UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Şəkərli diabet zamanı özünə qulluq və fiziki aktivliyin saxlanılması

Şəkərli diabet olduğu halda, qlükozanın səviyyəsini yaxşı idarə etmək üçün uyğun şəkildə yemək və pəhriz saxlamaq sağlam olmağın mühüm hissəsidir. Hətta, diabeti insulin nəzarətinə götürdüyünüz zaman, əlavə çəki və düzgün qida rasionunun olmaması qanda qlükozanın səviyyəsini nizamlamağı qeyri-mümkün edir.

Diabet olduğu halda, müntəzəm olaraq idmanla məşğul olmaq və ya sadəcə fiziki aktivliyin saxlanması tövsiyə edilir.

Müntəzəm idmanla məşğul olmaq 2 mühüm faydaya malikdir:

  • Çəkini idarə etməyə kömək edir.
  • Ürək üçün əhəmiyyətlidir və xüsusilə də, yaşlı dövrlərdə ürək xəstəlikləri riskini azaldır.

Az yaşlılar üçün futbol oynamaq və ya üzgüçülük yaxşı məşğuliyyətdir, amma, yaşlılar da aktiv olmağa çalışmalıdırlar. Mağazalara gedəndə ictimai nəqliyyat əvəzinə piyada getmək, bağçılıqla məşğul olmaq və ya müntəzəm olaraq itini gəzintiyə çıxarmaq, lift əvəzinə pilləkanlardan istifadə etmək kimi sadə hərəkətlər daha faydalıdır. Həkimlər tövsiyə edirlər ki, müntəzəm olaraq bu kimi sadə gündəlik hərəkətlərin istifadəsi gimnastika və sağlmalıq klublarına getməkdən daha uzunmüddətli əhəmiyyətə malikdir.

Gözlərinizin qayğısına qalın

Əgər qanda qlükozanın səviyyəsi çox yüksəkdirsə, siz görmənin bulanıqlaşması ilə üzləşə bilərsiniz. Əgər qarşısı alınmazsa, bu, son nəticədə gözü zədələyə və görməyə təsir edə bilər. Yəni, görmə qabiliyyətinin zəifləməsi və hətta, itirilməsinə təsir edə bilər.

Əgər dəyişikliklər erkən aşkarlanarsa və ilkin mərhələdə müalicə edilərsə o zaman fəsadların qarşısını almaq mümkündür. Bunun üçün, hər il göz müayinəsindən keçmək çox vacibdir.

Diabetoloq tibb bacısı və həkim sizə yaşadığınız ərazidə göz müayinəsi haqqında ətraflı məlumat verə bilərlər.

Gözlərinizin qayğısına qalmaq gələcək fəsadların qarşısını almaqda sizə yardım edəcək.

Ayaqlarınızı gələcək problemlərdən qorumaq üçün hər gün müayinə edin.

Ayaqlara qulluq

Diabet sinirlərə və qan dövranına təsir edə bilər. Bu problemlərlə üzləşməmək üçün ayaqlara qulluq etmək çox vacibdir.

Nəzarət cədvəli: ayaqlara qulluq

1.Hər gün ayaqlarınızı müayinə edin. Qızartı, qıcıqlanma və dəri zədələnməsinin olub-olmamasını müəyyən edin;

2.Ayaqqabını geyinməzdən əvvəl içində əlavə qırıntıların olmamasına diqqət edin;

3.Ayaqqabının rahat olmasına və ayağınızı sıxmamasına əmin olun;

4.Ayaqlarınızı isti şeyin-radiatorun üzərinə və içində çox isti su olan qaba qoymayın;

5.Evdə, xüsusilə də sahildə ayaqyalın gəzməyin;

6.Müntəzəm olaraq ayaqlarınızı mütəxəssis müayinəsindən keçirin.

Əgər özünüz ayaqlarınızı müayinə edə bilmirsinizsə, ailə üzvlərindən bunu etməyi xahiş edin.

Qan dövranının pozulması ayaqlarda yaranın əmələ gəlməsinə səbəb ola bilər və bir çox hallarda bu, sizin yeriməyinizə təsir edə bilər.

Ayaqlarda problemlərin erkən aşkarlanması və onların vaxtında müalicəsi üçün müntəzəm olaraq ayaq mütəxəssisi (kiropodist) müayinəsindən keçməlisiniz. Diabetoloq tibb bacısı və həkim yaşadığınız ərazidə ayaqlara qulluq xidmətləri barədə sizə məlumat verə bilərlər.

Spirtli içki istifadə edə bilərəm?

Heç nəyə baxmadan, siz gərək içkidən ehtiyatla istifadə edəsiniz-qadınlar həftədə 14, kişilər isə 21 vahid içə bilərlər.

Bu, o demək deyil ki, siz gərək bütün həftə boyu alkoqoldan istifadə edəsiniz.

Alkoqolun bir vahidi nə qədərdir?

  • Yarım butulka pivə
  • 1 kiçik badə şərab
  • Az miqdarda spirtli içki araq, cin və ya viski
  • 1 kiçik badə likyor və ya şirin şərab

Siz gərək nəzərdə saxlayasınız ki, evdə və ya kiminsə evində alkoqolun miqdarı bar və restoranlarda olduğundan daha çox ola bilər.

Nəzarət cədvəli: içmə məsuliyyəti

1.Heç vaxt boş mədəyə alkoqol qəbul etməyin;

2.Spirtli içkiləri (araq, cin və ya viski) alkoqolsuz, şəkərsiz içkilərlə qarışdırın;

3.Nəzərə alın ki, alkoqol yüksək kalorilidir;

4.Yadda saxlayın ki, alkoqol qanda qlükozanın səviyyəsini endirir.

Siqaret çəkə bilərəm?

Diabet olub-olmamağınızdan asılı olmayaraq siqaret sizin üçün zərərlidir. Sağlamlığınız üçün edə biləcəyiniz ən yaxşı şey siqareti tərgitməkdir.

Əgər sizdə diabet varsa, siqaret çəkmə xərçəng, infarkt, insult və amputasiya kimi riskləri artırır.

Diabetoloq tibb bacısı və həkim sizə siqareti tərgitmək üçün yollar deyə bilərlər.

Avtomobil sürmək və diabet

Əgər sizin hipo ilə çətinliyiniz varsa, başqaları və öz təhlükəsizliyiniz üçün gərək avtomobil sürməyəsiniz. Yüngül hipoqlikemik vəziyyət hiss etdikdə, avtomobili kənara verin və hərəkəti dayandırın. Tam vəziyyəti bərpa etdikdən sonra (yəni, tez mənimsənilən karbohidrat qəbulundan sonra), qanda qlükozanın səviyyəsinin normallaşdığına əminlik yarandıqda nəqliyyatı idarə etməyi davam etdirə bilərsiniz.