UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Ümumtəhsil məktəblərinin planlaşdırılmasının gigiyenik əsasları

Ümumtəhsil məktəbləri ən kütləvi təlim tərbiyə müəssisəsinə aiddir. Uşaqlar, 9 və ya 11 il gün ərzində 4-dən 10 saata qədər məktəbdə qalırlar. Məktəb, uşaqlara nəinki tədris olunan fənnin məzmununu və tədris üsulunu başa salır, həmçinin məktəbin bütün daxili həyatını səmərəli təşkil etməklə onların təhsili və tərbiyəsilə məşğul olur. Uşağın sağlamlıq vəziyyəti və inkişafı, təhsil prosesində dinamikada əqli iş qabiliyyətinin dəyişməsi məktəb binasının keyfiyyəti, otaq yığımının sanitar gigiyenik norma və qaydalara müvafiqliyi, onun planlaşdırılması və təchizatı ilə qırılmaz sürətdə əlaqədardır.

Uzun müddət sanitar gigiyenik tələblərə cavab verməyən məktəb şəraitində qalma, uşağın plastik və dəyişkən orqanizmində dərin pozğunluqlara səbəb ola bilər. Uşaq və yeniyetmə müəssisələrinin layihəsi, tikintisi, rekonstruksiyasi və istismarı Azərbaycan Respublikasının Nazirlər Kabineti 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş: “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” əsasında həyata keçirilir. Məktəblərin tutumunun artırılması xəstəliklərin artmasına, yüksək səs – küyə, yaşlar üzrə təcridin çətinləşməsinə səbəb olur. Böyük tutumlu məktəblərdə (1800 və çox şagird ) kəskin xəstəliklər (2 dəfə), vegetativ- damar distoniyası və baş ağri şikayətləri (2-3 dəfə ) yüksəkdir.

Layihə normalarına əməl olunmadıqda, sinif otaqlarının sahəsi və hündürlüyünün az olması, uşaqların sayının çox olması və ventilyasiyasının qeyri səmərəli təşkili otaq havasında toksik mübadilə məhsullarının yol verilən konsentrasiyadan bir neçə dəfə çox olmasına səbəb olur. Müasir şəhər ümumtəhsil müəssisələrinin optimal tutumu 1000 şagird sayinı ötməməlidir(hər sinifdə 24 nəfər). Kənd məktəbinin tutumu az yerli ibtidai məktəb 80 şagird; I, II
pillə üçün 250şagird, I, II, III pillə 500 şagirddən çox olmamalıdır.

Ümumtəhsil məktəbləri layihələşdirildikdə və inşa olunduqda əsas gigiyenik prinsipləri nəzərə almaq lazımdır:

1. Tədris prosesinin və politexnik təlimin keçirilməsi üçün əlverişli şərait yaradılmalıdır. Məktəb binası həm ölçüləri, həm də təchizatı cəhətcə gigiyenik tələblərə cavab verən əsas otaqlarla ( sinif otaqları, müxtəlif fənn kabinetləri, emalatxanalar) təmin olunmalıdır. yaşlı uşaqların təlim tərbiyəsi üçün otaqlar ayrı blokda yerləşdirilməli, onlar üçün lazımı şərait yaradılmalıdır. Müxtəlif yaş uşaq qrupları bir –birindən maksimum ayrılmalıdır.Tədris-təcrübə sahəsinin ( bağ və bağça ) yaradılması nəzərdə tutulmalıdır.
2. Məktəb tutumundan asılı olaraq uşaqların hərtərəfli, tədris və tədrisdən kənar fiziki tərbiyəsi üçün avadanlıqlarla təchiz edilmiş idman meydançası, idman zalı üçün sahə ayrılmalıdır.
3. Uşaqların istirahəti üçün əlverişli şərait yaradılmalıdır. Bu məqsədlə məktəb binasında istirahət otaqları (rekreasiya zalları ), həyətyanı sahədə müxtəlif yaşlı uşaqlar üçün oyun meydançaları, günüuzadılmış qruplar üçün xüsusı otaqlar nəzərdə tutulur.
4. Tam qiymətli təbii və süni işıqlanma ilə təmin olunmalıdır. Əlverişli işıqlanma pəncərələrin hündürlüyündən, ölçüsündən , yerləşdirilməsindən, lampaların sayı və gücundən, binanın düsgün səmtləşdirilməsindən asılıdır.
5. Ən münasib hava-istilik rejimi yaradılmalı,ventilyasiyya və isidici sistem otaqda fəaliyyətin xarakterindən asılı olaraq düzgün seçilməlidir.
6. Uşaqların qidalanması üçün şərait yaradılmalıdır. Otaqların ölçüsü və avadanlıqları normativ tələblərə müvafiq olmalıdır.

