MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Qida blokunun işçi heyəti tərəfindən şəxsi gigiyena qaydalarına riayət edilməsinə dair tələblər (Hüquqi tələblər))

2.5.1. Qida blokunda tibbi müayinələrdən keçmiş və gigiyenik cəhətdən hazırlıqlı olan şəxslərin işləməsinə yol verilir.

2.5.2. İşçilərin tibbi müayinədən keçmələrinə nəzarət müəssisənin tibb işçisi tərəfindən aparılır. Hər bir işçi üçün tibbi müayinələrin nəticələri, keçirilmiş yoluxucu xəstəliklər və sanitariya minimumu üzrə imtahan verilməsi haqqında məlumatlar qeyd edilmiş şəxsi tibbi kitabça açılır.

2.5.3. Qida blokunun işçi heyəti şəxsi gigiyenaya dair aşağıdakı qaydalara riayət etməlidir:

2.5.3.1. işə təmiz geyimdə və ayaqqabıda gəlməli;

2.5.3.2. üst geyimini, papağını və şəxsi əşyalarını qarderobda saxlamalı;

2.5.3.3. dırnaqlarını qısa saxlamalı;

2.5.3.4. işə başlamazdan əvvəl əllərini sabunla yumalı, xüsusi ayrılmış yerdə təmiz sanitar geyim geyinməli, ayaqyolundan istifadə etdikdən sonra əllərini dezinfeksiyaedici sabunla yumalı;

2.5.3.5. soyuqdəymə və ya bağırsaq pozuntusu, eləcə də irinləmə, kəsik və yanıq hallarının əlamətləri olması barədə müəssisə rəhbərliyinə xəbər verməli və müalicə üçün tibb müəssisəsinə müraciət etməli;

2.5.3.6. ailəsində bağırsaq infeksiyalarına yoluxma halları baş verdikdə, müəssisə rəhbərliyinə dərhal məlumat verməlidir.

2.5.4. Xörək, kulinar və şirniyyat məmulatlarının hazırlanması zamanı qida blokunun əməkdaşlarına zərgərlik məmulatlarını taxmağa, dırnağa lak çəkməyə və paltara sancaq vurmağa icazə verilmir. Siqaret çəkilməsinə bunun üçün ayrılmış xüsusi yerdə və ya otaqda icazə verilir.

2.5.5. Hər gün növbəyə başlamazdan əvvəl tibb işçisi bütün əməkdaşların bədənindəki açıq səthlərdə irinli xəstəliklərin və yaraların olub-olmamasını yoxlayır. İrinli dəri xəstəliyi, irinli kəsiklər, yanıqlar, cızıqlar və eləcə də yuxarı tənəffüs yollarının katarı müşahidə edilən şəxslər işə buraxılmır və ya başqa işə keçirilirlər. Müayinələrin nəticələri xüsusi formada tərtib edilmiş jurnalda qeyd olunur. Qida blokunda ilk tibbi yardımın göstərilməsi üçün dərman preparatları dəsti olan dərman qutusu olmalıdır.