UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Tip 1 Şəkərli Diabet üçün müalicələr

Tip 1 şəkərli diabet zamanı orqanizm insulin sintez etmir. Buna görə də, tip 1 şəkərli diabetlə xəstə olan insanlara qanda qlükozanın səviyyəsini nizamlamaq üçün müntəzəm olaraq insulin inyeksiyasının edilməsi mühümdür.

Əgər sizdə şəkərli diabet yoxdursa, orqanizmin qanda şəkərin səviyyəsini normada saxlaması üçün, “bazal insulin” sintez edir. Yemək vaxtlarında qida ilə orqanizmə daxil olan qlükozanı neytrallaşdırmaq üçün isə əlavə “bolyus insulin” sintez olunur. Ona görə də, sizdə şəkərli diabet varsa, fizioloji hala uyğun olaraq, gün ərzində bir neçə dəfə “bazal” və “bolyus” insulinlərinə uyğun inyeksiya yeridilməlidir.

Sağlam qidalanma 

Diabet diaqnozu qoyulduqdan sonra siz həyatınızda bəzi dəyişikliklər etməlisiniz, xüsusilə də qidalanmada. Siz gərək daha sağlam qidalanmağa başlayasınız, məsələn, qida rasionundan yağları ixtisar etmək və çoxlu təzə meyvə və tərəvəz yeməklə tarazlaşdırılan pəhriz qurmalısınız. Bu o demək deyil ki, siz şokolada və digər şirniyyata yox deməlisiniz, sadəcə, qidalanmağınıza ciddi nəzarət etməyi öyrənməlisiniz.

Nəzarət cədvəli: sağlam qidalanma üçün tövsiyələr

1.Daha çox bitki lifli məhsullardan istifadə edin. Kəpəkli undan hazırlanmış lavaş, çörək, un məmulatları (makaron və s.), kartof porsiyalarla istifadə edilə bilər;

2.Qida az yağlı olmalıdır. Tort, şirniyyat, qızardılmış qidalardan qaçın (xörəkləri bitki yağında hazırlayın);

3.Çoxlu meyvə və tərəvəzlərdən istifadə edin. Gündə ən azı 5 dəfə (meyvəni az miqdarda sutkada bir neçə dəfə) istifadə edin;

4.Şəkərdən hazırlanmış ərzaq məhsullarından, şirələrdən və digər içkilərdən uzaq olun;

5.Duzdan az istifadə edin-bunun əvəzinə təbii otlar, limon və ədviyyatlardan istifadə edin;

6.”Diabetik” qidalara aludə olmayın. Onlar bahalı, yüksək yağlı olurlar. Sizin onlara ehtiyacınız yoxdur.

Diabetin olub-olmamasından asılı olmayaraq sağlam qidalanma hər kəs üçün vacibdir. Sizə tövsiyə edilən qidalanma rejimi sizinlə bir evdə yaşayan insanlar üçün də əhəmiyyətlidir. Bu səbəbdən siz birlikdə qidalanma vərdişlərində dəyişikliklər edəcəksiniz. Əgər siz sağlam qidalanma barədə daha çox məlumata ehtiyac duyursunuzsa, onda həkiminiz sizə mütəxəssis-dietoloq tapmaqda kömək edə bilər.

Dietoloq sizə qidalar barədə məsləhət və reseptlər verə bilər.

Evdən kənarda yemək

Evdən kənarda nahar etmək nəzərdə tutulubsa, çalışın ki, yemək vaxtınızdan əvvəl yeməyi sifariş verəsiniz. Bu müddət ərzində sizə söhbət etmək, içki içmək və vaxtında qidalanmaq imkanınız olacaqdır.

Nəzərə almaq lazımdır ki, evdəkindən çox qida qəbul etmək ehtimalı olduqda, insulinin dozasını artırmaq lazım ola bilər. Əgər alkoqol qəbul edəcəksinizsə və ya restoranda yemək sifarişi yubanırsa, yəni, yeməyin hazırlanması sizin planlaşdırdığınızdan gec olacaqsa, əvvəlcədən bir qədər çörək (və ya digər gec mənimsəniləcək karbohidrat tərkibli qida) yeyin.

Seçim nə olmalıdır.

Xoşladığınız yeməkləri seçin və fərqli bir şey dadmaqdan çəkinməyin. Əgər əmin deyilsinizsə, əlavə olaraq karbohidrat tərkibli qidalardan-kartof və ya makaron kimi qarnir sifariş edə bilərsiniz.

Sonra evə çatanda qanda qlükozanın miqdarını yoxlayın.

Nəzərdə saxlayın ki, kənarda qəbul edilən qida adət etdiyindən çox ola bilər və insulinin dozası buna uyğun dəyişə bilər. Diabetoloq tibb bacısı və həkim sizə yeməklərin müxtəlif miqdarına uyğun insulinin dozasını dəyişmək üçün məsləhət verə bilərlər.

Yemək tövsiyələri

Siz diabet olduğunuz üçün yeni kulinariya kitablarına ehtiyac duymursunuz. Sizin sevimli reseptləriniz aşağıdakı sadə təkliflərə asanlıqla uyğunlaşdırıla bilər:

Nəzarət cədvəli: öz reseptlərinizə uyğun

1.Yağ əvəzinə zeytun yağı istifadə edin;

2.Az yağlı məhsullardan istifadə edin-qidada yağlı südü yarımqaymaqlı süd ilə əvəz edin;

3.Duz əvəzinə limon şirəsi, xardal və otlardan istifadə edə bilərsiniz;

4.Şəkərin miqdarını azaldın, lakin, nəzərə alın ki, şəkər təbii konservant olduğu üçün az şəkərli yeməklər uzun müddət saxlanıla bilməz.

Sağlam qidalanma, tarazlaşdırılmış pəhriz və çəkini nəzarətdə saxlamaq diabetin qayğısına qalmaqda sizə kömək edəcək.