UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Əgər hər gün spirtli içki qəbul etmək üçün güclü istək varsa, bu da alkoqol asılılığı deməkdir. Bəzən istək o qədər böyük olur ki, insan özünə nəzarət edə bilmir.
Bu halda spirtli içkinin qəbulu insanın həyatında önəmli yer tutur. İnsan spirtli içkini hər gün qəbul edir və spirtli içkilərdən tamamilə çəkinmək istədikdə yaranan xoşagəlməz əlamətlərin qarşısını almaq üçün tez-tez içmək məcburiyyətində qalır.
Alkoqol asılılığının əlamətləri hansılardır?
Çoxlu spirtli içki qəbul etmək səbəbindən orqanizm alkoqola öyrəşir və alkoqol qəbulunun təsiri keçdikcə spirtli içki qəbulundan 3-8 saat sonra “lomka” əlamətləri (spirtli içkilərdən tamamilə çəkinmək istədikdə yaranan əlamətlər) yarana bilər. Belə ki, bu əlamətlərə görə alkoqol qəbulun tərgidilməsi çətinləşir. Bu əlamətlərə ürək bulanma, titrəmə, tərləmə, spirtli içkiyə yenidən həvəs yaranma, özünü pis hiss etmək kimi əlamətlər daxildir. Bəzi hallarda konvulsiya (titrətmə) baş verir.
Nəticədə, bu əlamətlərin qarşısını almaq üçün spirtli içkini müntəzəm şəkildə qəbul etmək məcburiyyəti yaranır. Spirtli içki olmadığı təqdirdə, bu əlamətlər, adətən, 5-7 gün ərzində davam edir, lakin alkoqola meyllik daha da çox uzun çəkir.
Alkoqol asılılığı aşağıdakı hallarda inkişaf edə bilər:
• Alkoqol qəbulu üçün güclü istək olur və hər gün spirtli içki qəbul etmək istəyi var.
• Spirtli içki çox hallarda tək qəbul edilir.
• Titrəmənin dayandırılması üçün spirtli içki qəbul edilir.
• Spirtli içki səhər tezdən qəbul edilir (“lomka”dan çəkinmək üçün)
• Spirtli içki əldə edilə bilən yerlərdə çox vaxt keçirilir. Məsələn, yığıncaqlar və ya barlarda.
• Alkoqol qəbul edildiyinə görə heç nəyə maraq göstərilmir.
İnsan bu simptomlarından qurtulmaq üçün müntəzəm olaraq hər gün içir.
Öz problemlərini başqalarından gizlədir. Bununla da öz orqanizminə ciddi risk yaradır (qaraciyər sirrozu, xərçəng və s).
Spirtli içki qəbulunu azaltmalı və ya tamamilə dayandırmaq lazımdır?
Əgər alkoqol asılılığı varsa, bu zərərli vərdişi tədricən azaldıb və sonra tamamilə dayandırmaq olar. Alkoqol asılılığından əziyyət çəkdikdə, spirtli içkinin qəbulunu birdən dayandırmayın. Bunun pis təsiri ola bilər. Ona görə alkoqolun qəbulunu tədricən azaldılmağı və sonra dayandırılması və detoksikasiya üçün həkimə müraciət edilməsi tövsiyyə olunur.
Həmçinin, sirroz və ya digər alkoqolla əlaqəli xəstəlik varsa, bu vərdişdən tamamilə imtina etmək tövsiyə olunur.
Əgər spirtli içkinin qəbulunu azaltmağa çalışırsınızsa aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz:
• Tərkibində çox alkoqol (spirt) olan içkiləri qəbul etməyin.
• Spirtli içkilərin əvəzinə alternativ sərinləşdirici içkilər qəbul edin.
• İçki olan yerlərdən uzaq durun, sosial fəaliyyətinizi içki olmayan yerlərdə davam etdirin.
• Daha çox spirtli içki qəbulunu həvəsləndirən insanlardan uzaq durun.