UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Özünüzü və zərərçəkəni qorumaq üçün zərərçəkəni qaldırarkən və daşıyarkən aşağıdakı qaydalara əməl edin:
- zərərçəkəni (uşağı) və ya əşyanı qaldırarkən onurğa sütununuzu qoruyun, ən ağır zədə – onurğanın zədələnməsidir;
- həmişə nisbətən daha güclü olan ayaq və ya çiyin əzələlərinizdən istifadə edin;
- zərərçəkəni (uşağı) və ya əşyanı ayaqlarınızın gücü ilə, oturaraq (çöməlmək) qaldırın;
- zərərçəkəni qaldırarkən əsas gücü (ağırlığı) əyilərək onurğa sütununa (kürək, bel) yox, ayaqlara salın;
- zərərçəkəni qaldırarkən (əşyanı, uşağı) kürəyinizi düz saxlayın;
- dizləri əyin;
- əlinizlə zərərçəkəndən tam tutun;
- işlək əzələlərdə gərginliyi azaltmaq məqsədi ilə ağırlıq mərkəzinin bədəninizə yaxın düşməsi üçün zərərçəkəni özünüzə mümkün qədər yaxın saxlayın;
- ayaqlar möhkəm və taraz vəziyyətdə olması üçün onları biri o birindən bir qədər irəli və təxminən 30 sm aralı (çiyin səviyyəsində) qoyun;
- ayaqlarınızı düzgün qoyun, xırda addımlarla, ehtiyatla yeriyin;
- imkan daxilində geri deyil, üzü irəli hərəkət edin;
- onurğanı çevirmədən zərərçəkəni qaldırın;
- imkan olan yerdə çalışın zərərçəkəni itələyəsiniz, nəinki dartasınız;
- balansınızı itirdiyiniz, tutma qabiliyyəti zəiflədiyi və özünüzü ələ ala bilmədiyiniz halda, mövqenizi dəyişin, əllə tutmanı tənzimləyin, ətraf mühitə uyğunlaşıb işinizi yenidən başlayın.
Güc ayaqlara düşməli, kürəyiniz düz, ağırlıq isə sizə yaxın olmalıdır. Bu ehtiyat tədbirlərinə əməl etməklə xilasedicilər arasında ən çox rast gəlinən bel zədələnmələrinin qarşısını almaq olar.