UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
İsti iqlimlərdə virus xəstəlikləri
Əsas müddəalar
- mülayım və ya soyuq iqlim şəraiti olan ölkələrdə çalışan ailə həkimləri bu bölmədə müzakirə olunan virus xəstəliklərini isti iqlim şəraiti olan ölkələrə səyahət edən və ya bu ölkələrdən qayıdan və ya orada işləyən səyyahları konsultasiya və müalicə edəndə yaddan çıxarmamalıdırlar.
- sarı qızdırma və Yapon ensefalitinə görə endemik regionlara səyahət edən insanlara müvafiq peyvənd vurulması tövsiyə olunmalıdır.
- Aşağıda təsvir olunmuş virusların əksəriyyəti ağcaqanad sancması vasitəsilə yoluxur. Ağcaqanadlardan qorunma çox əhəmiyyətlidir.
- Hamilə qadınlar zika virusu üçün epidemik olan zonalara səyahət etməməlidir.
- Bir çox virus xəstəliyi üçün epidemioloji vəziyyət mütəmadi olaraq dəyişir. Hal hazırki vəziyyət haqqında məlumat almaq üçün rəsmi mənbələrə müraciyət olunmalıdır.
İnsanlar arasında yayılmış hemorragik qızdırmalar
- Bu xəstəliklərə Lassa qızdırması, Ebola qızdırması, Marburq xəstəliyi və Krım-Konqo hemorragik qızdırması aiddir.
Etioloji faktorlar
- Xəstəliyin adını daşıyan viruslar
Epidemiologiya
- Krım-Konqo hemorragik qızdırması Şərqi Avropa, Mərkəzi və Qərbi Asiya və Afrikada geniş yayılıb.
- Lassa qızdırması Nigeriya, Sierra Leon və Liberiyada aşkar edilmişdir.
- Ebola qızdırması Mərkəzi və Şərqi Afrika, misal üçün Sudan və Zairdə, həmçinin Uqanda və Konqo Respublikasında məhdud epidemiya şəklində yayılmışdır. Ebola virusu 2014-cü ilin mart ayında əvvəlkindən daha geniş formada Qərbi Avrikada Qvineyada epidemiya kimi yayılmağa başlamışdır. Daha sonra Liberiyaya və Sierra Leona yayılmışdır. İnfeksiya Nigeriya. Seneqal və Malidə aşkar edilmişdir. On minlərlə hadisə qeydə alınmışdır və bu vəziyyəti aradan qaldırmaq üçün aktiv beynəlxalq tədbirlər görülmüşdür. Bəzi sporadik hadisələr həmçinin Qərb ölkələrinə yayılmışdır.
- Marburq xəstəliyi epidemiya kimi Almaniya və keçmiş Yuqoslaviyada yayılmışdır. Xəstəlik ölkəyə gətirilən meymunlar vasitəsilə ötürülmüşdür. 1998-2000 illərdə Konqo Demokratik Respublikasına (keçmiş Zairdən) və 2004-2005 illərdə Anqolada epidemiyası müşahidə edilmişdir. 2008-ci ildə həm Niderlandda həm də Amerika Birləşmiş Ştatlarında Uqandadan gətirilmış bir Marburq xəstəliyi hadisəsi aşkar edilmişdir.
İnfeksiyanın mənbəyi
- Krım-Konqo virusunun rezervuarı bir çox ev və vəhşi heyvanlarıdır, xəstəliyin ötürücüsü gənələrdir. Lassa qızdırmasının təbii rezervuarı siçovullardır. Infeksiya toz, ərzaq məhsulları və siçovulun sidiyi, ekskresiyaları ilə çirklənmiş maddələr vasitəsilə yayılır. Marburq virusunun ehtimal olunan mənbəsi meymunlardır. Ebola virusunun sahibi bəlli deyil. Bu virusların hamısı yaxın təmas nəticəsində infeksiyalaşmış şəxsdən qan və sekresiyalar vasitəsilə digər insanlara keçə bilir.
Qlobal əhəmiyyəti
- Özünün yüksək yoluxuculuq və ölümlə nəticələnən xüsusiyyətlərinə görə Ebola virusu lokal epidemiyalar vaxtı mediyanın diqqətini cəlb etmişdir.
