UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Şəkərli diabet zamanı qidalanma

Şəkərli diabetin effektiv müalicəsi sizin əlavə olaraq şəkərazaldıcı vasitələr (o cümlədən, insulin) qəbul edib-etməmənizə baxmayaraq, konkret qidalanma tövsiyələrinə əməl etmənizi nəzərdə tutur. Söhbət pəhrizdən, yəni müəyyən ərzaq məhsullarının məhdudlaşdırılması kimi müvəqqəti tədbirlərdən deyil, bütövlükdə qidalanma tərzinin dəyişdirilməsindən gedir.

Qidada üç komponent enerji daşıyıcısı rolunu oynayır: zülallar, yağlar və karbohidratlar. Bunlardan ən çox kalorili olan yağlardır: zülallar və karbohidratlarla (1 q-da 4 kkal) müqayisədə yağlarda iki dəfədən çox enerji var (1 q-da 9kkal).

Zülal, yağ və karbohidratlarla zəngin qida məhsullarının nümunələri cədvəldə verilir.

Zülal

1 q-da 4 kkal

Yağ

1 q-da 9 kkal

Karbohidrat

1 q-da 4 kkal

Su

1 q-da 0 kkal

Alkoqol

1 q-da 7 kkal

 

Bədən çəkisi artıq olan insanlarda qidalanma

Bədən çəkisi artıq olan insanlar üçün (diabetin istənilən növündə) qidalanma həmin artıq çəkinin azaldılmasını və daha sonra uzun müddət ərzində azaldılmış çəkinin qorunub saxlanılmasını, eləcə də, yeməkdən sonra qanda qlükoza səviyyəsinin yüksəlməsinin qarşısının alınmasını təmin etməlidir. Bundan başqa, bədən çəkisinin azaldılması arterial hipertoniya və dislipidimeya ilə əlaqədar müsbət nəticə əldə etməyə imkan verir.

Çəkinin azaldılmasına ancaq qidanın kalorililiyini məhdudlaşdırmaqla nail olmaq olar. Sutkalıq kalori qadınlarda 1200 kkal-dən, kişilərdə isə, 1500 kkal-dən az olmamalıdır. Kalori miqdarının daha da azaldılması ancaq qısa müddət ərzində və həkim nəzarəti ilə tətbiq edilir. Ac qalmaq qəti surətdə olmaz. Ancaq, dəqiq kalori miqdarını hesablamaq məcburi deyil. Aşağı kalorili qidalanmanın əsas prinsipləri aşağıdakı kimidir: Birincisi, yağ, şəkər ilə zəngin olan yüksək kalorili məhsulları və alkoqolu rasiondan çıxarmaq və ya kəskin sürətdə məhdudlaşdırmaq. İkincisi, orta kalorili məhsulların: zülal və nişastanın istifadəsini azaltmaq (təxminən əvvəlki, adət edilmiş miqdar ilə müqayisədə iki dəfə). Üçüncüsü, sərbəst şəkildə və məhdudiyyət olmadan aşağı kalorili məhsullardan (əsasən su tərkibli): tərəvəz, göyərti, kalorisiz içkilər istifadə etmək.

Aşağıda az kalorili qidalanma prinsiplərinə uyğun üç qrupa bölünmüş konkret məhsullar sadalanır:

Məhdudiyyətsiz istifadə oluna bilən məhsullar

kələm (bütün növləri)

yaşıl noxud

xiyar

ispanaq, turşəng

kahı, göyərti

göbələk

pomidor

çay, şəkərsiz və qaymaqsız kofe

bibər

mineral su

kabaçki

şəkərəvəzləyiciləri olan içkilər

badımcan

Tərəvəzləri çiy, qaynadılmış və ya qızardılmış vəziyyətdə yemək olar.

 

Tərəvəz yeməklərinin hazırlanmasında yağların (yağlar, mayonez, smetan) istifadəsi minimal olmalıdır.

çuğundur

kök

lobya

qırmızı turp, ağ turp

 

Orta həddə istifadə olunması gərəkən məhsullar

yağsız ət

yarma

yağsız balıq

makaron məmulatları

süd və süd məhsulları (yağsız)

çörək və çörək məmulatları (şirinsiz)

yağlılığı 30%-dən az olan pendirlər

meyvə

yağlılığı 5%-dən az olan kəsmik

yumurta

kartof

“Orta həddə” sizin adət etdiyiniz normanın yarısı qədər deməkdir.

qarğıdalı

yetişmiş paxlalılar (noxud, lobya, mərci

 

Qida rasionundan çıxarılması və ya maksimum məhdudlaşdırılması gərəkən məhsullar

kərə yağı

şəkər, bal

bitki yağı*

mürəbbə, cem

salo

konfet, şokolad

smetan,qaymaq

pirojna, tort

yağlılığı 30%-dən çox olan pendirlər

peçenye, şirin xəmirdən olan məhsullar

yağlılığı 5%-dən çox olan kəsmik

dondurma

mayonez

şirin içkilər (şəkərli limonad)

yağlı məhsullar, hisə verilnmiş məhsullar

alkoqollu içkilər

kolbasa məmulatları

İmkan daxilində qızartma yeməkləri rasiondan çıxarmaq lazımdır.

