MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
2.3.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 24 nəfər və sahəsi 36- 42 m 2 olmaqla təşkil edilir.
Kənd yerlərində əhalinin demoqrafiya göstəricilərindən asılı olaraq sinif otaqlarının tutumu 12 nəfərə qədər azaldıla bilər. Sinif otaqlarının sahəsi şagirdlərin sayından asılı olaraq 28- 48 m 2 olmaqla təşkil edilir.
2.3.2. Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.
2.3.3. Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.
2.3.4. Otaqların tərkibi və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur.
2.3.5. Tutumu 108-300 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya və 1 fizika laboratoriya otağı, 300-dən 640 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulmalıdır. Laboratoriya otağının sahəsi sinifdəki şagirdlərin sayından asılı olaraq 36- 60 m 2 olmaqla nəzərdə tutulmalıdır.
2.3.6. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 60 m2-dən çox olmamaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur.
2.3.7. Ümumi təhsil müəssisələrində şagird sayından asılı olaraq, hər birinin sahəsi 10- 18 m 2 olan texniki və tibb otaqları nəzərdə tutulmalıdır. Tibb otaqlarının sayı və texnoloji avadanlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.
2.3.8. Ümumi təhsil müəssisəsinin tutumundan asılı olaraq, məktəb direktorunun otağının sahəsi qəbul otağı ilə birlikdə 24- 54 m 2 (o cümlədən ibtidai məktəblərdə 24- 30 m 2 , ümumi orta məktəblərdə 30- 36 m 2 , tam orta məktəblərdə 36- 54 m 2 ), direktor müavinlərinin otaqlarının sahəsi 10- 18 m 2 , müəllimlər otağının sahəsi isə 24- 60 m 2 (o cümlədən ibtidai məktəblərdə 24- 30 m 2 , ümumi orta məktəblərdə 30- 40 m 2 , tam orta məktəblərdə 40- 60 m 2 ) arasında nəzərdə tutulmalıdır.
2.3.9. Ümumi təhsil müəssisələrində otaqlar dəhlizə nisbətdə birtərəfli yerləşdirildikdə, dəhlizin eni məktəbin tutumundan asılı olaraq 2,8- 3,6 m , ikitərəfli olduqda isə yanğın normaları nəzərə alınmaqla ən azı 4,0 m qəbul edilməlidir.
2.3.10. Ümumi təhsil müəssisələrində idman zalı istisna olmaqla, birinci mərtəbədə olan sahələrin altında tavana qədər hündürlüyü 1,6 m olan və tamamlama işləri aparılmayan texniki döşəməaltı nəzərdə tutulmalıdır. Bəzi dağ rayonlarının kənd ümumtəhsil məktəblərində torpaq sahəsinin relyefindən asılı olaraq, zirzəmi planlaşdırıla bilər.
2.3.11. Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur.
2.3.12. Dərslər siniflərdə üzbəüz formasında keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0- 2,5 m 2 , qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5- 3,0 m2 sahə ilə hesablanır.
2.3.13. Şagirdlərin işçi zonasının münasib ölçüləri onların görmə bucağından (yazı taxtasından partaların birinci yan sırasına qədər məsafədən) asılıdır. Bu ölçü yuxarı sinif şagirdləri üçün 350 bucaq təşkil etdiyi halda, 6-7 yaşlı məktəblilər üçün 450 dərəcəli bucaqdan çox götürülür.
2.3.14. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin (gimnaziyalar, liseylər və s.) layihələndirilməsi zamanı şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafı üçün otaqların 12 m x 12 m ölçüdə studiyalar (universal zallar) kimi, eləcə də bu tipli təhsil müəssisəsinin təyinatından asılı olaraq, yardımçı otaqların estetik tərbiyə və təsviri incəsənət otağı kimi, poliekranlı estetika kabinetinin və təsviri incəsənət və xoreoqrafiya üzrə dərnək otaqlarının isə oxu və musiqi otaqları (70- 108 m 2 ) kimi istifadəsi nəzərdə tutula bilər.
2.3.15. Texnikiyönlü ümumi təhsil müəssisələrində texniki yaradıcılıq üçün sahəsi 108 m 2 olan universal otaq nəzərdə tutulur.
2.3.16. Bədii-tədris kabinetləri sulu və ya yağlı boyalarla işləmək üçün rəssamlıq zonalarına malik olmalıdır. Layihə tərtib edilərkən incəsənətyönlü lisey və gimnaziyalarda rəssamlığın müxtəlif növləri ilə iş zamanı, pozadan asılı olaraq (oturaq vəziyyətdə sulu boya ilə rəssamlıq, ayaq üstə isə yağlı boya ilə rəssamlıq), yağlı boyalarla rəssamlıq üçün bir iş yerinə 3,5 m 2 , sulu boya ilə rəssamlıq üçün isə 2 m 2 sahə nəzərdə tutulur.
