UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Hazırda hərəkətin təhlükəsizliyi problemi ümumdünya xarakteri alıb. Bütün sivil dövlətlər bu sahədə regional dövlət proqramlarını qəbul edir, öz normativ bazalarını möhkəmləndirirlər. Müstəqil azərbaycan dövlətində də bu məsələ ümummilli səviyyəyədək yüksəldilib, 1998-ci ildə “yol hərəkəti haqqında” qanun qəbul edilib. Lakin bu gün azərbaycan miqyasında yol nişanları öz hərtərəfli həllini gözləməkdə olan əsas problemlərdən biridir. Yol nişanlarının olmaması və ya azlığı şəhərimizdə çox böyük fəsadlar törədir. Rəsmi statistikaya əsasən hazırda azərbaycanda 950 minə yaxın avtomobil var. Bunun 85%-i minik avtomobilləridir ki, onların da əksəriyyəti bölgə qeydiyyatında olmasına baxmayaraq, bakıdadır. Bu gün azərbaycanda hər 105 nəfərə 10 avtomobil düşür. 70 mln. Əhalisi olan türkiyədə və 143 mln. Əhalisi olan rusiyada il ərzində 30 min nəfər yol-nəqliyyat hadisələri nəticəsində həlak olur: “azərbaycanda isə bu rəqəm 1300-1400 nəfərdir.
Bundan əlavə, əhalinin, xüsusən də sürücülərin yol nişanlarını tanımaması da yol qəza hadisələrinin yaranmasına səbəb olur. Bu xüsusda ən çox əziyyət çəkən məktəbli uşaqlardır. Statistikaya görə, 2006-cı ilin ilk 8 ayı ərzində baş verən qəzalarda 70 uşaq ölüb, 230-dan artığı isə müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, ötən ilin may ayında Nazirlər Kabineti “Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydaları”nı təsdiqləyib. Daxili İşlər və Nəqliyyat nazirliklərinə tapşırılır ki, qaydalara uyğun olaraq və xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini nəzərə alaraq, Bakı şəhəri və digər yaşayış məntəqələri daxilində, həmçinin yaşayış məntəqələrindən kənarda olan avtomobil yollarında yol göstəricilərinin 2011-ci ilin iyun ayınadək quraşdırılmasını təmin etsinlər.
Piyadanın vəzifələri:
1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər); [i][74] və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;
3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);
4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır);
- 5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;
- 6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
- 7) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);
- 8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;
- 9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;
- 10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
- II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında — sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda — ağ, arxada — qırmızı işıq fənəri tutmalıdırlar. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.