UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Qanda qlükozaya nəzarət. Hara inyeksiya etmək olar?

Qanda qlükozaya nəzarət

Qanda qlükozaya necə nəzarət etməli?

Orqanizmin lazımi qaydada işləməsi üçün orqanizmin hər bir elementi kifayət qədər enerji ilə təmin edilməlidir. Bunun üçün qan dövranında daim qlükozanın olması vacibdir.

Qlükozanın səviyyəsinə diqqətlə nəzarət edilir. Qlükozanın səviyyəsinin aşağı olması, özünüzü pis hiss etməyə səbəb edə bilər. Həddən çox qlükoza isə sağlamlıq durumuna təsir edə bilər (misal üçün, bu, gözlərə zərər verə bilər).

Əgər sizdə tip 1 şəkərli diabet varsa, qanınızda qlükozanın səviyyəsinə özünüz nəzarət edirsiniz. Qanınızda qlükozanın səviyyəsinin yaxşı səviyyədə saxlanması indi və gələcəkdə sağlamlıq durumunuz üçün yaxşıdır.

Hara inyeksiya etmək olar?

İnsulinin inyeksiyası qanda qlükozanın səviyyəsinin idarə olunması üçün əsas amildir. Diabetoloq tibb bacısı və həkim hara və necə inyeksiya etmək haqqında sizə məlumat verəcəklər.

Müxtəlif yerlərə yeridə bilərsiniz-bazunun və budun yuxarı hissəsi, göbəkətrafı və ya sağrı hissəsinə. Bu, insulinin düzgün yeridilməsinə və dəri zədələnmələrinin qarşısının alınmasına əmin olmaqda sizə kömək edəcəkdir.

Qanda qlükozanın səviyyəsini nəzarətdə saxlamaq çox vacibdir.

Qanda qlükozanın səviyyəsinə necə nəzarət edə bilərsiniz?

Diabetinizi nəzarətdə saxlamaq, qanda qlükozanın səviyyəsini nəzarətdə saxlamaq deməkdir. Qanda qlükozaya yaxşı nəzarət, insulinin dozasında balansı müəyyən etməklə əldə olunur. Nə yeyir və nə qədər aktivsinizsə, insulini ona uyğun balanslaşdırmaq zəruridir.

Yeməkdən əvvəl və sonra müntəzəm olaraq qanda qlükozanın miqdarını ölçməklə siz nəzarətin nə dərəcədə yaxşı olması və insulinin dozasını düzgün müəyyənləşdirilməsi haqqında məlumatlı olacaqsınız.

Sonuncu elmi nəticələr göstərir ki, qanda qlükozanın səviyyəsinin yaxşı idarə olunması gələcəkdə əlavə fəsadların (gözlər, ayaqlar, ürək və böyrəklər) qarşısının alınması və azaldılmasına kömək edə bilər.

Qanda qlükozanın səviyyəsinə yaxşı nəzarət qida və fiziki hərəkətlərinizə uyğun insulin dozasının tarazlaşdırılması deməkdir.

Qanda şəkərin miqdarını necə ölçməliyəm?

Diabetoloq tibb bacısı və ya həkim sizə qanda qlükozanın səviyyəsini ölçməyi göstərəcəklər.

Müayinələrin nəticələrini gündəliyinizə yazmaq faydalıdır.

Diabetoloq tibb bacısı və həkim sizə evdə nəzarət gündəliyinin nümunəsini verə bilər.

Yaxşı nəzarət nədir?

Yaxşı nəzarət zamanı qanda qlükozanın səviyyəsi yeməkdən əvvəl 4-7 mmol/l olmalıdır.

4 mmol/l-dən aşağı səviyyə hipoqlikemiyaya səbəb ola bilər.

Yeməkdən əvvəl 7 mmol/l-dən yuxarı səviyyə hiperqlikemiya adlanır və uzun müddət belə olduqda sağlamlığınızda problemlər yarada bilər, məsələn, gözlər, ayaqlar, ürək və böyrəklərdə.

Qanda qlükozaya yaxşı nəzarət 4-7 mmol/l arasında

Qanda qlükozanın 4 mmol/l-dən aşağı olduqda “hipo” riski.

Nə üçün monitorinq vacibdir?

A1c (HbA1c) adlandırılan xüsusi hemoqlobin testi son 2-3 ayda qanda qlükozanın orta miqdarını ölçmək üçün istifadə olunur.

Hər üç aydan bir siz diabetoloq tibb bacısı və ya həkimin yanına getməlisiniz. Həkim qəbuluna getməzdən əvvəl qlikemik profilin nəticələri (yəni, sutka ərzində qanda qlükozanın səviyyəsi yeməkdən əvvəl və 2 saat sonra 6-7 dəfə) əlinizdə olmalıdır.

Siz, diabetoloq tibb bacısı və həkiminizlə birgə gündəlikdəki nəticələrə görə özünənəzarətin nə dərəcədə yaxşı təşkil edilməsini müzakirə edəcəksiniz.

Əgər qanda qlükozaya nəzarət kifayət qədər yaxşı olmazsa, sizə insulinin dozasında dəyişiklik etmək lazım gələcəkdir.