VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Övladınızı öldürməyin!
Selektiv abort-cinsi mənsubiyyətə görə hamiləliyin (adətən, 12-ci həftəsindən sonra) süni pozulmasıdır. Əksər hallarda qadını selektiv aborta məcbur edən, ərinin və ya onun yaxın qohumlarının psixoloji təzyiqi olur; bəzən isə qadınların özləri bunu istəyir. Son illər ölkədə müşahidə olunan demoqrafik proseslərin təhlili yeni doğulmuşlar arasında oğlan uşaqlarının üstünlük təşkil etməsini göstərir, bu da hər 100 qız üçün 114 oğlanın doğulmasıdır və bioloji normadan (yeni doğulmuş hər 100 qıza 105-107 oğlan) xeyli artıqdır. Təbii cinsi tarazlığın pozulması cəmiyyət, qadının sağlamlığı və gələcəkdə doğulan uşaqlar üçün təsirsiz ötmür. Heç bir abort izsiz keçmir. Ancaq selektiv abort qadının orqanizmi üçün həm psixoloji stress, həm də fiziki zorakılıqdır. Bu səbəbdən onun həyat və sağlamlığına ciddi təsir göstərir; “Abortdan sonrakı sindrom” adlanan vəziyyətin yaranması ehtimalı daha da yüksəlir. Bu, abort nəticəsində ortaya çıxa biləcək psixoloji/psixi vəziyyətlərin və digər (somatik) fəsadların kombinasiyasıdır.
Psixoloji / psixi vəziyyətlər
Depressiya, günah hissi:
Seksual pozuntular: ərinə nifrət hissi:
Daha bir hamiləliyə meyllənmə və ya hamilə qalmaq qorxusu:
Anoreksiya (iştahanın olmaması və qidalanmadan imtina etmək):
Uşaqlarla əlaqədar gecə qarabasmaları:
Əhval-ruhiyyənin te-tez dəyişməsi və s.
Digər fəsadlar
İnfeksion fəsadların ehtimalı böyükdür
Uşaqlığın deşilməsi ehtimalı
Həyat üçün ciddi təhlükəli qanaxmalar
Gələcəkdə uşaqlıqdanknar hamiləliyin ehtimalı bir neçə dəfə artır, bu da qadının həyatı üçün ciddi təhlükədir. Bəzi hallarda sonsuzluq yarana bilər.Sonrakı hamiləlikdə həm doğuş fəsadlarının, həm də yenidoğulmuşun sağlamlığında müəyyən problemlərin (xəstələnmə, şikəstlik, ölüm halları) baş verməsi ehtimalı artır. Selektiv aborta müraciət edən qadınlar nisbətən yaşlı olduğundan (bir neçə uşaq anası), yuxarıda sadalanan fəsadlar daha ağır keçə bilər Abort-xəstəliyin olmadığı halda edilən və sağlamlığa zərərli olan yeganə əməliyyatdır. Abort, həmçinin selektiv abort yalnız müəyyən istisna hallarda edilə bilər (məsələn: hamiləliyin davam etdirilməsi qadının həyatına təhlükə yaratdıqda, sosial göstərişlər olduqda, döldə cinslə bağlı irsi xəstəliklərin riski yüksək olduqda və s.)! Sonradan ömür boyu aborta görə peşman olmamaq üçün bu barədə yaxşı düşünün, çünki hələ doğulmamış bir uşağın taleyi/həyatı məsələsi həll edilir.