Ümumtəhsil müəssisələrin torpaq sahəsi yaşayış tikinti zonasında sənaye müəssisələrdən, qarajlardan, maqistral yol, maşın dayanacağı, metropoliten, hava nəqliyyatının enmə və qalxma yolundan və s. sanitariya–müdafiə zonalarına əməl etməklə yerləşdirilir. Təhsil müəssisəsinin ərazisindən şəhər (kənd) təyinatlı magistral mühəndis kommunikasiyaları (su, kanalizasiya, istilik təchizatı, hava və yeraltı elektrik xətləri) keçməməlidir. Yeni tikilən ümumtəhsil məktəb binaları yaşayış mikrorayonlarının məhəllədaxili ərazisində yerləşdirilir, onun avtomobil hərəkəti çox olan məhəlləarası keçiddə yerləşdirilməsinə yol verilmir, bina magistral yollardan və məhəllələrarası keçidlərdən 100-170 m məsafədə yerləşdirilir.

Evdən ümumtəhsil müəssisəsinə qədər olan xidmət radiusu I, II, III pillənin şagirdləri üçün piyada yol 0,3 - 0,5 km- dən çox, nəqliyyat yolu I pillədə təhsil alanlarda 15 dəq. (bir tərəfə), II bə III pillədə təhsil alanlarda 30 dəq-dən çox olmamalıdır. Kənd yerlərində ümumtəhsil müəssisəsinin xidmət radiusu piyada yol üçün I pillədə 2 km- dən və nəqliyyat yolu üçün 15 dəq (bir tərəfə) çox olmaması qabaqcadan nəzərə alınmalıdır. III təhsil pilləsində piyada yolun radiusu 4 km- dən, nəqliyyat xidməti isə – 30 dəq- dən artıq olmamalıdır. II və III pillədə təhsil alanlar üçün son icazə verilən xidmət radiusu15 km- dən çox olmamalıdır. Kənd yerlərində 1 km - dən uzaq məsafədə yaşayan şagirdlərə avtonəqliyyat xidməti göstərilməlidir. Şagirdlərin gətirilməsi nəzərdə tutulan nəqliyyatla həyata keçirilir. Şagirdlərin yıgılması üçün dayanacaga qədər olan məsafə (piyada) 500 m- dən çox olmamalıdır.

Avtobus dayanacagının bərk yer örtüyü olmalı, 3 tərəfdən mühafizə edilməklə, kölgəliklərlə təchiz olunmalıdır. Nəqliyyat xidmətinin yol verilən həddən uzaq məsafədə yaşayanlar üçün, həmçinin qeyri əlverişli hava şəraiti dövründə nəqliyyat çətinliyi zamanı müəssisənin ümumi tutumunun 10% - i hesabı ilə məktəbdə internat nəzərdə tutulmalıdır. Ümumtəhsil müəssisələrinin binasından qırmızı xəttə qədər məsafə 25 m-dən, ərazinin sərhəddindən yaşayış binasının divarına qədər 10m–dən az olmayaraq nəzərdə tutulur. Tikililərin yüksək sıxlığı şəraitində məktəbin binası yaşayış və içtimai binlardan 50m-dən az olmayaraq məsafədə yerləşdirilməlidir. Uşaqların məktəbə yaxınlaşan yolu mağistral küçəni kəsməməlidir.

Ümumtəhsil müəssisələrinin torpaq sahəsinin ölçüləri, yerləşməsi və funksional zonalara bölünməsi, məktəbin çox funksiyalılığı və sağlamlaşdırıcı rolu ilə müəyyən olunur. Sökülmüş məktəb binasının yerində yeni məktəb binası tikildikdə, məktəbin mövcud torpaq sahəsinin ölçüləri saxlanıla bilər. Müəssisəsinin şagird tutumundan asılı olaraq sahəsi aşağıdakı kimi müəyyənləşdirilməlidir:
● 40-dan 400-dək hər bir şagird üçün 50 m²;
● 400-dən 500-dək hər bir şagird üçün 60 m²;
● 500-dən 600-dək hər bir şagird üçün 50 m²;
● 600-dən 800-dək hər bir şagird üçün 40 m²;
● 800-dən 1100-dək hər bir şagird üçün 33 m²;
●1100-dən 1500-dək hər bir şagird üçün 21 m²;
● 1500-dən 2000-dək hər bir şagird üçün 17 m²;
● 2000-dən çox hər bir şagird üçün 16 m².

Məktəbyanı ərazinin fuksional zonalara bölünməsinin çox böyük əhəmiyyəti var. Zonaların məktəb binası ilə əlaqəsi və müxtəlif funksional zonaların qarşılıqlı düzgün yerləşdirilməsi sanitar –gigiyenik cəhətdən müəyyən olunmalıdır. Ərazinin aşağıdakı funksional zonalara bölünməsi məqsədyönlü hesab olunur: tədris-təcrübə, idman, istirahət və təsərrüfat . Tədris-təcrübə zonası əyani üsulla tədrisi təmin edir. Tədris təcrübə zonası ümumi torpaq
sahəsinin 25% -dən çox olmayan hissəsini təşkil etməlidir.

Şəhər məktəblərində zoologiya, cografiya, metrologiya, biologiya və kimya kabinetləri kompleksi ilə əlaqədar tikilmiş povilyonların, oranjeriyaların, istixanaların hesabına zonanın ölçüləri azaıdılmamalıdır. Metrologiya və coğrafiya meydançası binanın 2,5 hündürlüyü aralı yerləşməlidir. Kənd yerlərində təcrübi aqrobioloji sahələrin təşkilinə xüsusi əhəmiyyət verilir, burada kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına sahə genişləndirilə bilər.