UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Yanıq zədələməsi olan zərərçəkənə ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilməsidir.
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
1. Öz təhlükəsizliyinizi təmin edin.
- Zərərçəkən cərəyan mənbəyi ilə təmasda olduğu müddətdə ondan uzaq durun.
- Elektrik cərəyanının mənbədən kəsildiyini yəqin etməmiş zərərçəkənə yaxınlaşmayın.
- Zərərçəkənə yardım göstərərkən ətrafın təhlükəsiz olduğuna əmin olun.
- Elektrik xətti yerə düşdükdə, ixtisaslı kömək çağırın və gözləyin.
- Əraziyə daxil olmaq və yardım göstərmək üçün elektrik enerjisinin söndürülməsini gözləyin.
- Qısa müddət ərzində elektrik şəbəkəsi söndürülmədikdə və zərərçəkəni elektrik cərəyanından ayıran olmadıqda bunu özünüz edin ki, ona yardım göstərmək mümkün olsun.
2. Zərərçəkəni elektrik gərginliyi mənbəyindən ayırın
Çox vaxt baş vermiş əzələlərin qıcolması və zərərçəkənin huşunun itməsi nəticəsində, o, sərbəst elektrik naqillərindən özünü azad edə bilmir – “yapışma”.a) Cərəyanın təsirinin qarşısını almaq üçün şəbəkəni söndürün.
Bu, mümkün olmadıqda
- b) İlk növbədə özünüzü elektrik cərəyanının təsirindən qoruyun:
- əllərə əlcək geyin, əlcək olmadıqda əllərə quru paltar və ya rezinlənmiş parça dolayın;
- yaş torpaqdan izolyasiya olunun (quru yerdə durun və ya taxta lövhənin, bükülmüş quru paltarın, rezin, yaxud şüşə parçasının və hər hansı bir elektrik keçirməyən əşyanın üstünə çıxın).
- c) Texniki qaydalara əməl etməklə zərərçəkəni elektrik gərginliyi mənbəyindən ayırın (uzaqlaşdırın):
- cərəyan daşıyıcı naqili balta, bel, çubuq və digər taxta qulplu əşya vasitəsilə şəbəkədən ayırın;
- nəzərə alın ki, qurğunu söndürərkən elektrik işığı sönə bilər, ona görə özünüzdə fənər, şamın olmasını və s. əvvəlcədən təmin edin.
Bu, mümkün olmadıqda
- d) Quru, qalın parça ilə dolanmış əllər vasitəsilə zərərçəkəni onun bilavasitə bədəninə pərçimlənməmiş nahiyədə paltarından tutaraq naqildən ayırın və elektrik xəttindən uzaqlaşdırın.
- e) Əgər ''addım gərginliyi" təsiri nəticəsində zərərçəkən yıxılıbsa, altına quru taxta parçası və ya faner itələməklə onu yerdəki cərəyandan izolyasiya edin.
- f) İçində adam olan avtomobilin üzərinə elektrik xətti düşdükdə, onlara avtomobildə qalmaq və hərəkət etməməyi məsləhət görün.
- 3. Ürək-ağciyər reanimasiyasının (ÜAR) başlanması
- Zərərçəkəni elektrik cərəyanından ayıran kimi, ehtiyac olduqda, ürək-ağciyər reanimasiyasına başlayın.
- Ürəyin qəflətən dayanmasının yüksək təhlükəsi olduğu üçün təxliyyəni uzanmış vəziyyətdə aparın.
- Zərərçəkəndə digər zədələnmələri qiymətləndirin
- Əgər yıхılmа bаş vеrmişsə, оnurğа sütununun immоbilizаsiyаsını həyаtа kеçirin. Əzələlərin аğır dərəcəli zədələnməsi оlаn zərərçəkənlər ətrаfın sıxılma sindrоmunа məruz qаlа bilərlər.
- Fikrinizi yаlnız yаnıqdа cəmləşdirməyin! Zərərçəkəndə sınıqların olub-olmamasını yoxlayın.
- Yanıqları termiki yanıqlarda olduğu kimi müalicə edin
Yanıq zədələnməsi olan nahiyəni quru, steril salfetlə örtün, şok əleyhinə tədbirlər görün. Yardım göstərdikdən sonra zərərçəkəni isti bürüyün və təcili olaraq xəstəxanaya çatdırın.
- Əgər elektrokardioqramma göstəriciləri norma daxilindədirsə və dəridə yаnıq yохdursа, mənzil cərəyаnlаrındаn müаlicə üçün хəstəхаnаyа yerləşdirməyə ehtiyac yохdur.
- Müalicə mütləq ixtisaslaşdırılmış klinikalarda kombustioloq (yanıqların, termiki zədə və donmanın nəticələrinin müalicəsi ilə məşğul olan həkim-cərrah) tərəfindən aparılmalıdır. Yaraların sağalma müddəti bir neçə ay və daha çox çəkir.
Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra onun hansı vəziyyətdə (ağır və ya yüngül) olmasından asılı olmayaraq ona dərhal təcili yardım xidmətini aktivləşdirin və ya zərərçəkəni tibb müəssisəsinə çatdırın. Elektrik cərəyanı ilə zədələnmədə ölüm bir neçə saatdan sonra baş verə bilər. Bu zaman xarıcı görnüş daxili zədələnmənin dərəcəsindən xəbər vermir.
Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməzsə, nəzərə alsaq ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərir, onda zərərçəkən mütləq təcili olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması aydınlaşdırılmalıdır. Zərərçəkəni təxliyyə etməzdən əvvəl elektrik yanıqları quru bintlə sarınmalıdır. Sonrakı dövrdə uzun müddətli reabilitasiya tədbirləri aparılmalıdır.