UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Alkoqolizm

Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.

Alkoqolizm bir çox insanlar tərəfindən alkoqol asılılığı mənasında istifadə olunur.

Bəzi insanlar alkoqoldan asılı olmadan həyatlarında çətin vəziyyətlər olduğu halda alkoqol qəbul edirlər.

Alkoqoldan asılılı vəziyyət yaranarsa, onda bu zərərli vərdişdən qurtulmağa detoksikasiya kömək edə bilər.

•  Dünyada spirtli içki qəbul edilməsi səbəbindən hər il 3,3 milyon insan ölür, bu bütün ölümlərin 5,9% təşkil edir.

•  Alkoqol qəbulu 200-dən çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

•  Alkoqol-bütün  xəstəliklərin və  zədələrin  qlobal yükünün  5,1%-ni təşkil edir

•  Akoqol qəbulu  həyatın erkən mərhələlərində ölüm və əlilliyə səbəb olur. 20-39 yaşlı insanlar arasında ölümlərin təxminən 25% spirtli içki qəbul edilməsi səbəbi ilə bağlıdır.

•  Alkoqolun qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaramasında əsas  səbəblərdən biridir.

•  Alkoqolun qəbulu nəinki fərdin sağlamlığına, həmçinin bir sıra insanların və cəmiyyətin ictimai və iqtisadi vəziyyətinə zərərli təsir göstərir.

Alkoqol və cəmiyyət

Bir çox insanlar spirtli içkilərdən az da olsa qəbul edirlər. Lakin, spirtli içkinin az miqdarda qəbul edilməsi  də  həyat üçün təhlükə yarada bilər, məsələn, az miqdarda spirtli içki qəbul edib maşın idarə etmək, həm özü üçün, həm də ətrafdakı insanlar üçün çox təhlükəlidir. Hər hansı bir xəstəliyə qarşı müalicə məqsədi ilə  dərman preparatları qəbul etdikdən sonra içki içmək çox təhlükəlidir.

Alkoqolun yaratdığı xəstəliklər

Orqanizmə daxil olan zərərli maddələri, o cümlədən alkoqolun zərərli toksinlərini qaraciyər zərərsizləşdirir. Alkoqolun qəbul dozası qaraciyərin  öhdəsindən gələ biləcək miqdarından çoxdursa, bu, qaraciyərin hüceyrələrinə zərər verə bilər və zəhərli kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olur. Belə ki, bu, qaraciyər (sirroz), mədəaltı vəzi, ürək-damar xəstəlikləri, cinsi xəstəliklər, xərçəng və digər xəstəliklərin yaranma riskini artırır. Ümumiyyətlə, nə qədər çox spirtli içki qəbul edirsinizsə, bir o qədər də sağlamlığınıza təhlükə riskini artırırsınız.

Alkoqolun yaratdığı problemlər

Sərxoşluq insanın özünə, ailə üzvlərinə və cəmiyyətə zərər vurması ilə yanaşı onu aşağıdakı problemlərlə də üzləşdirə bilər:

•  Qaraciyərin alkoqol sirrozu.

•  Kifayət qədər tez-tez sərxoş olmaq sonda iş itirmək təhlükəsi ilə üzləşdirir, cəmiyyətdə qeyri adekvat davranış və insanların qınağı ilə qarşılaşdırır.

Qeyd: Hər spirtli içki içən sərxoş olmur. Sirroz və ya digər alkoqol qəbulu ilə bağlı yaranmış xəstəlikdən əziyyət çəkənlərin çoxu spirtli içkini az miqdarda və tez-tez qəbul edərək sərxoş vəziyyətdə olmaya da bilərlər.

•  Alkoqol büdcənizə həddən artıq ziyan vurur.

•   Alkoqolun qəbulu ilə bağlı ətrafdakı insanlar ilə münasibətdə və ya iş yerində problemlər yaşanır.

İçki qəbul edənlərin hamısı alkoqoldan asılı deyillər. Alkoqolun simptomları əmələ gəlmədən içkini dayandırmaq olar, amma bu və ya digər səbəbdən bəzi insanlar içməkdə  davam edirlər.