UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Məktəbli yeməkxanası

Məktəbli yeməkxanası şagirdlətin sayı 100 nəfərdən çox olduqda nəzərdə tutulur.
Qidalanma xammal və ya yarımfabrikatla işləyən yeməkxanada, həmçinin ictimai qidalanmanın istehsalının gigiyenik tələblərinə mübafiq paylayıcı bufetdə təşkil oluna bilər.Xammalla işləyən yeməkxanada aşagıdakı otaqlar və avadanlıq dəsti olmalıdır: isti, soyuq, ət-balıq, qənnadı, tərəvəz sexləri; mətbəx və yeməkxana qablarının yuyulma otagı, quru ərzaqların və tərəvəzlərin saxlanma anbarı, tez xarab olan ərzaqların və ətin saxlanması üçün
soyuducu və aşagı temperaturalı kamera, qida blokunun işçiləri üçün məişət otaqları, tarayükləyici və taranın yuyulma sahəsi, qida qalıqları üçün soyuducu kamera, yeməkxana işçiləri üçün sanitar qovşagı.
Yarımfabrikatla işləyən yeməkxana otaqlarının tərkibinə daxildir: hazırlama və isti sex,mətbəx və yeməkxana qablarının yuyulma otagı, quru ərzaq və tərəvəzlərin saxlanma anbarı, yarımfabrikatlar üçün soyuducu kamera, qida blokunun işçiləri üçün məişət otaqları, tarayükləyici və taranın yuyulma sahəsi, qida qalıqları üçün soyuducu kamera.
Bufet – paylayıcı otaqların tərkibinə daxildir: yükləmə yeri, soyuducu şkaf və plitə ilə təchiz edilmiş yeməyin qızdırılması üçün otaq, avadanlıqlı paylayıcı yer, qabyuma yeri, yardımçı otaqlar, işçilər üçün məişət otaqları, taranın yuyulması üçün otaq.
Ümumtəhsil müəssisələrinin bufet və yeməkxanasında mütləq bir yerə 0,7 m2 hesabı ilə, şagirdləri 3 növbədə 100% qəbul edə bilən yemək zalı nəzərdə tutulmalıdır. Yeməkxanada 20 oturacaq yerinə 1 kran hesabı ilə əlüzyuyanlar quraşdırılır. Əlüzyuyanlar yeməkxana zalına gedən dəhlizdə, genişlənmiş keçiddə bə ya yemək zalının yanında ayrı otaqda yerləşdirilir.
Kənd ümumtəhsil müəssisələrində (orta, natamam orta) qidalanmanın təşkilinə olan tələblər şəhər məktəblərində oldugu kimidir. Az sinifli ümumtəhsil müəssisələrində (50 nəfərə qədər şagird) qida qəbulu üçün az avadanlıqlı: 2 gözlü elektrik plitəsi, elektrotitan su qızdırıcısı, soyuducu, qab yuma yeri olan- otaq ayrılır.