UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
- Öz təhlükəsizliyinizi, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin edin.
- Komanda şəklində hərəkət edin.
- Nə etmək istədiyinizi zərərçəkənə başa salın və onunla əməkdaşlığa çalışın. Zərərçəkəni hər an ruhlandırın.
- Yıxılanı tez oturtmayın və ya tez ayaq üstə qaldırmayın. Onun bu vəziyyətdə sabit, kömək olmadan qala biləcəyini guman etməyin.
- Köməkçi olduğu halda zərərçəkənin yerdəyişməsini köməksiz etməyin.
- Köməkçilərdən nə tələb olduğunu başa düşməsinə əmin olun.
- Zərərçəkən nəfəs alırsa, qanaxma dayanıbsa və başqa təcili ilk yardıma ehtiyacı yoxdursa, onu təcili tibbi yardım briqadası gələnədək tərpətməyin. Zərərçəkəni yerindən yalnız zəruri ehtiyac olduqda tərpədin.
- Yardımın keyfiyyətli göstərilməsi mümkün olmadıqda (məsələn, təhlükə ehtimalı, yaş yerdə defibrilyasiyanın qeyri-mümkünlüyü) zərərçəkənin yerdəyişməsini həyata keçirin.
- Travma almış zərərçəkəni təhlükəsiz ərazidən başqa yerə köçürməyin.
- Baş və boyun nahiyəsindən travma almış zərərçəkəni tərpətməyin və silkələməyin, çünki bu kimi hərəkətlər onurğa beyninin zədələnməsinin ağırlaşmasına səbəb ola bilər.
- Başın, boyunun və onurğanın travmasına şübhə olduqda, zərərçəkən yalnız zəruri halda təcili tibbi yardım briqadası gələnə qədər başqa yerə köçürülə bilər.