UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Bədən tərbiyəsi - idman zonası sahənin dərinliyində, məktəb binasından ən azı 25 m. məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir. İdman zonasının ölçüləri torpaq sahəsindən asılı olaraq müəyyən edilir. İdman zonasının tərkibinə aşağıdakı meydançalar daxildir: ətrafında qaçış yolu olan məktəb stadionu, futbol və əl topu üçün konbinə olunmuş və hündürlüyə, uzununa tullanmaq üçün sahəsi 4200 m² olan iki sektorlu meydança, idman oyunları meydançaları (voleybol- 162 m², basketbol- 364 m² ), yüngül atletika, gimnastika ( 1-4 və 5-11 siniflər üçün hər birinin sahəsi 200 m²) meydançası. İdman meydançalarının uzunluq oxlarının şimal-cənub istiqamətində səmtləşdirmək tövsiyyə olunur. Belə səmtləşdirmə topla oyun zamanı günəş şüalarının qıcıqlandırıcı təsirindən gözü qoruyur.
Bədən tərbiyəsi - idman və ilkin hərbi hazırlıq zonasının binanın dərs otaqlarının pəncərələri tərəfdə yerləşdirməyə yol verilmir. Topla oyun və atılma idman alətləri üçünmeydança binanın pəncərələrindən ən azı 25 m, 3m hündürlükdə mühafizəsi olarsa 15m, konbina olunmuş voleybol və basketbol meydançası 10m məsafadə yerləşdirilir. İdman - oyun meydançalarının bərk, futbol stadionunun ot örtüyü olmalıdır. Sintetik və polimer örtüklər uşaqların sağlamlığı üçün təhlükəsiz, soyuğa davamlı olmalı və suyu özündə saxlamamalıdır.
İstirahət zonası hərəkətli oyun və istirahətin təşkili üçün nəzərdə tutulur. Bura 1-2- ci, 3-4-cü, 5-8-ci və yuxarı siniflər üçün ayrılmış hərəkətli oyun meydançaları (hər biri üçün 1-ci sinif 00m²; 2-4 sinif 300 m², 5-9 sinif 125 m²), həmçinin də sakit istirahət (hər biri 5-9 sinif 100m²) meydançası daxildir. Təsərrüfat və idman zonasından uzaq yerləşdirilir, yaşıllıqlarla əhatə edilir. Hərəkətli oyun meydançaları müvafiq sinif otaqlarına yaxın yerləşdirilir. Ümumtəhsil məktəblərində məktəbəqədər təhsil proqramıni yerinə yetirən qrup olduqda ərazidə müvafiq yaşa uyğun avadanlıqlarla təchiz edilmiş oyun zonası ayrılır.
Təssərüfat zonasında yerli şəraitdən asılı olaraq saray, tərəvəz anbarı, qaraj, təsərrüfat tikililəri və zibilxana yerləşir. Təssərüfat zonası məktəb binasından 35m məsafədə, yeməkxananın istehsal otaqlarına, tədris təçrübə zonasına yaxın yerləşdirilir və xüsusi girişi olmalıdır. Zibilxana ilə məktəb binasının qapı və pəncərələri və qida blokunun girişi arasındakı məsafə 25m-dən az olmamalıdır. Torpaq sahəsinin xeyli hissəsi (40-50%) yaşıllıqlar üçün ayrılır.
Bura tədris - təcrübə və istirahət zonasının yaşıllığı, ərazinin perimetri boyunca yaşıl müdafiə zolağı, dekorativ ağaclar, kollar, ot örtüyü, güllər və bədən tərbiyə meydançasının ot ortüyü daxildir. Ərazinin sərhədi boyunca yaşıllığın eni 1,5m - dən, küçə tərəfdən isə 6m-dən az olmamalıdır. Ağaclar binadan 10m, kollar isə 5m aralı əkilməlidir.Yaşıllıq üçün zəhərli meyvələri olan ağac və kolların, idman və istirahət zonasının ətrafında tikanlı kolların, idman zonası ətrafında bar ağaclarının əkilməsinə yol verilmir. Külək və tozdan müdafiə xüsusiyyətlərilə bərabər yaşıl maniələr səsküyün yayılmasını azaldır.
Təcrübə göstərir ki, binanın istismarı zamanı tənəffüslərdə şagirdlərin fəal istirahəti üçün həyətdən istifadə olunmur. Bunun bir neçə səbəbi ola bilər: sahənin abadlaşdırılması zamanı ərazidə idman avadanlıqları quraşdırılmır və ərazi asfaltlanır; funksional zonaların yenidən bölgüsü aparılır, canlı çəpər götürülür və ərazi başqa tikililər üçün istifadə olunur; müəllimlər böyük tənəffüslərin, hazırlıq və ibtidai siniflərin bəzi dərslərinin xüsusi meydancada təşkilinə etinasızlıq göstərir. Uşaqların ayaqqabısının və sinif otağının çirklənməsinin qarşısını almaq üçün bəzi hallarda qapı bağlanır, sinif otaqları ilə ərazinin funksional əlaqəsi qırılır. Ona görə də sanitar həkim məktəbin tikintisi zamanı xəbərdaredici və istismarı zamanı cari sanitariya nəzarətinin həyata keçirilməsinə böyük tələbkarlıq göstərməlidir.