyanın (yalnız estrogen tərkibli və ya kombinə olunmuş preparatlar) istifadəsi də xərçəng riskini artırır.
- Keçmişdə hamiləliyin qarşısını alan həblərin qəbulu: oral kontraseptivlərin qəbulu süd vəzi xərçənginin inkişafı riskini artırmış olur.
- İrsiyyət. Süd vəzinin xərçəngi ilə xəstəlik hallarının 5-10%-i bəzi genlərin irsi dəyişiklikləri ilə (mutasiyalarla) bağlıdır. BRCA1 və BRCA2 genlərində dəyişikliklər daha geniş yayılmışdır. Bu gen dəyişiklikləri olan qadınlarda həyat ərzində süd vəzinin xərçəngi ilə xəstələnmə hallarının ehtimalı 80% artır. Digər gen dəyişiklikləri də süd vəzi xərçənginin yaranma riskini artırır.
- Fiziki aktivliyin olmaması (az hərəkətli həyat tərzi);
- Yüksək yağ tərkibli pəhriz;
- Gün ərzində bir porsiyadan çox alkoqoldan istifadə
Uşaqlıq boynu xərçənginin yaranmasının risk amilləri
- Erkən cinsi həyata başlama
- Cinsi partnyorların çoxsaylı olması (həm qadında, həm də onun partnyorunda)
- Tütünçəkmə
- İnsanın papilloma virusu (İPV) ilə infeksiya
- İİV-infeksiya
- Orqanların köçürülməsi səbəbindən immuniteti zəiflədən dərmanların qəbulu, onkoloji xəstəliyə görə kimyəvi terapiyanın aparılması, müxtəlif xəstəliklərin müalicəsi üçün steroidlərdən daimi istifadə.
Yoğun bağırsağın xərçənginin (kolorektal xərçəng) yaranmasının risk amilləri
- Yaş həddi (çox vaxt 50 yaşdan yuxarı insanlarda təsadüf olunur)
- Kolorektal xərçəngin qan qohumluğunda rast gəlməsi
- Əvvəlki kolonoskopiyalarda adenomatoz poliplərin qeydə alınması
- Bağırsaqların iltihab xəstəlikləri (Kron xəstəliyi, Xoralı kolit)
- Yüksək yağ və qırmızı ət tərkibli qidalar
- Liflər, meyvə və tərəvəzlərdən çox az istifadə
- Fiziki aktivliyin olmaması
- Tütünçəkmə
- Alkoqoldan istifadə
- Piylənmə
Endometrianın xərçənginin (uşaqlığın xərçəngi) yaranmasının risk amilləri
- Yaş həddi - çox vaxt 50 və daha böyük yaşda olan qadınlarda təsadüf olunur
- Estrogenin yüksək səviyyəsi ilə bağlıdır
- Menstrual dövrün xüsusiyyətləri (aybaşının 12 yaşadək başlanması; 55 yaşdan sonra menopauzanın başlaması)
- Anamnezdə hamiləliklərin olmaması, yaxud ilk uşağın 30 yaşdan sonra doğulması
- Progesteronsuz hormonal terapiya
- Sonsuzluq
- Ailə anamnezində (qan qohumlarında) yoğun bağırsağın xərçənginin olması
- Piylənmə
- Tamoksifendən istifadə.
Ağciyər xərçənginin yaranmasının risk amilləri
- Yaş həddi (xəstəlik əsasən 55-65 yaşlı insanlarda təsadüf edir)
- Tütünçəkmə
- Passiv tütünçəkmə
- Ağciyər xərçənginin qan qohumlarında qeydə alınması
- İrsi meyllilik
- Rodon yaxud azbestin təsiri.
Yumurtalıqların xərçənginin yaranmasının risk amilləri
- Yaş həddi (adətən 50 yaşdan yuxarı insanlarda təsadüf edir)
- Yumurtalıqların xərçənginin yaxın ailə üzvlərində rast gəlməsi (məs., xəstənin anası, qızı, bacısı, nənəsi, xalası)
- BRCA1 yaxud BRCA2 genlərində irsi mutasiya
- Anamnezində hamiləliklərin olmaması
- Piylənmə.
Prostat xərçənginin yaranmasının risk amilləri
- Yaş həddi (adətən 50 yaşdan yuxarı kişilərdə təsadüf olunur)
- Prostat xərçənginin ailə üzvlərində qeydə alınması (məs., xəstənin atası, qardaşı yaxud oğlunda)
- Yüksək tərkibli qidaların qəbulu, meyvə və tərəvəzlərdən çox az istifadə
Dəri xərçənginin yaranmasının risk amilləri
- Günəşin ultrabənövşəyi şüasının təsiri yaxud solyaridən istifadə
- Dərinin açıq fenotipi (ağ dərili insanlarda günəş şüasının təsiri daha yüksək riskə malikdir)
- Ailə anamnezində dəri xərçəngi, əsasən də melanomanın olması
- İl ərzində günəşli günlər çox olduğu iqlim şəraitində yaşamaq.
Mədə xərçənginin yaranmasının risk amilləri
Xərçəng öncəsi xəstəliklər (bağırsaq metaplaziyalı xroniki atrofik qastrit, pernisioz anemiya və adenomatoz poliplər)
- Həddindən artıq duzdan istifadə (duzlu, hisə verilmiş, konservləşdirilmiş ərzaq məhsullarından istifadə)
- Tütünçəkmə
- Helicobacter pylori infeksiyasının olması
- Qastroezofagel reflyuks (uzun müddət ərzində)
- Ailə anamnezi. Əgər mədə xərçəngi bir çox yaxın qohumlarda baş verirsə, insanın özündə də xəstəliyin yaranma ehtimalı artır
- Fiziki aktivliyin azlığı.
Risk amillərinə məruz qalan, yaxud sağlam həyat tərzi keçirməyən hər bir insanda onkoloji xəstəliklər yaranmır. Məsələn, bütün siqaret çəkənlər ağciyər xərçənginə tutulmurlar. Əslində biz hamımız uzun müddət ərzində kanserogenlərin az miqdarda təsirinə məruz qalırıq. Bizim immun sistemimiz bəzi anomal hüceyrələri şişə çevrilməmişdən əvvəl məhv etmə gücünə malikdir.
Əksər hallarda bir neçə risk amilinin uzlaşması (məsələn, eyni insanda irsiyyət, genetik meyllilik, yaş, pəhriz, tütünçəkmə, immun sisteminin vəziyyəti və s. amillərin təsiri) tələb olunur ki, normal hüceyrənin xərçəngə çevrilməsi baş versin.