UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Fiziki tərbiyə dərslərinin təşkilinə tələblər

Məktəbdə fiziki tərbiyə üzrə işlər məktəb direktorunun rəhbərliyi altında aparılır. Fiziki tərbiyənin təşkilinə birbaşa məktəb direktoru və ya onun tərbiyə işləri üzrə müavini cavabdehdir. Bu işin müvəffəqiyyəti bütün müəllimlərin birgə işindən mühüm dərəcədə asılıdır. Məktəbin aidiyyəti  işçiləri fiziki tərbiyənin məqsəd və vəzifələrini, onun təşkili formalarını bilməli, praktik olaraq həyata keçirilməsinə kömək göstərməlidirlər. İbtidai siniflərdə fiziki tərbiyə dərslərini ixtisaslı fiziki tərbiyə mütəxəssisi və ya sinif müəllimi apara bilər. Fiziki tərbiyə dərsi təsdiq edilmiş tədris planı və cədvəli üzrə aparılır.