UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Tibb məntəqəsi

Tibb məntəqəsinin aşagıdakı otaqları olmalıdır: uzunlugu 7 m-dən (şagirdlərin eşitmə və göz itiliyini təyin etmək üçün) sahəsi 21 m2 -dən az olmayan həkim otagı; sahəsi 12 m2 olan sorucu şkafla təchiz olunmuş diş həkiminin otagı; hər birinin sahəsi sahəsi 14 m2 olan əməliyyat və peyvənd otağı ; sahəsi 10 m2 olan psixoloq kabineti, dezinfeksiya edici məhlulların hazırlanması və təmizlik alərlərinin (tibb məntəqəsi) saxlanması üçün sahəsi 4 m2 olan otaq. Tibb məntəqəsinin özünün sanitar qovşagı olmalıdır.

Məktəblərdə inzibati–təssərrüfat otaqları nəzərdə tutulur: məktəb direktorunun otağı (32 m2 ), tədris tərbiyə işləri üzrə direktor müavinin otağı (8 m2 ), dərsdən kənar təşkilatçı otağı (12- 16 m2 ), dəftərxana (12-16). Müəllimlər otağı binanın orta mərtəbəsində , tədris otaqlarının yaxınlığında yerləşir. Onun sahəsi hər sinifə 2-2,5 m2 sahə düşmək şərti ilə hesablanır və siniflərin sayından asılı olaraq müvafiq olaraq 30, 40, 50 və 60 m2 nəzərdə tutulmalıdır.

Qarderob hər sinif üçün avadanlıqlı özək olmaqla 1- ci mərtəbədə yerləşdirilir. Qarderob asılqanlar və ayaqqabı üçün gözlüklərlə təchiz edilir. Tədris otaqlarında və reaksiyalarda qarderobun yerləşdirilməsi qəti qadağandır. Hər mərtəbədə qızlar və oglanlar üçün cəftəsiz, qapılı kabinəli sanitar qovşagı yerləşdirilməlidir. Sanitar dəstləri 20 qıza 1 unitaz, 30 qıza 1 əlüzyuyan; 30 oglana 1 unitaz, 0,5 pissuar və 1 əlüzyuyan hesabı ilə təyin edilir. Sanitar qovşagının sahəsi bir şagirdə 0,1m2 hesabı ilə qəbul olunur. Sanitar qovşagının girişini dərs otaqları ilə üz-üzə və ya onun girişinə yaxın yerləşdirmək olmaz. Işçilər üçün xüsusi sanitar qovşagı olmalıdır.

Yeni tikilən və rekonstruksiya olunan təhsil müəssisəsinin binasında II və III pillədə təhsilalan qızlar üçün sahəsi 3 m2 – dən az olmayaraq 70 nəfərə 1 kabinet hesabı ilə şəxsi gigiyena otagı nəzərdə tutulur. Bura isti və soyuq su çəkilmiş əlüzyuyan və unitaz, bide və ya altlıq quraşdırılır. Hər mərtəbədə dezinfeksiyaedici məhlulların hazırlanması, təmizlik alətlərinin yuyulması, saxlanması üçün isti və soyuq suyu olan avadanlıqlarla təchiz olunmuş otaq nəzərdə tutulur.

İbtidai siniflərdə, laboratoriyalarda, dərs kabinetlərində, emalatxanalarda, müəllimlər otagında, tibbi otaqlarda, texniki işçilərin otagında mütləq əlüzyuyanlar quraşdırılır. Şagirdlərin yaş - boy xüsusiyyətləri nəzərə alınaraq əlüzyuyanlar dərs otağında 1- 4 siniflərdə: döşəmədən əlüzyuyanın kənarına qədər məsafə 0,5m; 5- 11sinif şagirdləri üçün 0,7- 0,8 m yerləşdirilir