UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Məktəb binası ərazinin dərinliyində yerləşir. Qoruyucu zonanın eni (küçə ilə məktəb binasının ön tərəfi arasındakı məsafə) ən azı 15m olmalıdır. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq, otaqların təcrid edilməsi məktəbin planlaşdırılmasında vacib gigiyenik şərtdir.
İbtidai sinifləri birinci mərtəbədə, həyətyani sahəyə, inzibati və xidmətçi otaqlara yaxın, orta sinifləri pilləkənlərdən istifadə etməyi məhdudlaşdırmaq məqsədilə laboratoriyaların (zoologiya) və xidmətçi otaqların (məs. kitabxana, qida bloku və s.) yaxınlığında, böyük sinifləri isə yuxarı məktəblərdə yerləşdirmək məqsədəuyğundur. Məktəb binasını planlaşdırarkən seksiyaların kompaktlığı yoluxucu xəstəliklərin yayılmasının, əgər baş verərsə, bu xəstələrin və xəstəliklərin tezliklə təcrid və ləğv olunmasını təmin etməlidir. Bu tələblərə çavab verən ən səmərəli tip məktəb layihəsi, blok sistemli planlaşma sayılır.
Binanın hündürlüyü 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli (seysmik rayonlardan başqa) ümumtəhsil müəssisələri yerləşdirilə bilər. Ümumtəhsil müəssisələri əvvəl tikilmiş 4 və 5 mərtəbəli binada yerləşirsə, yuxarı mərtəbələrdə az istifadə olunan dərs kabinetləri yerləşdirilir. Kənd şəraitində 1-2 mərtəbəli məktəb binalarının tikilməsi məsləhət görülür. Binada müxtəlif yaşlı uşaq kollektivlərini maksimum bir –birindən ayırmaq, ayrı seksiyada yerləşdirmək mütləqdir. Gigiyenistlərin müşahidəsi göstərir ki, uşaqlar arasında ən çox xəstələnmə halları və dərs buraxma binanın müvafiq tutumundan çox şagird olduqda və ceksiyaların gigiyenik tövsiyələrə uyğun yerləşdirilməməsi zamanı qeyd olunur. İbtidai siniflərin ayrı yerləşdirilməsi, onların məşğələ rejimini diferrensiya etməyə imkan verir.
Bundan başqa, tədris seksiyalarının təcrid edilməsi müxtəlif yaşlı uşaqlar arasında kontaktı azaldır və infeksion xəstəliklərin yayılmasının qarşısını alır. I –ci pillənin şagirdləri onlar üçün nəzərdə tutulmuş blokda, hər sinfə təhkim olunmuş dərs otağında təhsil almalıdır. II – III –cü pillənin şagirlərinin təhsili fənn sinif–kabinetlərində təşkil olunur. Əsas fənnlər üzrə sinif - kabinetlərin sayı yuxarı siniflərin sayından asılıdır. Təbiiriyazi və humanitar fənnlər üçün kabinetlərin xüsusi seksiyalarda təşkili məqsədyönlüdür.
Fənnlərin aşağıdakı uyğunlaşdırılması ən əlverişli hesab olunur: kimya–biologiya, riyaziyyat–rəsmxəət, rəsmxəət–rəsm, tarix–coğrafiya, ədəbiyyat–xarici dil. Otaqların tərkibi, sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, fənlərin dərindən tədrisi üçün lazımi şəraitin yaradılmasını tələb edir. Tədris prosesi aparılan əsas otaqların səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur. Yeni ümumtəhsil müəssisələri ( lisey, gimnaziya, xüsusi məktəblər) ayrı binada və ya ayrı girişi olmaqla fəaliyyət göstərən məktəbin bazasında yerləşdirilə bilər.
Uyğunlaşdırılmış binada məktəbi yerləşdirərkən aşağıdakı otaqlar olmalıdır: sinif otaqları, idman zalı, yeməkxana və ya bufet, tibb məntəqəsi, inzibati–təssərrüfat otaqları, sanitariya qovşağı, rekreasiya və qarderob. Tədris otaqlarının layihəsində işçi zona (şagirdlərin partaları yerləşdirilir ), müəllimin iş zonası, əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğuliyyəti və aktiv fəaliyyəti üçün zonalar nəzərdə tutulmalıdır. Şagirdlərin işçi zonasının münasib ölçüləri onların görmə bucağından (yazı lövhəsindən partaların birinci yan sırasına qədər məsafə) asılıdır. Bu bucağın ölçüsü II-III pillənin şagirdləri üçün 35º- dən, 6-7 yaşlı məktəblilər üçün 45º- dən az olmamalıdır.
