UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Psixo-sosial risk amilləri anamnez toplandıqda və ya standartlaşdırılmış sorğu vasitələri ilə qiymətləndirilməlidir. Müvafiq klinik müdaxilələrin aparılması həyat keyfiyyətini artırmaq və ÜİX-nin proqnozunu yaxşılaşdırmaq məqsədilə nəzərdən keçirilməlidir.
Psixo-sosial risk amillərinin xüsusiyyətləri
Depressiya, düşmənçilik və sosial təcrid olunma, adətən, aşağı sosial-iqtisadi statusu olan və/və ya xronik stress altında olan kişi və qadınlarda müşahidə olunur.
Depressiya sonradan ÜİX-nin əmələ gəlməsinin prediktorudur və onun proqnozunu pisləşdirir. Depressiyalı xəstələrdə riskin daha yüksək olması trisiklik antidepressantların yan təsiri səbəbindən də ola bilər.
Həyəcan ÜİX-nin əmələ gəlməsinin və Mİ-dən sonra baş verəcək xoşagəlməz hadisələrin müstəqil amilidir.
Düşmənçilik və əsəb həm sağlam insanlarda, həm də ÜDX olan xəstələrdə yüksək ürək-damar hadisəsi riski ilə əlaqələnir. Hirsini daxilində saxlayan ÜDX xəstələri arzuolunmaz ürək-damar hadisəsinin daha yüksək riskinə məruz qalırlar.
D tipli şəxsiyyət (“distressed” – əzab çəkən) geniş spektr mənfi emosiyaların davamlı hiss olunmasına meyillilik (neqativ affektlik) və digər şəxslərlə münasibətdə özünü ifadə etməkdə sıxılma (sosial sıxılma) deməkdir. Şəxsiyyətin D tipli olmağı hətta depressiv simptomların, stressin və əsəbin nəzərə alınmasından sonra ÜDX olan xəstələrdə arzuolunmaz proqnozun prediktorudur.
Psixo-sosial risk amillərinin qiymətləndirilməsi
ÜDX və ürək-damar riski amilləri olan insanlarda psixo-sosial amillərin qiymətləndirilməsi xəstənin fərdi risk xüsusiyyətlərinə görə profilaktik tədbirlərin planlaşdırılmasında əsas məqamdır. Həkim qəbulu zamanı psixo-sosial amillərin ilkin qiymətləndirilməsi Cədvəl 1-də təsvir olunduğu kimi aparıla bilər.
Cədvəl 1. Psixo-sosial risk amillərinin klinik təcrübədə qiymətləndirilməsi üçün əsas suallar
Aşağı sosial- iqtisadi status |
Sizin hansı təhsiliniz var? |
Siz fiziki işlə məşğul olursunuz? |
|
Ailədə və işdə stress |
Siz iş yerində olan tələblərin öhdəsindən gələ bilirsiniz? |
İş yerinizdə əməyinizə layiqli qiymət verilir? |
|
Həyat yoldaşınızla ciddi problemləriniz var? |
|
Sosial təcrid olunma |
Siz tək yaşayırsınız? |
Etibarlı insana ehtiyacınız varmı? |
|
Depressiya |
Özünüzü dilxor, depressiv və ya ümidsiz hiss edirsinizmi? |
Siz həyata marağınızı və ya həzz almaq qabiliyyətinizi itirmirsiniz? |
|
Həyəcan |
Nə qədər tez-tez özünüzü əsəbi, həyəcanlı və ya qıcıqlanmış hiss edirsiniz? |
Nə qədər tez-tez öz həyəcanınıza nəzarət edə və ya onu dayandıra bilmirsiniz? |
|
Düşmənçilik |
Nə qədər tez-tez cüzi səbəbdən əsəbləşirsiniz? |
Nə qədər tez-tez digər insanların vərdişləri Sizi əsəbləşdirir? |
|
D tipli şəxsiyyət |
Yekun vursaq, nə qədər tez-tez özünüzü həyəcanlanmış, qıcıqlanmış və ya məyus hiss edirsiniz? |
Öz hisləriniz və ya fikirlərinizlə digər insanlarla bölüşməkdən çəkinirsiniz? |
Bir və daha çox suala müsbət cavab SCORE şkalasına əsasən müəyyən edilmiş riskdən daha yüksək ÜDX riskinə dəlalət edir.
Psixo-sosial risk amillərinin korreksiyasına dair tövsiyələr
► Psixo-sosial risk amillərinin korreksiyası və xəstəliyə qalib gəlmək məqsədi ilə özündə sağlam həyat tərzinin, fiziki məşqlərin və psixoloji təsirin əsaslarını əhatə edən multimodal davranış müdaxilələri tövsiyə olunmalıdır.