Simptomlar
- Son 3 həftə ərzində aşağıdakılardan biri olmaq şərti ilə naməlum mənşəli qızdırma və/və ya səbəbsiz qanaxmaya meyilliyin yaranması hemorragik qızdırma barədə şübhə yaratmalıdır:
- Krim-Konqo hemorragik qızdırmasının baş verdiyi yerlərdə gənə dişləməsi
- təsdqilənmiş hemorragik qızdırması olan insanla sıx təmas
- hemorragik qızdırması olan şəxsdən alınmış laborator qan nümunəsi ilə kontakt
- hemorragik qızdırması olan heyvanla təmas
- hemorragik qızdırmasının baş verdiyi zonada yerləşən tibb müəsssisində işləmək.
Diaqnostika
- Klinik mənzərə
- Virus kulturası, anticismlər, ZPR analizi (xüsusi təhlükəsiz laboratoriyanın olmasını tələb edir)
Müalicə
- Simptomatik
- Lassa qızdırmasında Ribavirine
Proqnoz
- Krım-Konqo hemorragik qızdırmasından ölüm 10–15% təşkil edir.
- Lassa qızdırması ağrılarla bərabər yüngül febril xəstəlikdir. Ölüm 2%-dir.
- Ebola qızdırması və Marburq xəstəliyi ölüm onlarla faizlə ölçülür.
Profilaktika
- Epidemiya olan sahələrdən uzaq durmaq
- Qan və ekskresiyalarla təmasdan qaçmaq
Denge qızdırması
Törədici
- Flavivirus (arbovirus), 4 müxtəlif serotipləri mövcuddur
Epidemiologiya
- Denge tropik və subtropik regionlarda, xüsusən də şəhər və digər yaşayış zonalarında baş verir (bax I).
- Daşıyıcı ağcaqanada həmçinin Cənubi Avropada rast gəlinir; Fransa və Xorvatiyada sporadik hallar qeydə alınmışdır. Epidemik partlayış 2012-ci ilin sentyabrında Madeirada baş vermişdir və 2013-cü ilin martına qədər davam etmişdir. Bu müddət ərzində 2 168 xəstələnmə halı qeydə alınmışdır, onlardan 1 080-ı laborator olaraq təsdiq edilmişdir.
Yoluxma yolları
- İnfeksiya insandan insana ağcaqanad sancması vasitəsilə yoluxur (Aedes aegypti əsas daşıyıcıdır, Aedes albopictus da ola bilər; hər ikisi əsasən gündüz saatlarında, xüsusən də şəhər yerlərində sancır).
Qlobal əhəmiyyəti
- Geniş epidemiyalar nadir hallarda baş verir. Rastgəlmə tezliyi populyasiyanın artması və urbanizasiya ilə əlaqəlidir.
- Təqribən 100 milyon xəstələnmə/ildə, 2.5% -i fataldır.
- Yer əhaləsinin 45%-i denge üçün endemik olan zonalarda yaşayır.
Simptomlar
- İnkubasiya dövrü qısadır, 4-10 gün.
- Simptomlar
- Yüksək qızdırma (çox vaxt bifazalı)
- Başağrısı, gözlərdə ağrı, ciddi mialgiya və artralgiya, ürəkbulanma, tənəffüs simptomları, böyümüş limfa düyünləri
- Üzun və boynun ön hissəsinin qızarması; simptomların başlamasından 3-5 gün sonra yüngül eritematoz səpgilər döş qəfəsindən üzə və ətraflara yayılmağa başlayır.
- Laborator analizlər
- Xəstəliyin erkən vaxtında leykopeniya və trombositopeniya çox müşahidə edilir; ilk həftənin sonunda qaraciyər fermentləri yüksəlir.
- Simptomlar 2 həftəyə itir. Çox zaman isə həftələrlə yorğunluq və depressiya davam edir
Ağır dərəcəli hemmoragik Denge qızdırması
- Böyük ehtimalla immunoloji mexanizmə əsaslanır
- Qan damarlarının keçiriciliyinin artması səbəbindən baş verir. Bu da plazmanın toxumalara sızmasına səbəb olur
- Adi denge qızdırması kimi başlayır. Qızdırma yaranandan sonrakı həftənin sonunda kəskin qarın ağrısı, uzanmış qusma, tənəffüs hərəkətlərinin sayının artması və hemorragik simptmlar inkişaf edir.
