UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Üz zədələnmələrində burun, almacıq və ya çənə sümükləri sınır. Həmçinin alt çənə yerindən çıxa bilər (burxulma). Əsas təhlükə tənəffüs yollarının sınmış diş, qopmuş toxuma, qan və tüpürcəklə tutulmasıdır. Üzdən zərbə aldıqda kəllə, beyin və boyun zədələnə bilər. Üz zədələnmələri çox dəhşətli ola bilər. Hətta göz hədəqəsindən çıxaraq, çənə, burun, ağız əyilərək eybəcər forma ala bilər. Toxumaların ödemi (şişməsi) tənəffüsü məhdudlaşdıra bilər.
Çənə sümüyü zədələnəndə ona təzyiqi azaltmaq üçün başın altına yumşaq əşya qoyun. Çənə sınıqları adətən birbaşa qüvvənin nəticəsi olaraq, çənəyə sarsıdıcı zərbədən sonra baş verir. Lakin bir tərəfli alt çənəyə zərbə digər tərəfin sınığına səbəb ola bilər. Zərbə çənənin görünüşünü də poza bilər (ağız açıq, əsnəmə formasında).
- Tənəffüs yollarını qoruyun. Əsas sınığı təyin edib, yardım göstərin.
- Zərərçəkənin huşu aydındırsa onu başı yuxarı vəziyyətdə oturdun, qan, selik və tüpürcəyi qurudun. Qusma olduqda çənə və başı saxlayın və zərərçəkənin ağzını yumşaq əşya ilə təmizləyin.
- Çənəyə sarğı qoymayın. Zərərçəkən öz sınmış çənəsini yumşaq əşya ilə möhkəm tutaraq xəstəxanaya çatdırılmalıdır.
Zərərçəkənin əsas təxliyə üsulları
» Yuxarı ətraf zədələnmələrində – piyadanın müşayiəti ilə, oturaq və ya xərəkdə uzanmış vəziyyətdə.
» Aşağı ətraf zədələnmələrində – əksərən xərəkdə uzanmış vəziyyətdə.
» Onurğa zədələnmələrində – arxası üstə sərt xərək və ya lövhə üzərində. Ancaq yumşaq xərək olduqda qarını üstə. Unutmayın, düz yer səthi əla şin rolu oynayır.
» Çanaq sümükləri sındıqda – sərt xərəkdə, dizləri bir-birindən aralayaraq altına döşəkcə qoyulmuş vəziyyətdə (“qurbağa vəziyyəti”);
Huşu aydın olan zərərçəkənin başı və çiyini bir qədər qaldırılmış hündür vəziyyətdə saxlanılmaqla, huşunu
itirmiş zərərçəkənə isə – “bərpa vəziyyəti” verilməklə.
Zərərçəkənin qaldırılması və yerinin dəyişdirilməsi (daşınması)
Bu mövzunun əsas məqsədi zərərçəkəni (hər hansı bir ağır əşyanı) qaldıran və ya onun yerini dəyişən zaman xilasedicilərin zədə almaması və zərərçəkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirlərin öyrədilməsidir. Zərərçəkənin qaldırılması və yerdəyişməsi çox mühüm hadisə olub, xilasedicilərin vəzifəsinə aiddir. Lakin bəzi hallarda bu işlərə zəruri diqqət yetirilmir. Nəticədə xilasedicilər zərərçəkənlərin qaldırılması və yerdəyişməsi zamanı tələb olunan üsullardan istifadə etmədikdə, özləri müxtəlif xəsarətlər alırlar. Xilasedici xəstələrə və zərərçəkənlərə kömək edərkən ilk növbədə öz şəxsi təhlükəsizliyini qorumalıdır.
Xilasedicinin vəzifələrindən biri hadisə yerində təkrar xəsarət almaq təhlükəsi olanları təhlükəsiz yerə köçürmək və ilk yardımın göstərilməsi mümkün olmayan, vəziyyəti ağırlaşan zərərçəkəni təhlükəsiz yerdə yardım göstərməkdir. Bəzi hallarda zərərçəkən əlçatmaz yerdə olduğu üçün ona yardım göstərmək olmur: deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyət, dağıntı, uçma qorxusu olan tikililər, yanğın, oksigen çatışmazlığı, zəhərli qazlar, batma, partlayış. Zərərçəkənə yaxınlaşmaq, yardım göstərmək mümkün olmadıqda, xüsusi avadanlıqlarla təhciz olunmuş strukturlara mürəciət edin.
Zərərçəkənin qaldırılması və yerdəyişmə (daşınma) komanda şəklində aparılmalıdır. Komanda şəklində yardım göstərmək olduqca vacibdir. Xilasedicilərdən biri lider rolunu icra etməlidir, digərləri onun dediklərinə (əmrlərinə) tabe olmalıdırlar. Lider aydın, nəzarət olunan səslə sərəncam verməlidir. Qışqırmaq və ya yüksək səs tonu komanda üzvlərinin qarşılıqlı əlaqələrini poza bilər. Eyni anda yalnız bir adam danışmalıdır. Lider komanda üzvlərini aydın danışığa (nitqə) sövq etməlidir.