UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Şəkərli diabetin 2 tipi var:
Tip 1 şəkərli diabet zamanı orqanizmdə insulin sintez olunmur və adətən 40 yaşdan aşağı şəxslərdə təsadüf edilir. Tip 1 şəkərli diabetin müalicəsində insulinterapiya (insulinlə müalicə), düzgün qidalanma və fiziki hərəkət mühüm rol oynayır.
Tip 2 şəkərli diabet zamanı insulin sintezi zəifləyir və ya kifayət qədər sintez olunmasına baxmayaraq, hüceyrələr tərəfindən qəbul olunmur (buna “insulin rezistentliyi”və ya “insulin müqaviməti” deyilir). Bir çox hallar da hər iki deffekt müşahidə edilir. Adətən, 40 yaşından yuxarı insanlarda təsadüf edilir. Lakin, Asiya və Afrika-Karib mənşəli insanlarda 25 yaşdan sonra, bəzən daha kiçik yaşlı uşaqlarda da rast gəlinir. Müalicəsində əsas yeri pəhriz tutur, idman, şəkərsalıcı həb və ya insulindən istifadə olunur.
Kimdə Tip 1 şəkərli diabet əmələ gəlir?
Tip 1 şəkərli diabet ən çox körpə yaşlarından təsir göstərir. Adətən gənc yaşlarda başlanır, lakin bu mütləq deyil, istənilən yaşda təsadüf edilə bilər.
Heç kəs həqiqətən bilmir ki, nəyə görə bəzi insanlarda diabet əmələ gəlir, digərlərində isə yox. Amma, sizin diabetli xəstə qohumunuz varsa, risk ehtimalı artır.
Böyük Britaniyada hər 100 nəfərin 3-də diabet var. Onların hər dörd nəfərinin birində Tip 1 şəkərli diabet müşahidə edilir.
Tip 1 şəkərli diabet siz çox gənc olanda başlayır.
Tip 1 şəkərli diabet nədir?
Sizin orqanizminiz, yaxşı çalışması üçün enerji mənbəyi kimi qidadan istifadə edir. Orqanizmdə qida, kiçik hissələrə (həzm edilə biləcək) bölünməklə həzm edilir. Həzm prosesində qidanın tərkibindəki qlükoza qana daxil olur.
Qida həzm sistemində həzm edilir. Həzm sisteminə mədə, bağırsaq və mədəaltı vəzi daxildir. Əgər sizdə diabet yoxdursa, qana daxil olan qlükozanın hüceyrələr tərəfindən (əzələ toxuması) qəbul edilməsi üçün mədəaltı vəzidən uyğun miqdarda əlavə insulin qana keçir. Qlükozanın insulinin köməkliyi ilə hüceyrələrə daxil olması hesabına qanda onun səviyyəsi azalır (normaya düşür). Belə olduqda əlavə insulin sintezi dayanır.
Əgər sizdə tip 1 şəkərli diabet varsa, sizin mədəaltı vəzi insulin hasil etmir. İnsulin olmadan qlükoza hüceyrələr tərəfindən mənimsənilmir. Belə olduqda, insulinin inyeksiya formasında qəbul edilməsi vacibdir. İnsulin həb formasında qəbul edilə bilməz, çünki, o, mədədə parçalanır və lazımi nəticəni vermir.
Əgər sizdə tip 1 şəkərli diabet varsa, insulini inyeksiya kimi qəbul etməyiniz lazımdır.
Tip 1 şəkərli diabetin səbəbi nədir?
Heç kim həqiqətən bunun səbəbini bilmir. Bəzi insanlarda virus və ya digər infeksiya ilə mədəaltı vəzinin zədələnməsi düşünülür.
Normal olaraq, həzm olunan qidadan qlükoza qana keçir və orqanizmə lazım olan qədər sərf olunur.
Orqanizm qanda qlükozanın səviyyəsinə olduqca ehtiyatla nəzarət edir.
Əgər orqanizmdə tələb olunandan daha çox qlükoza varsa, onun bəzi hissəsi əzələlərdə və qaraciyərdə ehtiyat halında toplanır. Qanda uzun müddət normadan çox qlükozanın olması şəkər xəstəliyi (hiperqlikemiya) kimi tanınır və sağlamlıq durumunda ağır fəsadlar yarada bilər. Gözlər, ayaqlar, ürək və böyrəklərdə olan problemləri misal göstərmək olar.
İnsulinin qəbulu qanda qlükozanın səviyyəsini endirməyə yardım edə bilər.
Əgər insulin çox qəbul edilsə, qandakı qlükozanın səviyyəsi lap aşağı ola bilər. Bu hipoqlikemiya kimi tanınır və nəticədə özünüzü pis hiss edə bilərsiniz. Hipoqlikemiya müxtəlif səbəblərdən yarana bilər. Adətən, bu qəbul edilən qida və fiziki hərəkət səviyyəsi arasındakı balansa görədir. Bəzən bu, sizin gözləniləndən daha çox aktiv olmağınızla bağlı ola bilər, məsələn avtobus dalınca qaçmaq. Bəzən bu, sizdə lazımi qədər yemək yeməməyinizdən və ya yemək vaxtını gecikdirdikdə baş verə bilər. Əgər sizdə hipoqlikemiya varsa, bu halda qanınızdakı qlükozanın səviyyəsini normal səviyyəyə qaytarmaq üçün dərhal şəkər qəbul etməyiniz lazımdır.
Diabetoloq tibb bacınız və ya həkiminiz hipoqlikemiya ilə üzləşdiyiniz halda nə etmək barədə sizə daha çox məsləhət verə biləcəkdir.
Yadda saxlayın...
Hiperqlikemiya qanda qlükozanın yüksək olmasıdır.
Hipoqlikemiya qanda qlükozanın aşağı olmasıdır.