Diaqnostika
- NS1 antigen testi (xəstəliyin ilk günlərində müsbətdir); anticismlərin aşkar edilməsi (simptomların başlanmasından ən geci bir həftə sonra anticismlər aşkar edilir). Bu testlərin kombinasiyası denge olan xəstələrdə diaqnozu > 95% ehtimalla müəyyən edir.
- Əgər xəstə zika virus və denge virusu üçün endemik olan regiondan gəlibsə həm denge virusuna, həm də zika virusa qarşı anticismləri aşkar edə bilən kombinasiyalı analizdən istifadə edilə bilər.
- Malyariyanı istisna etməyi unutmayın.
Müalicə
- Spesifik müalicəsi yoxdur; ciddi monitorinq və maye balansının təmin edilməsi
- QSİƏP verilməməlidir; qızdırma üçün paracetamol
- Ağır dərəcəli denge ilə yoluxmuş xəstələrə intensiv müalicə lazımdır.
Proqnoz
- Yaxşıdır; adi denge qızdırmasından ölüm 1% -dir.
- Ağır dərəcəli denge qızdırması zaman müalicə aparılmadıqda ölüm 20% -dir; xəstəxana şəraitində müalicə aparıldıqda ölüm 1%-in altına endirilə bilər.
- Son nəticədə denge virusu eyni serotipə qarşı yaranmış ömürlük immunitetlə insanı tərk edir. Digər serotiplərə qarşı qarşılıqlı immunitet yaranır, lakin qısa müddətli və keçicidir.
Profilaktika
- Xüsusən gündüz saatlarında ağcaqanad sancmasından qaçmaq
- Hal hazırda pervəndi yoxdur.
- Anamnezdə denge qızdırmasının olması həmin şəxsin endemik zonalara səyahətinə maneçilik törətmir (lakin insan bu xəstəliyin daha ağır forması ilə xəstələnə biləcəyi haqqında məlumatlandırılmalıdır). Ağcaqanadlardan qorunmağın vacibliyi vurğulanmalıdır.
Çikunqunya qızdırması
- Əlavə olaraq
Törədici
- Alphavirus (arbovirus)
Epidemiologiya
- Endemik regionlar: Afrikanın bəzi hissələrində, Cənubi və Cənub-şərqi Asiya.
- Xəstəlik Afrikada endemik, Asiyaya isə geniş epidemiyalar olduqda yayılır.
- 2004-cü ildə epidemiya Konqoda başladı, sürətlə Hind okeanının adalarına və Hindistan yarımadasına yayıldı. Hindistanda 1.4 milyona yaxın insan yoluxmuşdur.
- 2007-ci ildə çikinqunya ilk dəfə 200-dən çox insana yoluxaraq Şimali İtaliyadan lokal epidemik ocaq kimi başlamış və isti iqlim zonalarına yayılmışdır. Epidemiya Hindistana səyahət etmiş və yoluxmuş insan tərəfindən başlanmışdır.
- Hər il Avropanın bir çox ölkəsində səyyahlar arasında çikunqunya qızdırmasına rast gəlinir. Bundan başqa Fransa və İspaniyadan endemik hadisələr qeydə alınmışdır. 2014-cü ildə Fransada 12 hadisə qeydə alınmışdır. Bu hal Kamerundan qayıdan yoluxmuş şəxs tərəfindən baş vermişdir.
Yoluxma yolları
- Ağcaqanaqlar varsitəsilə keçirilir. Xəstəliyin daşıyıcıları gündüz saatlarında aktiv olan Aedes aegypti və Aedes albopictus ağcaqanadlarıdır. Sonuncuya həmçinin Cənubi Avropada rast gəlinir.
Qlobal əhəmiyyəti
- Geniş yayılmış epidemiyalara səbəb ola bilər.
Simptomlar
- İnkubasiya dövrü 3-7 gündür.
- Simptomlar ya yoxdur ya da zəifdir.