 

Çalışın, yeməyi yağsız bişirməyə imkan verən tava və ya qazanlardan istifadə edin.

yağlı balıq**

quş dərisi

yağda ət, balıq və bitki konservləri

yarımfabrikatlar (düşbərə, hazır farş, dondurulmuş yeməklər və s.)

qoz, günəbaxan tumu

*bitki yağı gündəlik rasionun vacib hissəsidir, ancaq onu çox az miqdarda istifadə etmək lazımdır.

**balıq yağında çox dəyərli yağ turşuları olur, ona görə də, yağlı ətlə müqayisədə yağlı balıq növlərinə qoyulan məhdudiyyət nisbətən yüngüldür.

 

Karbohidratların qanda qlükoza səviyyəsinə təsiri

Karbohidratlar qanda qlükoza səviyyəsini birbaşa yüksəldən yeganə qida maddələridir, ancaq bu, onların kəskin surətdə məhdudlaşdırılmasına əsas vermir.

Birincisi, karbohidratlar istənilən şəxsin, o cümlədən diabetli insanın qidalanmasında kifayət qədər olmalıdır (ümumi kalorinin 50%-dən az olmamaqla), çünki onlar orqanizm üçün enerji mənbəyi rolunu oynayır.

İkincisi, ayrı-ayrı karbohidratlar qanda qlükoza səviyyəsinə fərqli təsir göstərirlər. Elə karbohidratlar var ki (onları şəkər adlandırırlar), onlar çox asan mənimsənilir, çünki kiçik molekullardan ibarətdir və həzm prosesində sürətlə sorulurlar. Onlar qanda qlükoza səviyyəsini dərhal və çox güclü şəkildə artırırlar. Məhz bu karbohidratlara misal olaraq şəkəri, balı göstərmək olar və meyvə şirələrində, pivədə olur.

Karbohidratların başqa bir növü (nişastalar) nisbətən az şəkər yüksəldici təsirə malikdir. Bu məhsullara aşağədakılar daxildir: çörək, yarma, makaron məmulatları, kartof, qarğıdalı. Nişastanın molekulu iridir və onu mənimsəmək üçün orqanizm çətinlik çəkməli olur. Buna görə də, nişastanın parçalanması nəticəsində yaranan qlükoza nisbətən yavaş həzm olunur və qanda qlükoza səviyyəsini daha az yüksəldir.

Kulinar emal prosesləri: xırdalanma, uzunmüddətli termiki təsir nişastanın həzm olunmasını asanlaşdırır (və bununla da, qanda qlükoza səviyyəsinin yüksəlməsinə təkan verir). Deməli, nişasta qəbul edərkən qidanın konkret emal və hazırlanma metodlarından istifadə etməklə qanda qlükoza səviyyəsinin həddən şox yüksəlməsinin qarşısını almaq olar. Məsələn, kartofu püre kimi deyil, bütöv formada qabıqla qaynatmaq daha düzgündür. Belə ki, bu zaman o, bərk qalacaq. Sıyıqları da həddən çox bişirmək lazım deyil. Yaxşı olar ki, sıyıq iri və üyüdülməmiş məhsuldan hazırlansın (qarabaşaq, qəhvəyi düyü).

Qidanın bitki lifləri ilə zəngin olması qanda qlükoza səviyyəsinin yüksəlməsinə mane olur. Buna görə də, yaxşı olar ki, narın üyüdülmüş undan olan çörəkdənsə, dənli və ya kəpəkli çörəkdən istifadə edilsin. Meyvələri şirə kimi deyil, təbii formasında istifadə etmək lazımdır.

2-ci tip şəkərli diabet olan və həb formalı şəkər salıcı preparatlar qəbul edən, yaxud da ancaq pəhrizə riayət edən insan üçün qidadakı dəqiq karbohidrat miqdarını hesablamaq vacib deyil. Bir çoxları “çörək vahidləri” və ya “karbohidrat əvəzləmə vahidləri” barəsində eşidiblər. Bu cür hesablama sistemi insulin qəbul edən şəxslər, eləcə də 1-ci və 2-ci tip şəkərli diabet olan şəxslər üçün mövcuddur. Bu sistem istifadə olunan karbohidrat miqdarı ilə qida qəbulundan əvvəl yeridilən və qısamüddətli təsirə malik insulin dozası arasında əlaqə qurmağa imkan verir.

Broşurun sonunda karbohidrat vahidlərinin siyahısı verilir. 1 karbohidrat vahidinə tərkibində 10-12 qram karbohidrat olan məhsul daxildir.