UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” (“Health Behaviour in School-aged Children (HBSC) beynəlxalq tədqiqatının məqsəd və vəzifələri

Sovet İttifaqının dağılmasından və müstəqillik qazandıqdan bəri Azərbaycan Respublikası Hökuməti və xüsusən Səhiyyə Nazirliyi köhnə səhiyyə sistemini tədricən dəyişdirir. Bir çox çətinliklərə baxmayaraq, səhiyyə sistemi, uşaqlar və qadınlar kimi həssas qruplara diqqət yetirərək inkişaf etmiş ölkələrin tətbiq etdiyi müasir yanaşmaları
və standartların tətbiqini həyata keçirməkdədir. Əsas diqqət mərkəzlərindən biri uşaqların və rifah hallarının yaxşılaşdırılması naminə beynəlxalq metodologiya ilə toplanmış məlumatların olmasıdır və ona görə də ölkənin beynəlxalq HBSC layihəsinə qoşulması təbiidir. Bu hesabatda 2017-ci ildə Azərbaycanda keçirilmiş HBSC sorğusunun nəticələri haqqında məlumat verilmişdir. İlk dəfə bu cür məlumatlar beynəlxalq səviyyədə tanınan
metodologiyadan istifadə edərək azərbaycanlı uşaqlardan toplanmışdır.

Məqsəd
Tədqiqatın məqsədi uşaq və yeniyetmələrin sağlamlığına dair davranışların sosial kontekst baxımından qiymətləndirilməsidir və yeni sübutların əldə olunmasıdır. Həm də bu elmi tətqiqat, məktəbli uşaqların sağlamlıq vəziyyətinin beynəlxalq səviyyədə monitorinqinin aparılmasına bir alətdir.

Tədqiqatın vəzifələri
1. Uşaq və yeniyetmələrin sağlamlıq davranışlarına dair aparılan tətqiqatların dəstəklənməsi;
2. Uşaq və yeniyetmələrin sağlamlıq davranışlarına dair inkişaf edən konseptual, metodoloji və nəzəri əsasların qoyulmasına dəstək olunması;
3. Uşaq və yeniyetmələrin sağlamlığına dair davranışların sosial kontekst baxımından monitorinq və qiymətləndirilmənin aparılması, sübutların toplanması və sübutlara əsaslanan bazanın yaradılması;
4. Uşaq və yeniyetmələrin sağlamlığına dair davranışların sosial kontekst baxımından da biliklərinin artırılması, siyasi qərarların verilməsində istifadə olunması;
5. Tədqiqat nəticələrini təhlil edərək, narahatçılıqları göstərən sahələri müəyyən edərək,
gələcək siyasəti formalaşdırmağa və ya vəziyyəti yaxşılaşdırmaq üçün hədəflənmiş müdaxilələri inkişaf etdirilməsi və həyata keçirilməsi;
6. Qərarverici siyasətçilər, alim və tədqiqatçılar, uşaq və yeniyetmələrlə işləyən həkim və müəllimlər, valideyn və gənclər arasında tədqiqat nəticələrinin yayılması;
7. Tədqiqatın nəticələrinin beynəlxalq miqyaslı tədqiqatçılarla əməkdaşlıq edərək müqayisəli təhlilinin aparılması;
8. Beynəlxalq ekspertlərlə əlaqələrin qurulması və beynəlxalq ekspertlər şöbəsinin yaradılması.

Məqsəd qrupları
Ölkə üzrə 167 məktəbdən 11, 13 və 15 yaşlı məktəbli uşaq və yeniyetmələr

Metodologiya
Bu araşdırma, milli səviyyədə aparılmış və sağlam davranışların öyrənilməsi üçün “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinin (Health Behaviour in School-aged Children - HBSC) 49 üzv olan ölkələri tərəfindən təsdiqlənən və seçim metodologiyasını müəyyən edən beynəlxalq protokola və tələblərinə uyğun olaraq aparılmışdır. Seçmə vahidləri ölkənin istənilən sayda şagirddən ibarət olan bütün məktəblərindən
təşkil olunmuşdur. Məktəblər, ölkədə PİSA məktəbləri siyahısından ölçüsünə və şagirdlərin sayına mütənasib olaraq seçim metodologiyası əsasında tərtib olunaraq seçilmişdir. HBSC qiymətləndirmə tədqiqatında istifadə edilən seçim metodologiyası, Təhsil Nazirliyi tərəfindən istifadə edilən PİSA qiymətləndirməsiylə eyni idi və bir
mərhələli strukturlaşdırılmış nümunə dizaynından ibarət idi. Sistematik seçim ehtimalı (Probability Proportional to Size (PPS)) olan ölçü nisbətinə əsaslanaraq, Təhsil Nazirliyi tərəfindən Azərbaycanın 52 rayonundan 167 məktəb seçilmiş və istisna olmadan bütün bu məktəblərdə tədqiqat aparılmışdır.