UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
2-ci tip şəkərli diabet olan insanların əksəriyyəti üçün hissə-hissə qidalanma məsləhət görülür (gündə 5-6 dəfə kiçik porsiyalarla). Bu rejim imkan verir ki, insanın vərdiş etdiyi qida həcmi azaldıqda güclü aclıq hissi yaranmasın. Həmçinin, bu rejim yeməkdən sonra qanda qlükoza səviyyəsinin artmasına (hər qida qəbulunda karbohidrat porsiyası çox olmamalıdır) və medikamentoz şəkər azaldıcı terapiyada olan şəxslərdə hipoqlikemiyaların yaranmasına (tez-tez az miqdarlarda karbohidrat qəbulu) mane olur. 1-ci tip şəkərli diabetdə sərbəst qidalanma rejimi mümkündür, belə ki, hər qida qəbulundan əvvəl qısamüddətli təsirə malik zəruri insulin dozası yeridilir. Bu isə, qanda qlükoza səviyyəsini lazımi həddə saxlamağa imkan verir.
Qidalanmaya dair ümumi tövsiyələr
1.Bitki lifləri (sellüloz) ilə zəngin məhsulların (tərəvəz və göyərti, yarma, iri üyüdülmüş undan olan məmulatlar) və tərkibində yarıdoymuş yağ turşuları (bitki yağı) olan məhsulların rasiona daxil edilməsi.
2.Kalorili olmayan şəkər əvəzləyicilərin (aspartam, saxarin, asesulfamK) orta miqdarda istifadə olunması. Artıq bədən çəkisi olan insanlar “diabetik məhsullardan”, məs. şokolad, peçenye, vafli, cemden istifadə etməməlidirlər. Çünki bu məhsullar kalorili şəkər əvəzləyicilərindən hazırlanıblar (ksilit, sorbit və ya fruktoza), həmçinin onların qalan komponentləri yüksək kalorili ola bilər. Bunlar qanda qlükoza səviyyəsini yüksəldə bilər (məs. Vafli və peçenye unu, cemdəki və marmeladdakı meyvə tərkibi və s.)
3.Alkoqollu içkilərin istifadəsi pankreatit, aşkar neyropatiya, dislipidemiya, alkoqol asılılığı olmayan hallarda qadınlar üçün sutkada 1 şərti vahiddən, kişilər üçün isə, 2 şərti vahiddən* çox olmamaqla mümkündür.
4.Konkret göstəriş olmadan vitamin və antioksidant qəbulu tövsiyə edilmir, belə ki, oların uzaq effektivliyi və təhlükəsizliyi öyrənilməyib.
*Bir şərti vahid 15 q xalis etanola və ya 40 q tünd içkiyə, yaxud da 140 q quru şəraba və ya 300 q pivəyə bərabərdir.
|
Şəkərli diabetlə əlaqədar yuxarıda göstərilən qidalanma qaydalarının yekunu olaraq, demək olar ki, qidalanma artıq bədən çəkisinin olmasından və şəkər azaldıcı müalicədən asılıdır.
- Şəkərli diabetdən əziyyət çəkən, insulin qəbul etməyən artıq çəkili insanların qidalanması. Əsas prinsip – kalori miqdarının aşağı salınmasıdır. Çörək vahidləri üzrə karbohidratları hesablamağa ehtiyac yoxdur.
- Şəkərli diabetdən əziyyət çəkən, insulin qəbul edən artıq çəkili insanların qidalanması. Yuxarıda göstərilən aşağı kalorili qidalanma prinsipləri. Çörək vahidləri üzrə karbohidrtların hesablanması vacibdir.
- Şəkərli diabetdən əziyyət çəkən, insulin qəbul etməyən və çəkisi normaya yaxın olan insanların qidalanması. Aşağı kalorili qidalanma prinsiplərinə əməl etməyə ehtiyac yoxdur, belə ki, bədən kütləsini azaltmaq lazım deyil. Çörək vahidləri üzrə karbohidratları dəqiq şəkildə hesablamağa da ehtiyac yoxdur, yeməkdən sonra qanda qlükoza yüksək olarsa, şəkər məhdudlaşdırılmalıdır.
- Şəkərli diabetdən əziyyət çəkən, insulin qəbul edən və çəkisi normala yaxın olan insanların qidalanması. Aşağı kalorili qidalanma prinsiplərinə əməl etməyə ehtiyac yoxdur, belə ki, bədən kütləsii azaltmaq lazım deyil. Çörək vahidləri üzrə karbohidratların hesablanması vacibdir.