Məktəb binası layihələşdirilərkən tərkibində aşağıdakı otaqlar olmalıdır: a) tədris məşğələlərinin keçirilməsi üçün əsas otaqlar-siniflər, tədris kabinetləri, laboratoriyalar, əl əməyi otaqları, emalatxanalar və idman zalı; b) yardımçı otaqlar-rekreasiya zalları və koridorlar, qarderob, dəhliz, yeməkxana, akt zalı, ictimai təşkilat otağı, kitabxana, idman zalı nəzdində soyunacaq və duşxana, idman alətlərinin saxlandığı otaq, sanitariya qovşağı; c) inzibati xidmətçi otaqlar- məktəb müdiri və tədris hissə müdirinin kabinetləri, müəllimlər otağı, dəftərxana, həkim
otağı.
Əsas tədris otağı sinif otağıdır. Sinif otağının ölçüləri və konfiqurasiyanı müəyyən edərkən, şagirdlərin görmə qabiliyyətinin xüsusiyyətləri, orqanizmə tələb olunan hava miqdarı, bütün sinif avadanlığının rahat yerləşdirmək zəruriyyəti nəzəri alınır. Sinif otağının ən məqsədəuyğun forması, pəncərələri uzun tərəflərin birində yerləşmiş düzbucaqlıdır. Belə formada işıq şagirdlərin iş yerinin yan tərəfindən düşür və baxma bucağı normaya uyğun olur.
Otağı tərəflərinin ən məqsədəuyğunu 3: 4 nisbətidir; onun dərinliyi 6-6,3m, uzunluğu isə 8-8,4 m qəbul edilir. Son zaman memarlar tədris otaqlarının yeni konfiqurasiyasını-kvadrat və köndələn (dərinlik və uzunluğun əksmünasibəti) siniflər təklif edirlər.
Lakin gigyenik nöqteyi-nəzərcə sinif otağının belə konfiqurasiyası münasib deyil. Qəbul olunmuş normalarla əsasən sinifdə şagird sayı sinifin sahəsindən asılıdır, maksimal şagird sayı 24 nəfər olmalıdır. Dərslər siniflərdə üzbəüz formada keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m², qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5-3,0m² sahə ilə hesablanır. Sinif otağının hündürlüyü 3m-ə bərabərdir. Əgər bir saat ərzində şagirdə 12-20m3 həcmində hava tələb olunduğunu nəzərə alsaq, onda sinif otağında 3-4 dəfəlik hava mübadiləsini təmin etmək lazımdır.
Otağın hündürlüyü 3,5m və daha artıq olarsa, hava mübadiləsini azaltmaq şərtilə, nisbətən əlverişli mikroiqlim şəraiti yaratmaq mümkündür. Kənd yerlərində əhalinin demoqrafiya göstəricilərindən asılı olaraq sinif otaqlarının tutumu 12 nəfərə qədər azaldıla bilər. Sinif otaqlarının sahəsi şagirdlərin sayından asılı olaraq 28-48 m² olmaqla təşkil edilir. Müxtəlif fənnlərə görə ixtisaslaşdırılmış və kimya, fizika, biologiya fənnləri üzrə tədris, əyani təcrübələr, laborator işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan tədris kabinetlərinə olan gigiyenik tələblər eynilə qalır. Kimya, fizika, biologiya, kompüter sinfinin hər birinin 16m² sahəsi olan laborant otağı olmalıdır.
