UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Qanda şəkərin miqdarının yüksək olmasının əlamətləri bunlardır:
- Yorğunluq
- Susuzluq
- Sidik ifrazının tezləşməsi
- Görmə qabiliyyətinin zəifləməsi
- Yara və kəsiklərin gec sağalması
- İnfeksiyalara tez-tez yoluxmalar
- Əllərdə və ayaqlarda keyləşmə, ağrı
- Çəkinin səbəbsiz yerə itirilməsi
- Dərinin quruluğu və qaşınması
Bu simptomlardan hər hansı biri müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır!
Şəkərli diabet xəstəsinin qanda şəkəri normal səviyyədə olursa, bu, şəkərli diabet kompensasiyası adlanır. Şəkərin qanda səviyyəsinin normadan yüksək olması isə dekompensasiyası adlanır.
Dekompensasiyanın səbəbləri:
- Karbohidratlarla zəngin olan qidanın həddindən artıq qəbulu
- Fiziki aktivliyin olmaması
- Stress
- Yoluxucu və ya somatik xəstəliklər
- Şəkərsalıcı dərman vasitələrinin düzgün təyin edilməməsi
Qanda şəkərin səviyyəsinin uzun illər davamlı şəkildə yüksək olması insan orqanizminə aşağıdakı kimi zərər verə bilər:
- Ayaqlarda hissiyatın itirilməsi
- Görmə qabiliyyətinin zəifləməsi
- Böyrək funksiyalarının pozulması
- Ürək və qan dövranı problemlərinin yaranması
Şəkərli diabetdən tam qurtulmaq mümükün deyil, lakin bu xəstəliyi idarə etmək olar.
Sağlam qidalanmaq
Şəkərli diabetin idarə edilməsində sağlam qidalanma çox vacibdir. Qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq üçün aşağıdakılara riayət edilməlidir:
- İtirilmiş enerjidən asılı olaraq hər qida qəbulu zamanı porsiyaların miqdarına nəzarət etmək
- Gün ərzində qəbul edilən qidanın üç hissəyə bölünməsi, lazım gəldikdə onların arasında sağlam və yüngül qidanın qəbul edilməsi
- Qida qəbulunun buraxılmaması
- Yüksək kalorili şirin içkilərdən istifadə edilməməsi
Qida lifləri ilə zəngin olan məhsullar –meyvə, tərəvəz, taxıl və paxlanın qəbul edilməsi
Yağ, şəkər və duzun miqdarının qidada azaldılması
Şəkərli diabeti nəzrətdə saxlamaq üçün mütəmadi olaraq qanda şəkərin səviyyəsini qlükometrlə ölçəkmək lazımdır!
Fiziki aktivlik
Fiziki aktivlik hamı üçün vacibdir. Şəkərli diabet xəstələri üçün isə bu, həyati məsələdir!
Həyatınızı daha aktivkeçirmək üçün:
Lift əvəzinə, pilləkəndən istifadə edin
Uşaqlarınızla / nəvələrinizlə oynayın
Avtomobildən istifadə əvəzinə, piyada gəzin
Ev işləri ilə məşğul olun
Şəkərli diabet xəstəsi fiziki aktivliyə başlamazdan əvvəl müalicə həkimi ilə məsləhətləşməlidir!
Fiziki aktivlik diabet xəstəsinə kömək edir:
Qanda şəkərin miqdarını aşağı salmağa
Ürək-damar xəstəliklərinin yaranma riskini azaltmağa
İnsulinin təsirlərini artırmağa
Normal çəkini saxlamağa
Enerji məsrəfini artırmağa
Stresdən azad olmağa
Özünü daha yaxşı hiss etməyə
Fiziki aktivlik günlərində bunlar nəzərə alınmalıdır:
Həkimlə məsləhətləşmək lazımdır: ola bilər ki, qəbul edilən dərmanların dozası və qida qəbulunun rejimi dəyişdirilsin
Qanda şəkərin miqdarının 14 mmol/dən-yükskək olması fiziki aktivliyə əks göstərişdir
Fiziki hərəkətlər gün ərzində 45-60 dəqiqədən artıq olmamalıdır
Fiziki hərəkətlər zamanı qanda şəkərin səviyyəsinə nəzarət olunmalıdır
Şəkərli diabet xəstəsi özü ilə xəstə olduğu barədə yazılı məlumat gəzdirməlidir
Fiziki aktivlik günlərində qanda şəkərin səviyyəsinin qəfil aşağı düşməsinin (hipoqlikemiya) simptomlardan qorunmaq üçün şəkərli diabet xəstəsinin yanında daim mənimsənilən karbohidrat tərkibli qidalar (qənd, meyvə şirəsi, kişmiş, baı və ya sirop) olmalıdır.
Qanda şəkərin səviyyəsinin normada əhəmiyyətli dərəcədə aşağı düşmə səbəbləri aşağıdakılar ola bilər:
Həmişəkindən artıq fiziki aktivlik
Şəkərsalıcı dərman vasitələrindən və ya insulindən
Lazım olan dozdan artıq istifadə
Alkoqoldan istifadə
Qidanın lazimi qədər qəbul olnumaması
Hipoqlikemiyanın simptomları
Solğunluq
Tərləmə
Aclıq hissi
Ürəkdöyünmənin sürətlənməsi
Başağrısı və gicəllənmə
Huşun itməsi
Şəkərli diabet xəstələrinin qanında şəkərin miqdarı 3,9 mmol/-dən və ya 70 mq/dl-dən aşağıdırsa, ona dərhal tibbi yardım göstərilməlidir!
Qanda şəkərin səviyyəsini təcili qaldırmaq üçün xəstə bunlardan birini qəbul etməlidir:
3-4 tikə qənd
Yarım fincan meyvə şirəsi
1 qaşıq şəkər tozu, bal və ya sirop
2 qaşıq kişmiş
15 dəqiqə gözlədikdən sonra qanda şəkərin səviyyəsi yenidən yoxlanılmalıdır.
O hələ də 3,9 mmol/dən və ya 70 mq /dl-dən aşağıdırsa, yuxarıda sadalanan xəstə yenə qəbul etməlidir
Simptomlar keçmirsə, “Təcili Yardıma” zəng edilməlidir.
Qanda şəkərin səviyyəsinin idarə edilməsi üçün:
Məsləhət görülən həblər həkimin təyinatına uyğun qəbul edilməlidir.
Həbləri qəbul etmək unudulmamalıdır. Unudulubsa, növbəti dəfə yalnız bir doza qəbul etmək və normal cədvələ qayıtmaq lazımdır. İki dozanı birdən qəbul etmək olmaz.
İnsulindən qida rasionuna və fiziki aktivliyə uyğun şəkildə istifadə edilməlidir.
İnsulin iynəsini vurmaq unudulubsa, həkimə zəng edərək növbəti inyeksiyanın nə vaxt edilməli olduğu dəqiqləşdirməlidir.
Hər hansı başqa dərman qəbul etməzdən və alkoqollu içkilərdən istifadədən əvvəl müalicə həkimi ilə məsləhətləşmək lazımdır.
Qanda şəkərin səviyyəsi həftədə iki dəfədən artıq aşağı düşürsə, həkiminizlə məsləhətləşin. O, dərmanların sayını və miqdarını dəyişə bilər.
Şəkərli diabet idarə olunan xəstəlikdir!