UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

İdman qidaları

İdamançıların qidalanması asılıdır:

  • idman növündən,
  • hazırlığın müxtəlif mərhələ və istiqamətindən,
  • məşqlərin intensivliyindən və həcmindən,
  • coğrafi-iqlim zonasından,
  • fərdi müxtəliflikdən.

İdmançının gündəlik qidasının enerji dəyəri:

  • Qidanın enerji dəyəri, idmançının bütün yüksək enerji sərfiyyatını tam kompensasiya etməlidir.
  • Qidanın kaloriliyi hesablandıqda idman fəaliyyətinin xarakteri və bədənin çəkisi nəzərə alınmalıdır.
  • İdmançının gündəlik rasionunun enerji dəyərini müəyyən etdikdə aşağıdakı cəvəldəki rəqəmləri idmançının bədən çəkisinə vurmaq tələb olunur.

Zülallar

  • Zülallar əzələ sisteminin oyanmasını artırır. Rasionda zülalların miqdarı ümumi kalorinin 16-20%-ni təşkil etməlidir. Zülala malik olan məhsulların istifadəsini gün ərzində aşağıdakı kimi paylamaq lazımdır:
  • səhər yeməyində və naharda ət, ət məhsulları, pendirlər;
  • şam yeməyində-balıq, şor, süd sıyığı.

Karbohidratlar və yağlar

  • Karbohidratlar da idmançıların qidalanamsında mühüm rol oynayır. İstifadə olunan karbohidratların 64%-ni mürəkkəb (nişasta) və 36%-ni sadə karbohidratlar (şəkərlər) təşkil etməlidir.
  • Yağlar idmançıların rasionunun vacib komponentlərindəndir. İdmançılar üçün bitki mənşəli yağların daha çox istifadə olunması məsləhət görülür. Bu dözümlülük tələb edən məşqlərdə (idman yerişi, uzun məsafəyə qaçış, marafon, velosiped yürüşü) çox vacibdir.