- Yüksək qızdırma, ciddi artralgiyalar, mialgiyalar, başağrısı, ürəkbulanma və halsızlıq
- Artralgiya hərəkəti çətinləşdirə bilər.
- Hemorragik simptomlar xəstələrin üçdə birində vardır; nəfəs almaqda çətinlik, ürək çatışmazlığı, meningit yaxud ensefalit simptomları ola bilər
- Leykopeniya və trombositopeniyaya çox rast gəlinir.
- Oynaq simptomları adətən günlər və həftələrdə davam edir; bəzi xəstələrdə aylar və hətta illərlə davam edə bilər.
Diaqnostika
- Anticismlərin müəyyən edilməsi; xəstəliyin başlanma tarixi və səyahət anamnezi əlavə köməkçi məlumatlardır.
Müalicə
- Spesifik müalicəsi yoxdur.
- QSİƏP
Proqnoz
- Yaxşıdır; uzunmüddətli oynaq simptomaları müşahidə edilə bilər
Profilaktika
- Xüsusən gündüz saatlarında ağcaqanad dişləməsinin profilaktikası
- Peyvəndi yoxdur.
Yapon ensefaliti
Törədici
- Flavivirus (arbovirus)
Epidemiologiya
- Asiyada Hindistandan Yaponiyaya və Papua Yeni Qvineyaya qədər geniş sahədə yayılıb (bax I).
- Xəstəlik əsasən Hindistanda və Cənubi Asiyada yayılıb.
- Donuz və quşlar vurusun təbii sahibi olduqlarından xəstəlik əsasən kənd və gecəqondular olan yerlərdə müşahidə edilir.
- Tropik sahələrdə xəstəlik ilboyu, subtropik sahələrdə isə 17-ci paralelin şimalında May ayından Oktyabr ayınadək baş verir.
Yoluxma yolları
- Ağcaqanaqlar vasitəsilə yoluxur. Xəstəlik axşam və gecə saatlarında aktiv olan Kuleks ağcaqanadı vasitəsilə yayılır.
Qlobal əhəmiyyəti
- Epidemik sahələrdə uşaq meninqoensefalitinin önəmli səbəbidir.
- Endemik ərazilər üçün peyvənd milli peyvənd proqramına daxil edilib.
Simptomlar
- İnkubasiya dövrü 4-14 gün arasıdır.
- Simptomlar başağrısı ilə febril xəstəlikdən tutmuş meningit yaxud ensefalitə qədər dəyişkən ola bilər.
Diaqnostika
- Anticismlərin müəyyən edilməsi
Müalicə
- Spesifik müalicəsi yoxdur.
Proqnoz
- Ensefalit baş vermiş xəstələrin üçdə biri ölür, üçdə birində psixonevroloji qalıq əlamətlər qalır, üçdə biri isə tam sağalır.
Profilaktika
- Əsasən gündüz saatlarında ağcaqanad sancmasından qorunmaq lazımdır.
- Yapon ensefaliti əleyhinə peyvəndlər
- Yeni inaktivasiya edilmiş pervənd (Ixiaro®) Vero hüceyrə kulturasında yaradılmışdır. Peyvənd 0 və 28-ci günlərdə 2 inyeksiya şəklində vurulur. Yeni səyahət planlayan insan üçün bazal seriyalardan 12-24 ay sonra 1 doza peyvənd kifayətdir.
- Köhnə JEV-GCC pervəndi siçanın beyin hüceyrəsi kulturasında yetişdirilmişdir və yeni pervəndlə əvəz edilmişdir. JEV-GCC ilə tam peyvənd olunmuş xəstələrə tək doza Ixiaro® kifayətdir.
- Qısamüddətli turist səyahətləri üçün peyvənd vurulmasına ehtiyac yoxdur, endemik zonada, xüsusən də şəhərdən kənar yerlərdə uzun müddət qalmağı planlayan (məs, 4 həftədən çox) turistlər üçün peyvənd tövsiyə edilir. E
Sarı qızdırma
Törədici
- Flavivirus (arbovirus)
Epidemiologiya
- Sarı qızdırma ekvator ətrafında Afrikada (hadisələrin 90%-i) və Cənubi Amerikada Amazonda aşkar edilir (bax I). Xəstəliyə Asiyada rast gəlinmir 2016-cı ildə Afrikada epidemik sahələrdən öz vətənləri olan Cənubşərqi Asiyaya qayıtmış qonaq işçilərdə sporadik şəkildə sarı qızdırmanın aşkarlanması epidemiya barədə narahatlıq doğurmuşdur. Belə ki, Asiyada daşıyıcı ağcaqanadlar vardır və nəzəri olsa da xəstəliyin yayılması mümkündür.
