MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Ümumtəhsil müəssisəsinin torpaq sahəsinə dair tələblər (Hüquqi normalar)

2.2.1. Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi müəssisənin binasından qırmızı xəttə qədər məsafə 25 m-dən az olmayaraq nəzərdə tutulur.

2.2.2. Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, ərazi planlaşdırılması sənədlərinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir: 

Sökülmüş məktəb binasının yerində yeni məktəb binası tikildikdə, məktəbin mövcud torpaq sahəsinin ölçüləri saxlanıla bilər. Tikililərin yüksək sıxlıq şəraiti olan yaşayış məntəqələrində və mürəkkəb relyefli ərazidə məktəblərin torpaq sahələrinin ölçülərinin azaldılmasına Gigiyena və Epidemiologiya Mərkəzinin və Elm və Təhsil Nazirliyinin rəyi olduqda yol verilir.

2.2.2.1. 40-dan 400-dək hər bir şagird üçün 50 m 2 ;

2.2.2.2. 400-dən 500-dək hər bir şagird üçün 60 m 2 ;

2.2.2.3. 500-dən 600-dək hər bir şagird üçün 50 m 2 ;

2.2.2.4. 600-dən 800-dək hər bir şagird üçün 40 m 2 ;

2.2.2.5. 800-dən 1100-dək hər bir şagird üçün 33 m 2 ;

2.2.2.6. 1100-dən 1500-dək hər bir şagird üçün 21 m 2 ;

2.2.2.7. 1500-dən 2000-dək hər bir şagird üçün 17 m 2 ;

2.2.2.8. 2000-dən çox hər bir şagird üçün 16 m 2 .

2.2.3. Ayrılmış sahənin ən azı 40 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.

2.2.4. Ümumi təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır.

2.2.5. Tədris-təcrübə zonası ümumi sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriyalar planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər.

2.2.6. Bədən tərbiyəsi və idman zonasının meydançaları binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir.

2.2.7. İstirahət zonası təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur.

2.2.8. Təsərrüfat zonasına küçədən sərbəst giriş nəzərdə tutulur.

2.2.9. Layihələndirilən ümumi təhsil müəssisəsinin ərazisi yerin səthində 10 lx-ə bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.

2.2.10. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.

2.2.11. Məktəblərin tutduqları torpaq sahəsinin ərazisi perimetri boyu hasarlanmalıdır, o cümlədən:

- mikrorayon (məhəllə) daxilində olan torpaq sahələri hündürlüyü 1,2 m-dən az olmayan yaşıllıqlarla;

- küçə və keçidlərlə bitişik olan torpaq sahələri hündürlüyü 1,5 m-dən az olmayan metal tor (məftil) hasarla. Bu halda metal tor hasar korroziyayadavamlı örtüyə malik olmalıdır.