► Depressiyanın, həyəcanın və düşmənçiliyin klinik əhəmiyyətli əlamətləri olduğu halda psixoterapiyanın aparılması, dərman vasitələrinin təyin edilməsi və hər ikisinin birgə tətbiqi
mümkündür. Belə yanaşma affektiv simptomların korreksiyasına və sağlamlıqla bağlı həyat keyfiyyətinin yaxşılaşmasına təkan verə bilər.
Psixoloji müdaxilələr psixo-sosial stressi azaldır, sağlam həyat tərzinin formalaşmasına imkan yaradır və ÜDX-nin qarşısının alınmasına kömək edir. Müdaxilələrə fərdi və ya qrup şəklində psixoloji konsultasiyalar, koqnitiv-davranış terapiyası, stress səviyyəsinin azaldılmasına dair proqramlar, meditasiya, auto-treninq, bioloji əks-əlaqə, tənəffüs çalışmaları, yoqa və/və ya əzələ relaksasiyası metodikaları daxildir.
Həyat keyfiyyətinə və tibbi nəticələrə təsir baxımından psixo- sosial amillərin əhəmiyyəti, eyni ilə klinik taktika kimi, xəstə ilə müzakirə edilməlidir. Müdaxilələr proqramı mövcud olan risk amillərinin toplusu əsasında fərdi şəkildə gender aspektlərinin nəzərə alınması şərti ilə işlənib hazırlanmalıdır.
Psixo-sosial RA-nın korreksiyası xəstələrin psixoloji statusunun, həyat keyfiyyətinin yaxşılaşmasına, medikamentoz müalicə rejiminə riayət etmələrinə və həyat tərzinin müsbət istiqamətdə dəyişdirilməsinə təkan verir. Psixo-sosial stressin azaldılmasına yönəlmiş psixoloji müdaxilələr, xüsusilə hədəfli davranış dəyişikliklərinə nail olmuş xəstələrdə, ÜİX-nin klinik təzahürlərinin profilaktikasına müsbət təsir etmiş olur.
Sosial dəstəyi aşağı səviyyədə olan şəxslərlə RA barədə izahedici söhbətlərin aparılması tələb olunur. Xəstələrə sosial kontaktlar, rəsmi və qeyri-rəsmi maraq birliklərində olmaq və eləcə də qrup şəklində psixoloji təlimlərdə iştirak tövsiyə olunur.
Toplam kardiovaskulyar riski yüksək olan şəxslərə, psixoemosional stress səviyyəsi yüksək olan ÜDX xəstələrinə stressin idarə edilməsinə dair tövsiyələr verilməlidir. Stressin idarə edilməsi proqramları xəstələrin subyektiv rifahlarının yaxşılaşdırılması ilə yanaşı risk amillərinin səviyyəsinin azalması və ÜDX nəticələrinin yaxşılaşdırılmasına yardım göstərir. Bu halda:
- iş və istirahət rejimi normallaşdırılmalı
- yuxu üçün ən az 7-8 saat ayrılmalı
- məzuniyyətdən müntəzəm şəkildə istifadə edilməli
- fiziki aktivlik artırılmalı (xüsusilə, üzgüçülük, digər su və aerob məşğələ növləri tövsiyə olunur)
- relaksasiyanın sadə texnikaları mənimsənilməlidir
Müstəqilliyin və iş prosesinə nəzarətin artırılmasına yönəldilmiş iş şəraitinin dəyişdirilməsi sosial dəstəyin artırılmasına və fizioloji stressə olan reaksiyanın qabarıqlığının azaldılmasına kömək edə bilər. Menecerlərin və rəhbərlərin iş streslərinin azaldılması onların sağlamlığına müsbət təsir göstərir və eləcə də onların tabeliyində olan işçilərin sosial dəstəyini artırmış olur156.
Düşmənçilik hissinin təzahürləri olan ÜİX xəstələrində davranış baxımından qiymətləndirilən həmin hislərin və eləcə də depressiyanın, sakit vəziyyətdə ürək döyüntüsünün tezliyinin, psixoemosional stressə olan kardiovaskulyar reaksiyanın azaldılmasına və sosial dəstəyin və həyatdan razıqalma hissinin artırılmasına imkan verən qrup şəklində olan müdaxilələr təsirli olur. Qadınlar üçün stressin təzahürlərinə yönəldilmiş xüsusi qrup davranış terapiyası metodikaları faydalı ola bilər.
Tələb olunduğu halda psixoloqun/psixoterapevtin fərdi və ya qrup şəklində konsultasiyası məqsədəuyğundur. Klinik əhəmiyyəti olan həyəcan, depressiya və qarışıq vəziyyətlərdə qeyri- medikamentoz (psixoterapiya, fiziki aktivliyin artırılması və keçirilmiş Mİ-dən, miokardın revaskulyarizasiyası əməliyyatlarından, insultdan sonra reabilitasiya) və ya həkim- mütəxəssis tərəfindən təyin edilmiş medikamentoz (həyacanı sakitləşdirən dərmanlar, benzodiazepin trankvilizatorlar və ya anti- depressantlar ilə) terapiya tövsiyə olunur.