- 2016-cı ilin yanvar ayında Anqolada xəstəliyin epidemik partlayışı baş vermiş və Konqo Demokratik Respublikasına yayılmışdır. Epidemiyanın sonu barədə 2016-cı ilin Dekabr ayında (Anqola) və 2017-ci ilin Fevral ayında (Konqo Demokratik Respublikası) ÜST tərəfindən elan edilmişdir.
Yoluxma yolları
- İnfeksiya ağcaqanadlar vasitəsilə yayılır. Daşıyıcılara gündüz saatlarında aktiv olan Aedes aegypti və Haemagogus mosquitos aiddir.
Qlobal əhəmiyyəti
- Bəzən geniş epidemiyalar baş verir.
Simptomlar
- Inkubasiya dövrü 3-6 gündür.
- Klinik mənzərəsi yüngül febril xəstəlikdən tutmuş başağrısı, mialgiya, qaraciyər və böyrək disfunksiyası və hemorragiyalar ilə gedən ağır xəstəliyə qədər dəyişir.
Diaqnostika
- Anticismlərin müəyyən edilməsi; sarı qırdırmanın virusuna dair spesifik müayinə
Müalicə
- Specifik müalicəsi yoxdur.
Proqnoz
- Sarı qızdırmanın ölüm 2%-dir, sarılıqlı formasından 20-50%
Profilaktika
- Sarı qızdırmaya qarşı effektiv peyvənd mövcuddur. ÜST-ə əsasən intensiv vaksinasiyaya ehtiyac yoxdur, lakin bəzi ölkələrdə peyvəndin hər 10 ildən bir yenilənməsinə ehtiyac vardır. Peyvənd sertifikatı ilk dozadan 10 gün sonra və intensiv dozadan isə dərhal sonra qüvvədə olur.
- Tərkibinə canlı viruslar daxil olan peyvəndlər hamilələrə və immunodefisiti olan şəxslərə vurulmamalıdır.
- 9 aydan kiçik körpələrdə bu peyvənd elə həcmdə yan təsirlər yaradır ki, bu uşaqların peyvənd olunmaması tövsiyə edilir. Yan təsirlərin ortaya çıxma riski həmçinin yaşı 60-dan çox olan şəxslərdə artır və bu şəxslərdə peyvənd ehtiyacı diqqətlə gözdən keçirilməlidir. Şəxsə peyvənd vurulmayıbsa, vurulmamaq barədə səbəblər şəxsin beynəlxalq sertifikatında qeyd edilməlidir.
- Sarı qızdırma peyvəndi sərhəd orqanları tərəfindən tələb oluna bilən yeganə peyvənddir. Endemik zonalardan gələn şəxslərdən rəsmi peyvənd sertifikatı tələb olunur. Bəzi Qərbi Afrika ölkələrdə sertifikat bütün səyyahlardan tələb edilir.
- Ağcaqanaq sancmasından qorunmaq
Zika virus infeksiyası
Törədici
- Zika virus flavivirusdur (arbovirus).
Epidemiologiya
- Zika virusu ilkin olaraq 1947-ci ildə Uqandada aşkar edilib. 1952-ci ildə ilk insan hadisələri qeydə alınıb və bundan sonra insan hadisələri tropik Afrikada, Cənubşərqu Asiyada və Sakit okean adalarında müşahidə edilməyə başlayıb, 2015-ci ilin may ayında Pan Amerika Səhiyyə Təşkilatı (PAST) Braziliyada ilk təsdiq edilmiş zika virus infeksiyası barədə öz narahatlığını bildirdi. Bundan sonra virus Cənubi Amerika və Orta Amerikanın geniş sahələrinə, o cümlədən Karib adalarına yayılmağa başladı. 2014–2015-cü illərdə yoluxma hadisələri Sakit okeanın adalarında, o cümlədən də Fransız Polineyziyasında qeydə alınmışdır.
