UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Ürək-damar xəstəlikləri (ÜDX) zamanı fiziki aktivlik və psixo-sosial risk amilləri

Oturaq həyat tərzi ÜDX-nin əmələ gəlməsinin əsas risk amillərindəndir. Fiziki fəaliyyət ÜDX-nin birincili və ikincili profilaktikasının ən önəmli qeyri-farmakoloji üsuludur. Müntəzəm fiziki aktivlik və/və ya aerob fiziki məşq ÜDX səbəbindən ölüm hallarının ehtimalını azaldır.

Fiziki hərəkətlər nə üçün xeyirlidir?

  • «pis» xolesternin, triqliseridlərin səviyyəsi enir, “yaxşı “ xolesterinin miqdarı artır ki, buda aterosklerozdan müdafiyədir
  • arterial təzyiqi normalaşdırır, və nəticədə insultların və ürək tutmaları riskini azaldır
  • kalori sərfi, iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəksinin aşağı düşməsinə kömək edir
  • sümük və oynaqların davamlılığını artırır
  • orqanizmin adaptasion imkanlarını,insanın iradəsini inkişaf etdirir
  • intensiv fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya «xoşbəxtlik hormonu» yaranır
  • streslərə davamlılığı artırır: fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür.

İrsi meyillilik

Bir çox ürək-damar xəstəlikləri riski faktorlarında irsiliyin roluna dair təkzibedilməz sübutlar mövcuddur. Bu səbəbdən aterosklerotik mənşəli xəstəliklər və ya risk amillərinin əksəriyyətinin (yüksək (AT), (ŞD), hiperlipidemiya) mövcudluğu xəstənin yaxın qohumlarında (55 yaşadək kişilər və 65 yaşadək qadınlar) dəqiqliklə müəyyən edilməlidir.

Yaş və cins

Yaşın artması və kişi cinsi ÜDX-nin yaranması riskini artırır.

Nisbətən gənc insanlar bütün risk amillərinin mövcudluğuna baxmayaraq mütləq aşağı ÜDX riski qrupuna aid olurlar.

Qadınlar üçün risk eyni yaşda olan kişilərlə müqayisədə daha aşağıdır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda ÜDX riski göstəriciləri 50 yaşlı kişilərin həmin göstəricilərinə uyğundur.

Həm kişilərdə, həm də qadınlarda tütünçəkmədən imtina, fəal həyat tərzinin tətbiqi, bədən çəkisinin normallaşdırılması və normal AT və qanda (XS) normal səviyyəsi olduqda, eləcə də, vaxtlı-vaxtında nəzarət (və normadan kənarlaşma zamanı korreksiya) aparıldıqda ÜDX riski azaldıla bilər.

Psixo-sosial risk amilləri

Aşağı sosial-iqtisadi status, yetərli olmayan sosial dəstək, işdə və ailədə stress, depressiya və həyəcan, düşmənçilik ÜDX-nin əmələ gəlməsi riskini artırır, onun klinik gedişatını və proqnozun pisləşməsini müəyyənləşdirir. Psixo-sosial amillərin ürək-damar riski ilə əlaqələndirən mexanizmlərinə qeyri-sağlam həyat tərzi (ən çox tütünçəkmə, qeyri-sağlam qidanın seçilməsi və fiziki aktivliyin çatışmazlığı), həyat tərzinin dəyişdirilməsi və medikamentoz terapiya tövsiyələrinə əməl edilməməsi daxildir.