UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Qanda qlükozanın səviyyəsinə nə təsir edir?

Orqanizm hər gün eyni miqdarda qlükoza istifadə etmir. Nə qədər aktiv olsanız, bir o qədər çox qlükoza istifadə olunacaqdır. Aktivliyi artırdıqda qidaya daha çox ehtiyac olur və ya qanda qlükozanın səviyyəsini yaxşı saxlamaq üçün insulinin dozasını azaltmaq lazımdır.

İlk vaxt bu, çətin səslənə bilər. Amma, tezliklə sizin orqanizminizin uyğunlaşdığını müşahidə edəcəksiniz. Bir şəxsin etdiyi hər kəs üçün şərt deyil, bu çox fərdidir. Sizə öz fiziki hərəkətlərinizi və qidalanmağınızı düzgün tarazlaşdırmaq lazım gələcəkdir.

Diabetoloq tibb bacısı və ya həkim sizə fiziki hərəkətlərinizin təmin edilməsi üçün lazım olan insulin dozasının seçimində və ya yeməyin miqdarının müəyyənləşdirilməsində yardımçı ola bilərlər.

Nə qədər çox aktiv olsanız, bir o qədər çox qlükoza istifadə olunar.

Sizin suallarınızın cavabı

İlk dəfə sizə diaqnoz qoyulanda çoxlu yeni informasiyalar əldə etmək lazımdır. Ən vacibi odur ki, siz nəyin baş verdiyini və qanda qlükozaya necə nəzarət etməyi anlamalısınız.

Suallar kiçik görünsə də, hətta onların cavablarını bildiyinizi düşünsəniz də sual verməkdən çəkinməyin.

Diabetoloq tibb bacısı və həkiminiz sizə kömək etmək üçün buradadırlar. Onlar qanda şəkərin səviyyəsinə təsir edən faktorlarla bağlı suallarınızı cavablandırmaqdan məmnun olacaqlar.

Yadda saxlayın, nə qədər çox diabeti anlasanız, bir o qədər ona yaxşı nəzarət edə bilərsiniz.

Diabet sizin xoşladığınız şeyləri etməyi dayandırmaq demək deyil, sadəcə, onları əvvəlcədən planlaşdırmaq lazımdır.

Hamiləliyin Planlaşdırılması

Əgər siz hamiləliyi planlaşdırırsınızsa, onda gərək diabetoloq tibb bacısı və həkimlə məsləhətləşəsiniz. Dölün düzgün inkişafı üçün qanda şəkərin səviyyəsinin əvvəllər olduğu kimi hamiləlik dövründə də yaxşı idarə olunması çox vacibdir. 

Nə qədər çox siz diabeti anlasanız, bir o qədər ona nəzarət edə bilərsiniz.