Laboratoriyalarda, xüsusən kimya laboratoriyasında əyani təcrübələr üçün sorucu şkafların qurulması vacibdir. İnformasiya və kompüter kabinetləri aşağıdakı tələblərə cavab verməlidir. Bütün tədris otaqları kimi o, da zirzəmi və kürsü mərtəbədə yerləşdirilmir. Elektron – şüa borü əsaslı displeylə təchizat zamanı 1işçi yerə 6 m²- dən, mayekristal və ya plazma displeylərin istifadəsi zamanı 4,5m²- dənaz olmayaraq sahə ayrilir ( otağın sahəsi 24 m² dən az olmamalı). Yeni tikilən və rekonstruksiya edilən binalarda hündürlük 4m–dən az olmamalıdır.Tədris otağına girişdə, portfel və çantaların saxlanması üçün şkaf və ya rəflər quraşdırılır.
Laborant otağının sinif və pilləkən meydançası və ya rekreasiya zalı tərəfdən iki çıxışı olmalı və sahəsi 18 m²- dən az olmamalıdır. İnformasiya kabineti isidici sistem və gətərici- sorucu ventilyasiya ilə təmin olunmalıdır. Hava dəyişmənin sayı texnikadan, insandan, günəş şüasından və süni işıqdan ayrılan istiliyə görə təyin olunur. İnformasiya və kompüter kabinetləri səs küy və vibrasiya çox olan otarlarla (emalatxana, idman zalı və s.) sərhəddə yerləşməməlidir. Politexniki təlimi təmin etmək üçün məktəblərdə dülgərlik və çilingərlik üzrə texnologiya emalatxanaları (əmək kabineti), ibtidai sinif şagirdləri üçün əl əməyi otaqları nəzərdə tutulur. Emalatxanalarda görülən işlər üçün əlverişli şəraitin yaradılması, düzgün işçi pozanın saxlanması, iri avadanlıqların yerləşdirilməsi və travmaların profilaktikası otaqların geniş olmasını tələb edir. Buranın bir işçi yerinə 6,0 m² -dən az olmayaraq sahəsi olmalıdır (15 nəfər şagird hesabı ilə).
Emalatxananın nəzdində aşağıdakı yardımçı otaqlar mütləqdir: usta otağı, materialların və hazır məhsulun saxlanması üçün sahəsi 16 m² olan otaq (3 və çox paralel siniflər üçün 24-32 m²), tədris–təcrübə zonasında işçi alətlərin və otaqların təmizlik alətlərinin saxlanma otağı (12-16 m²). Sinifdən, tədris kabineti və laboratoriyalardan uzaq dülgərlik, metal və taxta emalı üzrə konbinə olunmuş emalatxanaların bilavasitə xaricə çıxışı olmalıdır. İdman zalı birinci mərtəbədə və ya ayrı tikilmiş binada yerləşdirilir. Onun sahəsi şagirdlərin fiziki tərbiyə proqramının və dərsdənkənar idman məşğələlərinin təşkilinə müvafiq olmalıdır. Bu məşğələlər zamanı mexaniki effektli fəaliyyət həyata keçirilir, yüksək kalori itirilir və orqanizmin oksigenə olan tələbatı artir. İdman zallarının sayı və ölçüsü məşğul olan paralellərin sayından asılı olaraq təyin olunur. Zalda hər şagirdə düşən sahə 4m2, hava həcmi isə 18-20m3-dən az olmamalıdır.
Bir saat ərzində zalın havası 3 dəfə dəyişilərsə, onun kimyəvi tərkibinin əlverişli olması təmin edilir. 320- 640 yerli məktəbin nəzdində hündürlüyü 5,5m, sahəsi 162m2 (9x18), böyük tutumlu məktəblərdə (20- 30 sinif) hündürlüyü 6m, sahəsi 288m2 (12x24m) zal olmalıdır. Tutumu çox olam məktəblərdə, 3 və çox paralel olduqda 12 x 24m ölçülü iki zal, paralellər 4 və çox olduqda 18 x30m ölçülü əlavə zal planlaşdırılır. Kiçik zallar (144m2) ibtidai siniflərin məşğələləri üçün istifadə olunur. Ümumtəhsil məktəblərində idman zallarının ümumi sahəsi 1 şagirdə 0,9 m2 az olmamalıdır. İdman zalının sahəsindən asılı olaraq onun nəzdində sahəsi 16-32 m2 olan alət otağı, müəllim otağı ( 9 m2), hər birinin sahəsi 10,5 m2 olan oğlan və qızlar üçün soyunacaq otağı nəzərdə tutulmalıdır. Soyunacaq otaqlarında duşxana (9 m2) və ayaqyolu (8 m2) layihələşdirilir. Tədris–idman otaqlarına giriş sinif otaqları blokundan olmamalıdır.