TƏRKİBİNDƏ EKVİVALENT MİQDARDA KARBOHİDRAT OLAN MƏHSULLARIN SİYAHISI – “ÇÖRƏK VAHİDLƏRİ”
(1 karbohidrat vahidi, KV=tərkibində 10-12 q karbohidrat olan məhsul miqdarı)
|
Çörək və bulka məmulatları* |
1 KV = |
1 dilim |
Ağ çörək |
20 q |
1 dilim |
Qara çörək |
25 q |
|
Suxarı |
15 q |
|
Kreker (quru peçenye) |
15 q |
1 x.q. |
Üyüdülmüş suxarı |
15 q |
*Düşbərə, blinçik, oladi, pirojki, sırnik, varenki, kotlet kimi məhsullarda karbohidrat var, ancaq ÇV miqdarı məmulatın ölçüsündən və reseptindən asılıdır. |
|
Yarma, qarğıdalı, un |
1 KV = |
1 x.q. |
İstənilən yarma* |
15 q |
2 x. qaşığı |
Yulaf |
20 q |
1/2 ədəd, orta |
Qarğıdalı lopaları |
100 q |
3 x. qaşığı |
Konservləşdirilmiş qarğıdalı |
60 q |
4 x. qaşığı |
Qarğıdalı lopaları |
15 q |
10 x. qaşığı |
Popkorn (“qızardılmış” qarğıdalı dənələri) |
15 q |
1 x.q. |
Un (istənilən) |
15 q |
*1 x.q. çiy yarma nəzərdə tutulur; bişmiş formada (sıyıq) 1 XE 2 x.q.x. (50 q). |
|
Kartofel |
1 KV = |
1 ədəd, orta |
Çiy kartof |
75 q |
2 x. qaşığı |
Kartof püresi |
90 q |
2 x. qaşığı |
Qızarmış kartof |
35 q |
|
Quru kartof (cipsi) |
25 q |
|
Tərəvəz, paxlalılar, qoz |
1 KV = |
3 ədəd, orta |
Kök |
200 q |
1 ədəd, orta |
Çuğundur |
150 q |
1 x.q., quru |
Paxlalılar |
20 q |
7 x. qaşığı, təzə |
Noxud |
100 q |
3 x. qaşığı, bişmiş |
Lobya |
50 q |
|
Qoz |
60-90 q |
|
Süd və maye süd məhsulları |
1 KV = |
1 stəkan |
Süd |
250 ml |
1 stəkan |
Kefir |
250 ml |
1 stəkan |
Qaymaq |
250 ml |
|
Təbii yoqurt |
200 q |
|
Digər məhsullar |
1 KV = |
2 ç.q. |
Qənd-şəkər |
10 q |
2 dilim |
Dilim qənd |
10 q |
2 stəkan |
Şirin qazlı su |
100 ml |
1 stəkan |
Kvas |
250 ml |
|
Dondurma |
65 q |
|
Şokolad |
20 q |
|
Bal |
12 q |
|
Makaron məmulatları |
1 KV = |
1-2 x. qaşığı Məmulatın növündən asılı olaraq |
Vermişel, lapşa, rojki, makaron |
15 q |
|
Meyvə və giləmeyvələr (tum və qabıq ilə) |
1 KV = |
2-3 ədəd |
Ərik |
110 q |
1 ədəd, iri |
Heyva |
140 q |
1 dilim (köndələn kəsim) |
Ananas |
140 q |
1 dilim |
Qarpız |
270 q |
1 ədəd, orta |
Apelsin |
150 q |
1/2 ədəd orta |
Banan |
70 q |
7 x.q. |
Mərsin |
140 q |
12 ədəd iri olmayan |
Üzüm |
70 q |
15 ədəd |
Albalı |
90 q |
1 ədəd, orta |
Nar |
170 q |
1/2 ədəd, iri |
Qreyfrut |
170 q |
1 ədəd, kiçik |
Armud |
90 q |
1 dilim |
Yemiş |
100 q |
8 x. qaşığı |
Böyürtkən |
140 q |
1 ədəd |
Əncir |
80 q |
1 ədəd, iri |
Kivi |
110 q |
10 ədəd, orta |
Çiyələk |
160 q |
6 x. qaşığı |
Motmotu |
120 q |
8 x. qaşığı |
Moruq |
160 q |
1 ədəd, iri olmayan |
Manqo |
110 q |
2-3 ədəd, orta |
Narıngi |
150 q |
1 ədəd, orta |
Şaftalı |
120 q |
3-4 ədəd iri olmayan |
Gavalı |
90 q |
7 x. qaşığı |
Qarağat |
120 q |
1/2 ədəd, orta |
Xurma |
70 q |
7 x. qaşığı |
Qaragilə |
90 q |
1 ədəd, kiçik |
Alma |
90 q |
1/2 stəkan |
Meyvə şirəsi |
100 ml |
|
Quru meyvə |
20 q |