Yoluxma yolları
- Xəstəlik ağcaqanad sancması ilə yoluxur. Daşıyıcılar Aedes aegypti və Aedes albopictus adlı gündüz saatlarında aktiv olan ağcaqanadlardır. Sonuncuya həmçinin Aaralıq Dənizi ərazilərində də rast gəlinir.
- İnfeksiya hamiləlik zamanı anadan dölə keçir.
- Xəstəlik həmçinin yoluxmuş kişidən cinsi əlaqə zamanı da keçə bilər (virus toxum şirəsində bədəndə qaldığı müddətdən daha çox qala bilir). Hal hazırki məlumatlara əsasən infeksiya yoluxmuş qadından cinsi əlaqə yolu ilə keçmir.
Qlobal əhəmiyyəti
- Epidemiya 2015-ci ildə Braziliyada başlamış və Cənubi və Orta Amerikanın, Karib adalarının geniş ərazilərinə yayılmışdır. Bundan əlavə, xəstəlik Sakit okean adalarında da yayılmışdır.
- 2016-cı ilin fevral ayının əvvəlində ÜST zika virusunu beynəlxalq narahatlığın ictimai səhiyyə fövqaladə halı (PHEIC) kimi bildirmişdir. 2016-cı ilin noyabr ayında ÜST bu fövqaladə halın sonunu bildirmişdir, lakin, Zika virusu infeksiyasının və onun ağırlaşmalarının uzunmüddətli ictimai səhiyyə üçün problemlər yaradacığını qeyd etmişdir.
- Virusun daha da geniş ərazilərə yayılacağına inanılır.
Simptomlar
- İnkubasiya dövrü 3–12 gündür.
- Hadisələrin çoxu asimptomatikdir yaxud yüngül simptomlarla keçir.
- Qızdırma, səpri, artralgiya, konyuktivit
- Simptomlar bir neçə gün və hətta bir həftəyə qədər davam edir.
- Klinik mənzərəsi yüngüldür və hospitalizasiyaya ehtiyac yoxdur. Xəstələrin çox hissəsi hətta həkimə müraciət etmir.
- İnfeksiyanın hamiləlik vaxtı anadan dölə keçməsi ciddi inkişaf patologiyalarına (mikrosefaliya) səbəb ola bilər.
- Gillian-Barre sindromuyla əlaqəsi daha dəqiq olmağa başlayıb. Lakin bu ağırlaşma nadirdir.
Diaqnostika
- Zika virus infeksiyasını aşkar etmək üçün aparılan laborator analizlərə serumda və sidikdə nuklein turşusunun müəyyən edilməsi və ya denge virus antigen və anticimlərinin və zika virus anticismlərinin kombinasiyası daxil olan test kombinasiyası aiddir. Çünki bu viruslar arasında seroloji qarşılıqlı reaksiya geniş yayılıb.
Müalicə
- Specifik müalicəsi yoxdur.
Proqnoz
- Xəstəlik əksər hallarda yüngül keçir və spontan olaraq geriyə qayıdır.
- 2015-ci ildə epidemik ərazilərdə (Braziliya və Fransız Polineyziyası) mikrosefaliyanın rastgəlinmə sıxlığının artması müşahidə edilmişdir.
Profilaktika
- Ağcaqanad sancmasından qorunmaq
- Hələ ki peyvəndi mövcud deyil.
- Hamilə qadınlara Zika virusunun aktiv yayıldığı ərazilərə getməməsi tövsiyə edilir. Epidemik sahələr üçün xəritəyə bax I.
- Epidemik ərazidən qayıtmış və Zika virusundan sağalmış qadınlara planlı hamiləliyi 8 həftə sonra təxirə salmaqları tövsiyə edilir.
- Epidemik ərazidən qayıtmış kişilər qorunmamış cinsi əlaqədən uzaq durmaqları tövsiyə edilir
- Zika virusuna uyğun əlamətlər yoxdursa 8 həftə müddətinə
- Zika virusuna uyğun simtomlar vardırsa yaxud xəstəlik laborator olaraq təsdiq edilmişsə 6 ay müddətinə