Soyunacaq otaqlarından zala giriş bilavasitə və ya xüsusi dəhlizlə olmalıdır. Zalda pəncərələrin, işıqlandırıcı və isidici qurğuların mühafizəsi üçün, üzərinin torla (barmaqlıqlarla) örtülməsi nəzərdə tutulmalıdır. Yeni təhsil müəssisələrinin təyinatından asılı olaraq, fənlərin geniş məzmunu və dərindən öyrənilməsinə yönəldilmiş (müxtəlif fənlərin dərindən öyrənilməsi, gimnaziya, lisey) ümumtəhsil müəssisələrinin tikintisi zamanı şagirdlərdə şəxsiyyətin hərtərəfli inkişafı üçün, ölçüsü 12x12 m olan studiya, həmçinin rəssamlıq və incəsənət şöbələri – xoreoqrafiya, mahnı və musiqi sinfi (70-108 m2), yarımekranlı estetika kabineti, təsviri incəsənət üçün dərnək otaqları nəzərdə tutulur. Texniki profilli müəssisələrdə texniki yaradıcılıq üçün sahəsi 108 m2 (90+18) universal otaq nəzərdə tutulmalıdır.
Təsviri- rəssamlıq kabinetində sulu, yaglı boyalarla canlı təsvir və şəkillər üçün zona olmalıdır. Müxtəlif növ canlı təsvir zamanı işçi pozadan asılı olaraq (akvarellə təsvir və şəkil –oturaq, yaglı boya ilə təsvir-ayaqüstə) bir işçi yerinin sahəsi yaglı boya ilə təsvirdə 3,5 m2, akvarellə təsvirdə 2,0 m2 təşkil etməlidir. Həmçinin, fənləri dərindən öyrənən məktəblərdə mühazirə auditoriyası nəzərdə tutulur. Onun tutumu 1 yerə 1m² sahə hesabı ilə, 3sinifdən çox olmayan yaş paralellərini tədrisi i üçün təyin olunur.
Binada rekreasiya otaqlarını 1 şagird yerinə 0,6- 0,75m2 hesabı ilə planlaşdırmaq məqsədəuyğundnr. Dərs kabineti və laboratoriyaların bir tərəfli yerləşməsində rekreasiya otaqlarının eni koridor tərzində 2,8m- dən az, onların iki tərəfli yerləşməsində 4m-dən az olmamalıdır. Rekreasiya zallarına eyni yaş qrupu 3-6 sinif otağı ( 4-dən çox olmayaraq yaxşıdır) açılır. Akt zalının ölçüsü bir yerə 0,65m² olmaqla, oturaq yerlərinin sayı müəssisədə təhsilalan şagirdlərin ümumi sayının 60% ilə müəyyən olunur. Tutumu 180 şagird yerə qədər olan ümumi təhsil müəssisələrində akt və idman zallarının birləşdirilməsinə yol verilir.
Akt zalının nəzdində musiqi alətləri üçün anbar (10 m²), paltar və kostyumların saxlanma otağı (10 m²), kinoproyeksiya otağı (27 m²), ayaqyolu (hər birinin sahəsi 10 m²- dən az olmamalı) olmalıdır. Kitabxananın tipi ümumtəhsil müəssisələrinin tipindən və onun tutumundan asılıdır. Yeni tip lisey, gimnaziya və bəzi fənnləri dərindən öyrənən müəssisələrdə kitabxananı şagirdlərin fərdi məşgələsini təmin edən yenn növ texniki tədris vasitələri (TTB) ilə təchiz olunmuş informasiya-arayış mərkəzi kimi istifadə edilməlidir. Kitabxananın – informasiya mərkəzinin sahəsini bir şagirdə ən azı 0,6m2 hesabı ilə qəbul edilir. Kitabxanada aşagıdakı zonalar nəzərdə tutulur: oxucu yeri, informasiya məntəqəsi (ədəbiyyatın verilməsi və qəbulu), katoloqla iş yeri, açıq və gizli saxlanma fondu, TTB – ilə fərdi məşgələ üçün zona və hərəkətli arabalar üçün boks.