UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Dadlı yeməklər çoxdur, sağlamlıq isə təkdir.
Müasir qidaların heç də hamısı sağlamlığınıza xeyir gətirmir, əksinə təhlükə doğurur. Əziz uşaqlar, sizin çox sevdiyiniz, xüsusi görünüşü və dadı ilə diqqətinizi cəlb edən qidalar çox vaxtı ən zərərlisidir.
Sizin sağlamlığınıza xüsusən ziyan vuran qida növləri bunlardır:
1.”Fastfud” və ya “əlüstü yemək”: Müasir fastfud (əlüstü yemək) sənayesinin əsası 1921-ci ildə ABŞ-da qoyulub və ilk əvvəl qamburgerlərin hazırlanmasından ibarət olub. Hazırda isə qamburgerlər, hot-doqlar (çörəkarası sosiska), dönər, şaurma, ponçiklər və tez hazırlanan digər qida növləri təkrar yağlarda qızardılır, tez-tez yedikdə qarında ağrılar, həzm pozğunluğu, qəbzlik və ya ishal (qarıngetməsi) yaradır. Fri-kartofu və kartof çipslər böyük miqdarda ürək-damar sistemi üçün zərərli olan yağlar və duzla zəngindir. Məktəb fasilələri zamanı həftədə cəmi 1-2 paket yedikdə dərs ilinin sonuna bədən çəkiniz 3-4 kiloqram arta bilər.
2. Qazlaşdırılmış şirin suların qəbulu dişlərdə kariesə, şəkərli diabet xəstəliyinin yaranmasınavə sinir sistemi xəstəliklərinə (məsələn, Parkinson xəstəliyinin) inkişafına səbəb ola bilər. Bu suların tərkibində çoxlu miqdarda karbohidratlar (şəkər) vardır ki, bunlardan istifadə etdikdə artıq bədən çəkisi və piylənmə riski ciddi dərəcədə artmış olur.
3. Kolbasa və sosiska məmulatlarının tərkibində ətlə yanaşı donuz və ya mal ətindən hazırlanmış yağlar (məs., iç piyi) vardır. Bu məhsulların tərkibində ciddi dərəcədə transgen soya vardır və geni dəyişilmiş (modifikasiya olunmuş) xammaldan hazırlanır. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı ümumiyyətlə mal və qoyun ətini kanserogen yəni xərçəng xəstəliyinin inkişafına səbəb olan maddələr qrupuna aid etmişdir.
6. Şokoladlı batonlar çox vaxt geni dəyişdirilmiş (gen mühəndisliyi nəticəsində) xammaldan və kimyəvi maddələrdən ibarət yüksək kalori tərkibinə malikdir. Bir ədəd şokoladlı batonda 500 kkal var və bunlar artıq yağlar kimi piy toxumasında toplanır. Toxluq hissi çox çəkmir, artıq 1 saat keçdikdən sonra yenə yemək istəyi yaranır.
7. Çeynənən konfetlər, jelebonlar, parlaq bükülülərdə olan “çupa-çupslar” şəkərlə zəngin olduqlarına görə şəkərli diabet, mədəaltı vəzin xəstəliklərinə yol açmaqla yanaşı, uşaqlarda allergiya, mədə və böyrək xəstəliklərinə səbəb olur. Bu növ qida növlərində “aspartam” deyilən kimyəvi maddə də olur. Aspartam bəzi uşaq və böyüklərdə baş ağrılarının səbəblərindən biri hesab edilir. Həmin qida növlərinin tərkibində “E-rəqəmlərlə” (E233, E325, E326 və s.) ifadə edilən qida əlavələri vardır. Bunları bəziləri zərərsiz olsa da, digərləri ciddi yan təsirlərə malikdir. Mütəxəssislər xüsusilə tərkibində aşağıdakı qida əlavələri olan qida növlərindən istifadədən çəkinməyi tövsiyə edir: E621, E951, E211, E133, E213 və E151.
8. Mayonez və ketçuplarda olan həddən artıq şəkər və yağlar təhlükə doğurur.
9. Popkorn və ya partladılmış qarğıdalı dənələrinin tərkibində vitaminlər, fol turşusu, kalium, maqnezium və s. digər xeyirli maddələrin olması ilə yanaşı çoxlu miqdarda zərərli yağ turşuları, duz, şəkər, boyalar və s. sağlamlıq üçün ziyanlı maddələr də vardır.
10. Duz çox vaxt “ağ ölüm” adlandırılır və normadan artıq (günə 5 milliqram yəni 1 çay qaşığından çox) qəbul olunduqda qan təzyiqinin artmasına, ürəyin böyüməsinə, ürək və beyin xəstəliklərinə səbəb olur.
Yadda saxlayın: zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla mədə-bağırsaq, ürək-damar və beyin-damar sistemlərinin xəstəliklərinə, qaraciyərin, böyrəklərin ağır toksiki zədələnmələrinə, şəkərli diabetə gətirib çıxara bilər.
Qidanızda tərkibi vitaminlər və minerallarla zəngin olan, yüksək keyfiyyətli xammaldan hazırlanan təbii məhsullardan, evdə bişirilmiş yeməklərdən, meyvə və tərəvəzlərdən istifadə edin! Sağlam və uzun ömür yaşamaq istəyirsinizsə fastfud yeməklərindən və zərərli qidalardan uzaq olun!