VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Cinsi yolla yoluxan infeksiayalardan məlumatlı olun!

Təhlükəsiz davranış cinsi yolla yoluxan infeksiyaların profilaktikasının əsasıdır!

İnsanın cinsi kontaktlar zamanı yoluxa biləcəyi xəstəliklər mövcuddur. Bunlar qısaca olaraq CYYİ adlanır – Cinsi Yolla Yoluxan İnfeksiyalar. CYYİ qrupuna 20-dən çox xəstəlik daxildir və onların əksəriyyətinin əlamətləri oxşardır.

Ən çox tanınan və geniş yayılan CYYİ: Sifilis, Qonoreya, Trixomoniaz, Xlamidioz, Mikoplazmoz, Ureaplazmoz, Bakterial vaginoz, Genital herpes

Yadda saxlayın! CYYİ-dən özbaşına müalicə mümkün deyil!

CYYİ zamanı orqanizmdə özbaşına sağalma getmir. Əgər bir müddətdən sonra əlamətlər yox olursa, bu, xəstəliyin gizli formaya keçməsi deməkdir və müalicə olunmazsa, o, ciddi fəsadlar yarada bilər! Müalicəyə nə qədər tez başlansa, nəticə də  bir o qədər effektli olar.

CYYİ-nin çoxu anadan uşağa ötürülür, hamiləliyin gedişini ağırlaşdırır. CYYİ sonsuzluğun qarşısı alına bilən əsas səbəblərindəndir. Müalicə olunmadıqda, CYYİ reproduktiv sağlamlıqda, ana və uşaq sağlamlığında ciddi mənfi nəticələrə gətirib çıxara bilər. 15-49 yaşlar arasında dəri-zöhrəvi xəstəliklərin əsas ötürülmə yolu cinsi yoldur. Digər yoluxma yolları isə məişət-kontakt, bətndaxili və qan vasitəsi ilə baş verir.

İnfeksiyanın ilk əlamətləri:

  • Sidik-cinsiyyət yollarından ifrazat
  • Dəridə və ya cinsiyyət orqanlarının selikli qişasında xırda çatlar, xoralar, qızartı
  • Sidik ifrazı zamanı göynəmə və ya yandırma
  • Qadınlarda qarının aşağı hissəsində və bel nahiyəsində ağrılar
  • Kişilərdə xayalıqda və ya aralıq nahiyəsində ağrılar

İnsan papilloma virusunun bəzi növləri qadınlarda cinsiyyət orqanlarının xərçəng xəstəliyinə gətirib çıxara bilər.

Hər il dünyada 448000000 CYYİ-dən yeni sağalma halları qeydə alınır (Sifilis, Qonoreya, Xlamidioz, Trixomoniaz). CYYİ-nin profilaktikasında ən etibarlı tədbirlər prezervativlərdən istifadə və CYYİ-yə müntəzəm müayinədir.

Özünüzü və yaxınlarınızı cinsi yolla yoluxan infeksiyalardan qoruyun!