2.3.17. İbtidai məktəblər üçün idman zalı kimi sahəsi 60- 80 m 2 və hündürlüyü 4 m olan gimnastika zalı nəzərdə tutulmalıdır. İdman zallarının planda ölçüləri ümumi orta məktəblərdə 9 m x 18 m , 300 şagird yerliyə qədər tam orta məktəblərdə 12 m x 24 m və daha yuxarı tutumu olan tam orta məktəblərdə isə 18 m x 30 m qəbul edilir.
2.3.18. Akt zalı tədris müəssisələrinin ayrılmaz hissəsi olaraq ölçüləri bir yerə 0,65 m 2 hesablanmaqla, oturaq yerlərinin sayı müəssisədə təhsil alan şagirdlərin ümumi sayının 60 faizi ilə müəyyən olunur. Tutumu 180 şagird yerə qədər olan ümumi təhsil müəssisələrində akt və idman zallarının birləşdirilməsinə yol verilir.
2.3.19. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsi məqsədi ilə layihələndirilən gimnaziya və liseylərdə mühazirə üçün xüsusi otaqlar nəzərdə tutulur. Bu otaqların ölçüləri orada üç sinif yerləşdirilməklə və hər bir yerə 1 m 2 hesablanmaqla, şagirdlər arasında yaş paraleli üzrə müəyyən olunur.
2.3.20. Kitabxanaların növü ümumi təhsil müəssisəsinin təyinatından və tutumundan asılıdır. Gimnaziyalarda və liseylərdə olan kitabxana və oxu zallarında şagirdlərin fərdi məşğələləri üçün zəruri şəraiti olan və tədris vasitələrinin bütün növləri ilə təchiz edilmiş məlumat-informasiya mərkəzi nəzərdə tutulur. Kitabxananın (informasiya mərkəzinin) sahəsi bir şagirdə 0,3 m 2 hesablanmaqla müəyyən edilməlidir.
2.3.21. Ümumi təhsil müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m2-dən az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir.
2.3.22. Laboratoriyalarda, tibb kabinetində və müəllimlər otağında əlüzyuyanlar quraşdırılır.
2.3.23. Şagirdlərin sayından asılı olaraq, ümumi təhsil müəssisələrində xammal və ya yarımfabrikatlarla işləyən bufet nəzərdə tutulur. Xammalla işləyən bufetdə soyuq qəlyanaltılar sahəsi, qab-qacağın yuyulması sahəsi, ət və xüsusilə tez xarab olan məhsulların saxlanılması üçün soyuducu, oturmaq üçün masa və stullar nəzərdə tutulur.
2.3.24. Ümumi təhsil müəssisələrində bufetlərin nəzdində şagirdlərin ümumi sayının 1/3 hissəsinin yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə 0,7 m 2 hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur. Yemək zalına aparan keçiddə, dəhlizdə və ya zalın bilavasitə yaxınlığında əlüzyuyanlar yerləşdirilir. [29]
2.3.25. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş ölçülərinə riayət olunur:
2.3.25.1. iki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;
2.3.25.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;
2.3.25.3. masaların cərgələri ilə daxili uzununa divar (arakəsmə) arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;
2.3.25.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;
2.3.25.5. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 760 sm;
2.3.25.6. orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasını görmə bucağı uzunluğu 3 m olan və yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350, 6-7 yaşlı uşaqlar üçün isə 450-dən az olmayaraq.
2.3.26. Fizika və kimya kabinetləri xüsusi nümayiş masaları ilə təchiz olunur. Əyani tədris vasitələrinin normal görünməsi üçün nümayiş masası bir qədər hündürdə quraşdırılmalıdır.
2.3.27. Ümumi təhsil müəssisələri layihələndirilərkən, fizika və kimya kabinetlərində elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyasında) xətləri çəkilmiş iki yerlik laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyasının bayır divarının yanında yerləşən sorucu qurğu ilə təchiz olunması nəzərdə tutulur.
2.3.28. Ümumi təhsil müəssisəsinin daxili divarları və tavanları boya ilə rənglənilir, döşəmələr dəhlizdə sürüşməyən PVC və ya keramik tavalarla, otaqlar isə laminat, parket və ya taxta döşəmə ilə, sanitar qovşaqlarının divarları kafel, döşəmələri isə metlaxla üzlənilir. Bu müəssisələrdə müasir tipli qapılardan və PVC tipli pəncərə (ikiqat şüşələnmə ilə) və vitrajlardan istifadə edilir, dam örtüyü isə sinklənmiş dəmir vərəqələrdən və ya metal-kirəmit materialdan quraşdırılır.
2.3.29. Ümumi təhsil müəssisələri binalarının fasadları suvanmalı və fasad boyası ilə rənglənməlidir.
2.3.30. Məktəbin yerləşdiyi ərazinin yerli iqlim şəraiti, memarlıq üslubu və ənənələr nəzərə alınmaqla, layihə tapşırığı ilə məktəb binalarının tamamlama, ərazisinin abadlaşdırılma və hasarlanması işləri üzrə bu normativlərdə nəzərdə tutulmayan digər materiallar nəzərdə tutula bilər. Bu halda layihə tapşırığı Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.