UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Ürək-damar xəstəliklərinin risk amilləri

İrsi meyillilik

Bu günə qədər ÜDX-nin erkən əmələ gəlməsində irsi meyilliliyə dair birmənalı anlaşılma yoxdur. Buna baxmayaraq bir çox ÜDX riski amillərində irsiliyin roluna dair təkzibedilməz sübutlar mövcuddur. Bu səbəbdən aterosklerotik proseslə müəyyən edilmiş xəstəliklər və ya risk amillərinin əksəriyyəti (yüksək AT, ŞD, hiperlipidemiya) xəstənin yaxın qohumlarında (55 yaşadək kişilər və 65 yaşadək qadınlar) dəqiqliklə müəyyən edilməlidir.

Yaş və cins

Yaşın  artması+kişi  cinsi  ÜDX-nin  yaranması  riskini  artırır  və riskin müəyyən edilmiş parametrləridir37.

İnsanın yaşı, onun məlum və naməlum ÜDX riski amillərinin təsiri altında olduğu müddəti əks etdirən faydalı markerdir. Nisbətən gənc insanlar bütün risk amillərinin mövcudluğuna baxmayaraq mütləq aşağı ÜDX riski qrupuna aid olurlar. Məsələn, tütünçəkən, SAT 180 mm c.s., qanda XS 8 mmol/l olan 45 yaşlı kişi, hətta heç bir müalicə olmadan 10 illik müddətə 4%-lik riskə (SCORE şkalasına görə) malikdir. Beş il sonra, yaşı 50-yə çatanda, onun 10 illik riski təhlükəli həddə (14%) çatmış olacaq və medikamentoz müalicənin aparılmasında ehtiyac yaranacaqdır.

Qadınlar üçün risk eyni yaşda olan kişilərlə müqayisədə daha aşağıdır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda ÜDX riski göstəriciləri 50 yaşlı kişilərin həmin göstəricilərinə uyğundur.

Hazırda bütün Avropa ölkələrində ÜDX qadınlar arasında ölüm hallarının əsas səbəbidir. ÜDX-dən 75 yaşadək ölən qadınlar 42%, kişilər isə 38% təşkil edir57. Qadınlar arasında ÜDX-nin (ÜDX fəsadlaşmaları deyil) daha az yayılması daxili estrogenlərin qoruyucu təsiri və eləcə də, kişilərin və qadınların qidalanmasında yağların səviyyəsinin fərqli olması ilə izah edilə bilər90.

ÜDX risklərinin təyini və onların dinamikada müşahidə edilməsi xüsusilə simptomsuz ÜDX olan qadınlar və yaşlı insanlar üçün əhəmiyyətlidir. Bu səbəbdən qadınlarda və yaşlı insanlarda digər qruplarda olduğu kimi spesifik müalicənin müəyyən edilməsi məqsədi ilə ÜDX risklərinin qiymətləndirilməsi aparılmalıdır.

Həm kişilərdə, həm də qadınlarda tütünçəkmədən imtina, fəal həyat tərzinin tətbiqi, bədən çəkisinin normallaşdırılması və normal AT və qanda XS səviyyəsi olduqda, eləcə də, vaxtlı-vaxtında nəzarət (və normadan kənarlaşma zamanı korreksiya) aparıldıqda ÜDX riski azaldıla bilər.